22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk yoxlama-məşqi keçirilib (FOTO)
Tarix: 12-02-2019 19:42 | Bölmə: Reportaj



Fevralın 11-də Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun ilk yoxlama-məşqi keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yoxlama məşqi bütün yarış formatını əhatə edərək ilk olaraq açılış mərasimindən başlayıb. Daha sonra Azərbaycan təmsilçiləri ilə yanaşı, Polşa, Qazaxıstan və Gürcüstan komandalarının gimnastları öz proqramlarını təqdim ediblər.
Bu turnirin Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması gimnastların həyəcan və məsuliyyətini ikiqat artırır. Elə ona görə də yarışa qədər tam formada olmaq məqsədilə artıq bir çox ölkələrin idmançıları arenadakı təlim-məşqlərinə start veriblər.
Bakıda 16-17 fevral tarixlərində keçiriləcək yarışlarda ümumilikdə 30 ölkə iştirak edəcək.
Qeyd edək ki, ötən il Sankt-Peterburqda (Rusiya) baş tutmuş batut gimnastikası üzrə dünya çempionatında 33 ölkənin təmsilçiləri mübarizə aparmışdı. Ölkələrin və titullu gimnastların sayı isə öz növbəsində rəqabətin və Kubokun statusunun yüksək olacağını artıq müəyyənləşdirir.







Baxış sayı: 581


Bölməyə aid digər xəbərlər