22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Pompeo İrana qarşı daha sərt məhdudiyyətlərə çağırıb
Tarix: 08-02-2019 09:40 | Bölmə: Reportaj

                                

ABŞ-ın dövlət katibi Mayk Pompeo İranın raket proqramını dayandırması üçün bu ölkəyə qarşı sərt məhdudiyyətlərə çağırıb.
"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter"dəki mikrobloqunda yazıb.
"İranın son raket işə salması yenə sübut edir ki, İranla saziş bu ölkənin raket proqramını dayandırmaq üçün heç nə etmir. İran BMT Təhlükəsizlik Şurasını çağıraraq, ballistik raketlər üzrə imkanlarını irəli çəkir. Biz İranın raket proqramını saxlamaq üçün daha sərt beynəlxalq məhdudiyyətləri bərpa etməliyik", - deyə o, "Twitter"də yazıb.
Pompeo yanvarda bildirib ki, İran Avropanı və Yaxın Şərqi hədələyən raket potensialını artırmağa çalışır.
Qeyd edək ki, İran min kilometrlik məsafəni qət edən yeni ballistik raket istehsal edib.
Daha əvvəl İran prezidenti Həsən Ruhani bildirib ki, ölkəsi ABŞ ilə münasibətləri yoluna qoymağa hazırdır.



Baxış sayı: 581


Bölməyə aid digər xəbərlər