Bütün xəbərlər
Nübar Novruzova möhtəşəm ana obrazında səhnəyə çıxdı
Tarix: 24-10-2018 10:26 | Bölmə: Reportaj

Onun oynadığı obrazlar həmişə diqqətimi cəlb edib. Amma ağlıma gəlməzdi ki, nə vaxtsa haqqında böyük bir yazıda yazacağam. Bu günlərdə isə o, Gənc Tamaşaçılar Teatrında Azərbaycanın dahi şairi və dramaturqu Hüseyn Cavidin "Ana" əsəri əsasında hazırlanmış eyniadlı tamaşada ana rolunu oynadı. Bu bir növ onun arzuladığı möhtəşəm rollardan biri, eyni zamanda 60 illik yubileyinə hesabat idi. Yubileyinə gələn saysız-hesabsız tamaşaçılar onu dönə-dönə alqışladılar. Səlma ana obrazında o, monoloqu, eləcə də dialoqu ilə mərdliyini, səbirliliyini, düşmənə nifrətini, əyilməzliyini, verdiyi sözə əməl etməyi, cəsarətini sübut edə bildi. Nübar Novruzova bu ana obrazını çox möhtəşəm oynadı. Bala dağı görmüş ananın oğlunun qatilini necə bağışlaması çox təsirli idi.  Tamaşada oynayan digər obrazların ifaçıları da öz işin öhdəsindən məharətlə gəldilər.
Aktrisanın sənət dostları və tərəf müqabilləri  xalq artistləri Rafiq Əliyev, Tariyel Qasımov, Yasin Qarayev və əməkdar artist Lətifə Əliyeva səhnəyə çıxaraq onunla bağlı xatirələrini  danışdılar və xoş sözlərini söylədilər.
Əminəm ki, Saleh bəyin aparıcısı olduğu bu yubiley tədbiri əməkdar artist Nübar Novruzovanın, eləcədə onu sevən tamaçaçıların xatirində uzunmüddət qalacaq.
Namiq Məmmədli













Baxış sayı: 1 264


Bölməyə aid digər xəbərlər