22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Ərdoğan: Trampa deyəcəm ki, səhv edirsən
Tarix: 25-03-2019 00:27 | Bölmə: Reportaj

                            



Ankara Qolan təpələri ilə bağlı məsələni BMT Baş Assambleyasında müzakirəyə çıxartmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"BMT artıq bu məsələdə qəti qərarı qəbul etdi. Mən Trampla görüşməyə və ona deməyə hazırlaşıram ki, o seçkilərlə bağlı Qolan təpələrini qızıl sini də Netanyahuya hədiyyə etməklə səhv edir. Bu, bütün dünyada sülhə təhdiddir. Biz bu problemi BMT-də gündəmə gətirəcəyik. Mümkün deyil ki, BMT ABŞ-ın bu qərarını bəyənsin", - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, 1967-ci ildə İsrail Suriyanın Qolan təpələrini tutub. ABŞ Prezidenti Donald Tramp İsrailin Qolan təpələri üzərində hakimiyyətini tanıyacağını bəyan edib.


Baxış sayı: 584


Bölməyə aid digər xəbərlər