22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Elman Rüstəmov: Azərbaycan bankları problemli kreditlərlə bağlı fərmandan ikiqat qazanacaqlar
Tarix: 01-03-2019 20:05 | Bölmə: Reportaj

                 

Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kredit məsələlərinin həlli ilə bağlı əlavə tədbirlər barədə imzaladığı fərman ölkənin bank sektoruna böyük dəstək olacaq.
Trend-in məlumatına görə, bunu yerli televiziya kanalına müsahibəsində Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov vurğulayıb ki, bu sərəncam bütün sektorun sağlamlaşdırılmasına müsbət təsir göstərəcək: "Bu, hazırda kapital problemi olan bəzi bankları bütünlüklə sağlamlaşdırmağa kömək edəcək"
AMB sədrinin sözlərinə görə, bunun nəticəsi olaraq bazarda ucuz kredit resursları yaranacaq ki, bu da iqtisadiyyatı fəal şəkildə kreditləşdirməyə kömək edəcək:
"Banklar bu fərmandan ikiqat qazanacaqlar. Bankların balansı sağlamlaşacaq və onlar iqtisadiyyat kreditləşməsi üçün ucuz vəsaitlər əldə etmiş olacaqlar".



Baxış sayı: 606


Bölməyə aid digər xəbərlər