22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Gürcüstanın müxalifət partiyası azərbaycanlıların yaşadığı kənddə seçki məntəqəsinin ləğvinə etiraz edib
Tarix: 06-04-2019 23:36 | Bölmə: Reportaj

                             


Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) təşkil etdiyi aksiyada Bəylər kəndindəki 78 saylı seçki məntəqəsinin ləğv edilməsinə etiraz bildirilib.
Aksiya iştirakçılarının sözlərinə görə, hər seçkidə bu məntəqədə VMHP səs çoxluğu əldə edir və buna görə hakim Gürcü Arzusu Partiyası seçki məntəqəsinin digər məntəqə ilə birləşdirilməsinə çalışır.
Müxalifətçilər Bəylər kəndindəki 78 saylı seçki məntəqəsinin digər məntəqəyə birləşdiriləcəyi təqdirdə kütləvi etiraz aksiyasının keçiriləcəyini bildiriblər.
MSK-nın Marneuli rayonundakı nümayəndəliyindən etiraz aksiyasına münasibət bildirilib. Qurumdan qeyd olunub ki, 78 saylı seçki məntəqəsinin Norqiuli kəndindəki məntəqə ilə birləşdirilməsi nəzərdə tutulub və məqsəd seçki məntəqəsində mövcud şəraitin yaxşılaşdırılmasıdır



Baxış sayı: 569


Bölməyə aid digər xəbərlər