Bütün xəbərlər
ƏFLATUN AMAŞOV PREZİDENTİN DOĞUM GÜNÜNÜ TƏBRİK ETDİ
Tarix: 24-12-2018 15:32 | Bölmə: Reportaj

“Sizin gələcək rifahınız öz verdiyiniz qərarlardan asılıdır”, -deyib Rokfeller. Tam qətiyyətlə söyləmək olar ki, cənab İlham Əliyevin Prezidentliyi Azərbaycan xalqının öz rifahı üçün verdiyi son dərəcə böyük və dəyişməz qərardır.
İlham Əliyev parlaq simadır, dünya səviyyəli liderdir. Onun xalqı üçün gördüyü işlərin miqyası müqayisiyəgəlməzdir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Respublikası cənab İlham Əliyevin idarəçilik məharətinin sayəsində yeni-yeni uca zirvələr fəth etməkdədir.
İlham Əliyev söz və ifadə azadlığının hər incəliyini ruhu ilə duyan, bu xüsusda medianın cəmiyyətdəki roluna, demokratik dövlət quruculuğu prosesinin dərinləşməsindəki missiyasına müstəsna dəyər verən dövlət başçısıdır. Belə həssas yanaşma tərzinə görədir ki, o, jurnalistlərin dostudur.
Möhtərəm cənab Prezident, doğum gününüzü təbrik edirəm. Sizə Azərbaycanın hər bir vətəndaşının rifahı, ölkəmizin uca zirvələr fəthi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram!
sabaha-inamla.az


Baxış sayı: 585


Bölməyə aid digər xəbərlər