22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan arasında şəxsi heyətin mübadiləsinə dair protokolu təsdiq edib
Tarix: 09-02-2019 14:52 | Bölmə: Reportaj

         

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair protokolu təsdiq edib.
Trend-in məlumatına görə, sənəd iki ölkənin Silahlı Qüvvələri arasında hərbi təlim-tədris və əməkdaşlıq fəaliyyətlərini inkişaf etdirmək məqsədi daşıyır.
Protokol tərəflər arasında icra ediləcək fəaliyyətlərdə iştirak edəcək Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinə mənsub olan şəxsi heyətlə bu fəaliyyətlərin icra ediləcəyi hərbi hissə, təşkilat və müəssisələri əhatə edir.
Həmçinin protokolun məqsədi Türkiyə Baş Qərargahı ilə Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında həyata keçiriləcək şəxsi heyət mübadilələrinin icra əsaslarını, icra müddətində vəzifə, səlahiyyət və öhdəlikləri müəyyənləşdirməkdir.


Baxış sayı: 500


Bölməyə aid digər xəbərlər