Bütün xəbərlər
Əflatun Amaşov: “Azərbaycan üçün güclü Gürcüstan lazımdır”
Tarix: 11-10-2018 12:59 | Bölmə: Reportaj
                                

Azərbaycan üçün güclü Gürcüstan lazımdır. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) məlumatına görə, bu sözləri Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov www.gaxa.ge saytına açıqlamasında bildirib: “Azərbaycan həmişə BMT-də, digər beynəlxalq təşkilatların yığıncaqlarında Gürcüstanı birmənalı olaraq dəstəkləyib, eləcə də Gürcüstan bir mehriban qonşu dövlət kimi Azərbaycanı dəstəkləyir. Məhz buna görə də Azərbaycan həmişə qonşuluqda güclü Gürcüstan görmək istəyir,”- Ə. Amaşov qeyd edib.
Ə. Amaşov Gürcüstana səfər edəndə ölkəmizin gündən-günə inkişaf etdiyini, çiçəkləndiyini deyib: “Mən hər dəfə Gürcüstana səfər edəndə onun paytaxtının və bölgələrin çiçəkləndiyini, getdikcə inkişaf etdiyini görürəm. Bu, məni çox sevindirir. Mən Gürcüstanın gələcəyini daha parlaq görürəm”.


Baxış sayı: 636


Bölməyə aid digər xəbərlər