19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
15:45 / 03-11-2026
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva "3+3" görüşü keçirməyə ümid edir
15:42 / 03-11-2026
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
15:39 / 03-11-2026
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
15:36 / 03-11-2026
Yeniyetmənin qətlində şübhəli bilinən şəxs saxlanılıb
14:29 / 03-11-2026
Moskva vilayətinin şimal-qərbində və Moskva vilayətində qar yağıb
14:26 / 03-11-2026
Peskov: "Rusiya, ABŞ və Çin liderləri arasında görüş tezliklə razılaşdırıla bilər"
14:23 / 03-11-2026
Lavrov ATƏT-in işini davam etdirməsi üçün nələrə ehtiyac olduğunu izah etdi
14:20 / 03-11-2026
Lavrov Aİ-nin atəşkəs çağırışları ilə nəyə nail olmağa çalışdığını izah etdi
14:15 / 03-11-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
14:12 / 03-11-2026
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
14:06 / 03-11-2026
TASS: Moskvaya gecə dron hücumu cəhdi ən böyük hücumlardan biri idi
22:40 / 02-11-2026
NATO kəşfiyyat təyyarəsi müşahidə edilib
22:27 / 02-11-2026
İsveçrə Avropada siyasi dönüş nöqtəsinə işarə edir
22:23 / 02-11-2026
Rayon administrasiyasının rəhbəri rüşvət işi üzrə həbs edilib
22:18 / 02-11-2026
Hollandiya vandalizm aktından sonra sovet əsgərləri qəbiristanlığında təhlükəsizliyi gücləndirəcək
18:56 / 02-11-2026
Polis əməkdaşlarına hücum edən şəxsə qarşı ittiham irəli sürülüb
18:53 / 02-11-2026
Uşaqlarına işgəncə verən məhkum edilib
18:47 / 02-11-2026
Zelenski Kliçkonu Malyukla əvəz etmək istəyir
18:41 / 02-11-2026
Avropada Rusiya qazının alınması çağırışları güclənə bilər
18:38 / 02-11-2026
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
18:32 / 02-11-2026
Rusiya Qazaxıstanla Türk Dövlətləri Təşkilatına qoşulmağı müzakirə edə bilər
18:27 / 02-11-2026
Tramp Vyetnam müharibəsini bir həftəyə qazana biləcəyi ilə öyündü
17:37 / 02-11-2026
Bir ekspert Polşadakı Alman polisi ilə bağlı məlumatları Tuska qarşı uydurma adlandırdı
17:33 / 02-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
17:30 / 02-11-2026
Zelenski Kliçkonu vəzifəsindən uzaqlaşdırmaq üçün dəstək tapa bilmədi
17:27 / 02-11-2026
Ömürlük həbs cəzasına məhkum edilib
17:19 / 02-11-2026
Belçikanın Baş naziri istefa verib
16:40 / 02-11-2026
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
16:36 / 02-11-2026
Ekspert ABŞ-ın İrana nüvə zərbəsinin fəlakətli nəticələrini etiraf edir
ABŞ-da alimlik dərəcəsi alan ilk azərbaycanlı xanım
Tarix: 09-03-2019 22:58 | Bölmə: Reportaj

O, Bakıda "Malakan bağı" adı ilə tanınan parkdakı fəvvarədə ucalan qız heykəllərinin müəllifi, mərhum heykəltaraş Nəcəf Salamovun qızıdır. Çox təvəzökar, vətənpərvər, əzmkar xanımdır...
Heç vaxt özünü diqqət mərkəzində görməyə tələsmir. Necə deyərlər, başını aşağı salıb öz elmi araşdırmaları ilə məşğuldur...
Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 83 nömrəli məktəbdə alıb. 1998-ci idə Bakı Dövlət Universitetinin Kimya fakültəsini qırmızı diplomla bitirib. 2000-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsinə yiyələnib. Oranı da qırmızı diplomla başa vurub. Elə həmin ildən də BDU-nin Üzvü kimya kafedrasında böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. Burada işləyərkən ekologiya və ekoloji kimya sahəsinə onda böyük maraq yaranıb və Azərbaycanda bu sahədə tədris proqramı olmadığından qərara gəlib ki, təhsilini xaricdə davam etdirsin...
Tərəqqi...
Milli.Az azedu.az-a istinadən bildirir ki, 2002-ci ildə ABŞ-ın İndiana Universitetinə, yenidən magistr proqramına qəbul olunurb 2004-cü ildə ekalogiya ixtisası üzrə- School of Public and Environmental Affairs-də (Master"s of Science in Environmental Science) ikinci dəfə magistr dərəcəsi alıb. Bu proqram ABŞ-da ekalogiya üzrə ən mükəmməl proqramlaradan biridir ki, bütün dünyada qəbul olunur...
İxtisası yaxşı mənimsədiyindən ABŞ-ın E. S. Muskie Freedom Support Act Graduate Fellowship Dövlət Deportamenti onunla maraqlanaraq, soydaşımızı ətraf mühitin zərərli maddələrlə çirklənməsi üzrə doktoranturaya dəvət edir və magistr təhsilini başa vuran kimi həmin deportamentin maliyyə dəstəyi ilə İndiana Universitetinin doktoranturasına qəbul olunur. 2011-ci ildə elmi işini uğurla müdafiə edərək ekologiya üzrə fəlsəfə doktoru (PHD) elmi dərəcəsinə yiyələnir.
Və bu sahə üzrə ABŞ-da elmi dərəcə alan ilk azərbaycanlı xanım olmaq şərəfinə nail olur...
Hazırda İndiana Universitetinin Ekoloji Kimya laboratoriyasında ətraf mühitin çirklənməsinin monitorinqi proqramının direktorudur. Bu proqram ABŞ və Kanadanın Ətraf Mühitin Mühafizəsi Nazirlikləri tərəfindən maliyələşir. Onun rəhbərlik etdiyi qrum bu proqramla ABŞ-ın böyük göllərinin ətrafında, havada və bir neçə monitorinq məntəqələrində 150-dən çox zəhərli maddənin miqdarının vaxtaşırı ölçülməsi ilə məşğuldur. Proqramın nəticələrindən elmi tədqiqat inistitututları və bütün dünya agentlikləri istifadə edir...
Bununla yanaşı elmi tədqiqat işlərini də davam etdirirərək, qlobal konteksdə ətraf mühitin çirklənməsi ilə çox maraqlanır. Hazırda Norveç Artikasında fəaliyyət göstərən Svalbard Universiteti ilə əşyaya qatılan yanğınəleyhinə əlavələrin hesabına Artikada ətraf mühitin zəhərli maddələrlə çirklənməsinə qarşı tədqiqatda əməkdaşlıq edir.
Deyir ki, yanğınəleyhinə əlavələrin əksəriyyətinin necə də zərərli olduğunu təsəvvür etmək çox çətindir. Qlobal bir problemdir. Məsələn, məişətdə istifadə etdiyimiz mebellərin əksəriyyətində istifadə olunan yumşaq süngərlərə istehsal zamanı yanğın əleyhinə əlavə olunan maddələrin insan orqanizminə nə qədər ziyanlı olduğunu bilsəniz, dəhşətə gələrsiniz...
Bunlarla yanaşı, onu böyük şəhərlərdəki binaların daxilində havanın çirklənməsi çox düşündürür. Rəhbərlik etdiyi qurum bu yaxınlarda Portuqaliya Səhiyyə Nazirliyi ilə əməkdaşlığa başlayıb. Portuqaliyanın böyük şəhərlərində, uşaq bağçalarında və qocalar evlərindəki havanı araşdırırlar. Araşdırmaların nəticələri elmi məqalələrdə, beynəlxalq konfranslarda ictimaiyyətə çatdırılacaq...

Arzular...
Deyir ki, gələcəkdə ekologiyanın insan sağlamlığına təsiri barədə tədqiqat aparmağı planlaşdırır. Atmosferdəki zərərli maddələrin müxtəlif xroniki xəstəliklərlə əlaqəsini araşdırmaq istəyir. Bu yaxınlarda İndiana Universitetindən, bu elm ocağının professorları ilə birlikdə, yeni bir tədqiqat aparmaq üçün qrant alıb. Layihəyə əsasən, rəhbərlik etdiyi qurum orqanizimdəki zərərli birləşmələri insanın dırnağından, tükündən nümunələr götürməklə araşdırmağa başlayacaq. Bu nümunələr vasitəsi ilə çox asan şəkildə insan orqanizminin geniş miqyasda biomonitorinqini aparmaq olacaq. İnanır ki, bu araşdırmayla ekoloji sağlamlıq sahəsində böyük nəticələr əldə edəcək. Məsələn, insanın dırnaq və tukü vasitəsi ilə onun qan qrupunu, xəstəliklərini təyin etmək mümkün olacaq...
Amerika və amerikalılar...
"Sizcə Amerika necədir, özünüzü burada necə hiss edirsiz" sualıma özünü çox yaxşı hiss etdiyini, söyləyir:
- Amerikalılar istiqanlı insanlardır. Karyera sahəsində ünsiyyətə tez gəlirlər. Əgər sən öz məqsədlərinə nail olmaq üçün çox çalışır və çətinliklərdən qorxmursansa, öz imkanlarını realizə etmək üçün Amerika misilsiz ölkədir. Amerikasayağı həyat iş, yenə də iş deməkdir. Və həyat ritmi çox gərgindir. Məişət zəmnində isə məndən ötrü Amerika özündə super rahatlığı ehtiva edir. Burada hər şey insanın rahatlığı üçün düşünülüb...

Azərbaycan - Amerika...
Azərbaycanlılarla amerikalılar arasında fərqi soruşanda:
-Əlbəttə ki, var. Tamami ilə fərqli mədəniyyət, fərqli cəmiyyət. Həyat tərzləri, düşüncələri bizdən çox fərqlidir. Və mən bu fərqli cəmiyyətə, fərqli düşüncəyə uyğunlaşmağa çalışıram. Amerikalılar fərdiyyətçidilər və burada özünəpərəstiş məktəbdə oxuyarkən onlara aşılanır. Nəticədə onu deyə bilərəm ki, bəzi Avropa ölkələrini çıxmaq şərti ilə, dünyanın heç bir yerində azərbaycanlıların ailə inistitutundan güclüsü yoxdur.
Burada ailələrin çoxu bir- birindən perik düşüb. İllərlə bir-birinin üzünü görmürlər. Ailə müqəddəsliyi olmadığından yaşlıların əksəriyyəti qocalar evlərində ömür sürür. Qadınlar hər şeyi karyerasına qurban verir. Akademik ara yüksəlməkdən ötrü qadınlara kişilərdən artıq çalışmaq gərək olur. Məsələn, çalışdığım akademik arada bir tələbə - doktorant kimi yeganə qadın idim ki, övladlarım vardı. Bunlar qeyri-rəsmi münasibətlərə daha çox üstünlük verirər. Mənlə yaşıd qadınların heç birinin hələ də mükəmməl ailəsi yoxdur.
Bütün bunlara görə milli adətlərimizə, mənə tərbiyə verən valideynlərimə, həyat yoldaşıma minnətdaram, - deyərək cavab verdi...
Və...
Xaricdə yaşayan həmvətənlilərimizə nə arzulayırsız- soruşanda söylədi:
- Bütün hallarda öz kökünə, milli ənənələrimizə, adətlərimizə və əsasən də biri-birinə hörmət nümayiş etdirsinlər. Məqsədə doğru inamla səy göstərsinlər. Çətinliklərdən qorxmaq lazım deyil. Zəhmət heç vaxt nəticəsiz qalmır...
... Bəli, haqqında söhbət açdığım bu şəxs davranışı, mədəniyyəti, elmi, savadı ilə onu əhatə edən amerikalılarda Azərbaycana rəğbət aşılayan bir azərbaycanlı xanımıdır. Ekologiya üzrə fəlsəfə doktoru Əminə Nəcəf qızı Salamova...
Milli.Az
Baxış sayı: 773
Bölməyə aid digər xəbərlər

12-10-2026, 13:20
Şəhidin adını daşıyan "Sumqayıt-Xəzər" FK ilk start oyununda qalib gəldi-VİDEO+FOTOLAR
21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR