12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal edib - "Yarasa" (FOTO)
Tarix: 26-09-2018 12:54 | Bölmə: Reportaj




Bakı. Samir Əli - Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı ilk dəfə pilotsuz uçuş aparatı (PUA) istehsal edib.
Trend-in məlumatına görə, kamikadze tipli PUA-nın çəkisi 12 kiloqramdır.
Kamikadze 5 kiloqram yüklə 2 min metr hündürlüyə qalxa və düşmən obyektlərinin xəritəsini çəkib oranı dəqiqliklə məhv edə bilir.
Kamikadze-PUA-nın maksimal sürəti 160 km/saatdır.
Müşahidə kamerası ilə obyekti müşahidə edəndən sonra uçan aparat özünü obyektə çırparaq partladır.
PUA-nın digər üstünlüyü isə odur ki, getdiyi istiqamət üzrə obyekti müəyyən etmədikdə partlamadan geri qayıdır.
Yeni sınaqdan keçirilən kamikadze tipli PUA "Yarasa" adlanır.
Pilotsuz uçuş aparatı yaxın günlərdə Azərbayca Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin













Baxış sayı: 844


Bölməyə aid digər xəbərlər