22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Məleykə Abbaszadə: Peşəkar kadrları dövlət sektorunda saxlamaq üçün... 25 Yanvar 2019 12:28 (UTC+04:00)
Tarix: 25-01-2019 13:05 | Bölmə: Reportaj



Peşəkar kadrları dövlət sektorunda saxlamaq üçün motivasiya xarakterli addımlar atılmalıdır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, mövcud qanunvericilikdə də dövlət qulluqçularının qiymətləndirilməsi sistemi var. Lakin bu fəaliyyətin nəticəsi yalnız mənəvi baxımdan dəyərləndirilir: "Yəni işçinin fəaliyyəti pisdirsə töhmət, yaxşıdırsa təşəkkürnamə ala bilər. Dövlət qulluqçusunun fəaliyyətinin nəticəsi onun əməkhaqqına heç bir təsir göstərmir. Lakin biz dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı yeni təklifləri qanunvericilik bazasına daxil etmək təşəbbüsü ilə çıxış etmişik. Hər bir dövlət qulluqçusu öz işinin qiymətləndirilməsi üçün kriteriyaları əvvəlcədən bilib işləsə, daha həvəsli olacaq və bu da onun maaşına müsbət təsir edəcək. Bu gənclərin dövlət qulluğunda işləmək üçün motivasiyalarını artırmış olacaq".
M.Abbaszadə aparılan tədbirlərlə peşəkar mütəxəssislərin işləmək üçün dövlət sektorundan özəl yerlərə keçməyəcəklərini bildirib: "Təbii ki, işçilər öz iş yerlərini dəyişə bilərlər. İndi işçilərin dövlət sektorundan özəl keçməsi ona görə baş verir ki, dövlət sektoru ilə müqayisədə özəl sektorda əməkhaqqı daha yüksəkdir. Ona görə də peşəkar kadrlar daha çox özəl sektora üz tuturlar".



Baxış sayı: 568


Bölməyə aid digər xəbərlər