22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Tamaşaçı: Arzu edirəm ki, Mixail Malkin Azərbaycanı Olimpiya Oyunlarında təmsil etsin
Tarix: 18-02-2019 01:21 | Bölmə: Reportaj

"Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun final yarışlarını izləmək çox xoşdur".
Bunu Trend-ə Milli Gimnastika Arenasında yarışları izləyən Nailə Mailova deyib.
O, çox bəyəndiyi Milli Gimnastika Arenasında ilk dəfə yarışlara tamaşa etdiyini bildirib: "Bu gün burada olmaqdan çox şadam, üstəlik, indi final yarışları keçirilir ki, bu da çox maraqlıdır".
N.Mailova keçmiş idmançı olduğunu qeyd edib: "Buna görə də Dünya Kuboku diqqətimi cəlb etdi".
Tamaşaçı tamblinq yarışında gümüş medal qazanan təmsilçimiz Mixail Malkinə uğurlar diləyib və onun Azərbaycanı Olimpiya Oyunlarında təmsil etməsini arzulayıb.
Qeyd edək ki, Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda ümumilikdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.
Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.
Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.



Baxış sayı: 660


Bölməyə aid digər xəbərlər