22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Memar: “Keyfiyyətli tikinti materialı axtaran gərək ucuz malın dalınca qaçmasın”
Tarix: 11-02-2019 13:19 | Bölmə: Reportaj

                                 

Azərbaycan bazarında yüzlərlə şirkət tikinti sektoru üçün material təklif edir. Onlardan həm binaların tikintisində, həm də fərdi evlərin təmirində istifadə edilir. Bu materialların keyfiyyəti, ekoloji və təhlükəsizlik baxımından yararlılığı böyük sual doğurur. Tikintidə yeni, ekoloji təmiz materiallardan istifadəni gücləndirmək üçün satış sektorunda çalışan savadlı mütəxəssislərin sayı bəlkə də birə on artmalıdır.
“Report” tikinti materiallarının keyfiyyəti və ekoloji uyğunluğu ilə bağlı sualları mütəxəssislərə yönləndirib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun “Report”a bildirdiyinə görə, bazarda keyfiyyətsiz və ekoloji cəhətdən problemli tikinti materiallarının satılması istehlakçı siyasətində olan boşluqlardan qaynaqlanır: “Bura bazarın inhisarlaşması, qiymətin formalaşması, istehlakçıların maariflənməsi, təhlükəli malların azaldılması kimi məsələlər aiddir. Bu işlərə diqqəti artırsaq, bazar zay tikinti mallarından təmizlənər. Azərbaycanda tikinti mallarının satışını reallaşdıran savadlı mütəxəssislərə, bilikli dilerlərə ehtiyac var, amma azad bazar iqtisadiyyatıdır, kim nə işlə istəsə, məşğul ola bilər. Bunun üçün qanunvericilikdə qadağa yoxdur. Savadsız diler belə gəlir gətirirsə, bazarda çalışacaq”.



Baxış sayı: 629


Bölməyə aid digər xəbərlər