Bütün xəbərlər
Finlandiya Prezidenti: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində nikbinlik artıb
Tarix: 23-01-2019 18:22 | Bölmə: Reportaj

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində nikbinlik artıb.
Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Finlandiya Prezidenti Sauli Niinistö azərbaycanlı deputat Rəfael Hüseynovun sualını cavablandırarkən deyib.
Finlandiya Prezidenti bildirib ki, Azərbaycan və Ermənistanın optimal maraqlarına cavab verən həll yolunun yaranacağına ümidlər var:
“ATƏT Minsk qrupuna gəldikdə, Finlandiya bu prosesi tam dəstəkləyir. Belə başa düşürəm ki, bu mərhələdə nikibinlik artıb və ya artmaqdadır”.


Baxış sayı: 510


Bölməyə aid digər xəbərlər