Bütün xəbərlər
Azərbaycan pilotları gələcəkdə "Formula 1"də iştirak edə bilərlər
Tarix: 05-02-2019 14:15 | Bölmə: Reportaj

                                



"Gələcəkdə Azərbaycan pilotlarının da "Formula 1"də iştirak etmələri mümkündür".
"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə "Formula 1" Şirkətlər Qrupu arasında 2023-cü ilə qədər nəzərdə tutulan yeni müqavilənin imzalanma mərasimindən sonra mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda Bakıda idmançıların yetişməsi üçün katrinq fəaliyət göstərir: "Həmçinin Azərbaycan Avtomobil Federasiyası da bu istiqamətdə işlər aparır. Ola bilər ki, kimsə xaricdə məşq edir. Hazırda "Formula 1" səviyyəsində pilotumuz yoxdur".


Baxış sayı: 563


Bölməyə aid digər xəbərlər