22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Qərbi Kaspi Universitetində yapon professorun mühazirəsi olub (FOTO)
Tarix: 14-03-2019 11:05 | Bölmə: Reportaj



Martın 11-də Qərbi Kaspi Universitetində yaponiyalı professor Hosoya Yuichinin mühazirəsi təşkil edilib. Keio Universitetinin Beynəlxalq Siyasət fakültəsinin professoru "Müasir Yaponiyada demokratiyaya doğru addımlar: Şərqi Asiyada Yapon diplomatiyası" mövzusunda çıxış edib.
Professor Yaponiyanın siyasi inkişaf modeli, demokratiya təcrübəsi, Yaponiyanın Şərqi Asiyada və beynəlxalq münasibətlərdə yürütdüyü siyasət barədə məlumat verib.
Daha sonra qonaq tələbələri maraqlandıran sualları cavablandırıb və gənclərin beynəlxalq siyasi münasibətlərə adekvat yanaşmasını, universitet tələbələrinin hazırlıq səviyyəsini və burada keyfiyyətli təhsil üçün yaradılmış şəraiti yüksək qiymətləndirib.
Trend.Az


















Baxış sayı: 589


Bölməyə aid digər xəbərlər