Bütün xəbərlər
Qazaxıstanın yüzlərlə sakini erməni diasporunun törətdiyi qətlə etiraz olaraq kütləvi aksiya keçirib - VİDEO - FOTO
Tarix: 06-01-2019 20:51 | Bölmə: Reportaj

                          

Qazaxıstanda yüzlərlə insan 23 yaşlı yerli sakinin "Qədim Roma" restoranının yanında ermənilər tərəfindən qətlə yetirilməsinə etiraz əlaməti olaraq Karaqandada kütləvi aksiya keçirib.
"Report" xəbər verir ki, aksiyanın videogörüntüləri "BASE"nin "Youtube"dakı kanalında yerləşdirilib.
Qeyd edək ki, yerli sakinin ölümündə erməni diasporunun 3 nümayəndəsi şübhəli bilinir. Vətəndaşların kütləvi toplaşdığı ərazidə xüsusi təyinatlılar cəlb edilib, snayperlər isə binaların damında müşahidə aparırlar. Polis şəhərin küçələrini əhatəyə alıb. 
Aksiya iştirakçıları erməni diasporunun nümayəndələrini hadisəyə görə ittiham edərək, qətlə qarşı hiddətlərini ifadə ediblər.
Daha əvvəl NUR.KZ agentliyi bildirib ki, Qazaxıstan polisinin keçirdiyi operativ axtarış tədbirlərinin gedişində ağır qətli törətməkdə şübhəli 3 nəfəri
                                     

Malhasyan Torqom Manveloviçi, Malhasyan Sohak Samveloviçi və Nadirbəyov Kair Həmidoviçi saxlayıb. Karaqanda vilayətinin Polis Departamentinin əməkdaşları həmçinin qətlin törədilməsində şübhəli bilinən Qururyan Narek barədə də axtarış elan edib.
Ermənistanın Qazaxıstandakı səfirliyi qətl ilə əlaqədar açıqlama yayaraq, öldürülən şəxsin yaxınlarına başsağlığı verib. 

                      




Baxış sayı: 616


Bölməyə aid digər xəbərlər