22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Məhkəmə bəraət almış qadınla bağlı qərarını elan edib
Tarix: 02-02-2019 16:23 | Bölmə: Reportaj

                                  


 Bakı Apellyasiya Məhkəməsində 80 min manatlıq dələduzluqda təqsirləndirilən Dürdanə Əhmədovanın barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, prokurorluğun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı bəraət hökmü qüvvədə saxlanılıb.
İttiham aktına əsasən, D.Əhmədova öz yaşayış evini Ramin Məmmədova 80 min manata satıb. Lakin o, pulu aldıqdan sonra həmin evi başqa şəxsə də satıb.
Zərərçəkmişin şikayəti əsasında D.Əhmədova barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurma ilə dələduzluq) maddəsi ilə ittiham irləli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində bəraət hökmü çıxarılıb. Lakin qadın başqa cinayət işi üzrə həbsdə olduğundan məhkəmədən azadlığa buraxılmayıb. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verib.
Xatırladaq ki, D.Əhmədova başqa bir dələduzluq cinayətində təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.



Baxış sayı: 950


Bölməyə aid digər xəbərlər