22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Bakıda azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən şəxsin məhkəməsi başlayıb
Tarix: 14-11-2018 15:49 | Bölmə: Reportaj

                               Məhkəmənin baxış iclası noyabrın 21-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Amil Paşayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata əsasən, Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək zərərçəkənlərin çantalarını soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən paytaxt sakini Amil Paşayev saxlanılıb.
Onun 2017-ci ilin dekabr ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində 4 azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyən edilib.



Baxış sayı: 690


Bölməyə aid digər xəbərlər