22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
"Valideynin məktəbdə Bir Günü" tədbiri keçirildi
Tarix: 14-02-2019 23:53 | Bölmə: Reportaj

Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə valideynlər üçün "Açıq qapı" günü keçirildi. Tədbirin keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldığı məktəblə yaxından tanış olması, məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə tanış olması və ünsiyyətin yaradılması idi. Səhər saat 9-da tədbirin rəsmi açılışı oldu. Valideynlər məktəb kitabxanası, yeməkxana, sinif otaqları, idman zalı, akt zalı, fizika, kimya, biologiya, informatika, əmək otaqları, ümumilikdə məktəb mühiti ilə tanış oldular. Valideynlər 23 dərs otağında dərsləri müşahidə etdilər. Saat 11-də məktəbin akt zalında çay süfrəsi arxasında valideynlər üçün seminar oldu. Valideynlər öz arzu və təkliflərini bildirdilər. Sonra bədii hissə oldu. Şagirdlər Vətənə aid mahnılar oxuyub şeir söylədilər. Sonda xatirə şəkili çəkildi.
Sabaha-inamla.Az

















































Baxış sayı: 842


Bölməyə aid digər xəbərlər