22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Bacısına görə həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb
Tarix: 23-03-2019 16:45 | Bölmə: Reportaj

                                      


Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elnur Abdullayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Report"un məlumatına görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, E.Abdullayevin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, onun 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası 8 aya endirilib.
İttiham aktına əsasən, hadisə 2018-ci il iyulun 11-də Qusar rayonunda baş verib. E.Abdullayev sosial şəbəkədə əvvəllər tanıdığı həmyerlisi Mühür Mühürovun onun bacısı ilə çəkdirdiyi şəkili görüb. Daha sonra o, M.Mühürovu görüşə çağırıb, bacısı ilə münasibətlərini kəsməsini tələb edib.M.Mühürov isə onun bacısı ilə bir-birlərini sevdiklərini və münasibətlərini kəsməyəcəyini bildirib. Daha sonra hər iki şəxs arasında mübahisə yaranıb. Bu zaman E.Abdullayev üstündə gəzdirdiyi bıçaqla qısqanclıq zəminində M.Mühürovun qarın nahiyəsinə bir dəfə zərbə endirib.



Baxış sayı: 548


Bölməyə aid digər xəbərlər