Bütün xəbərlər
Sülh - azadlıq, bərabərlik və ədalət deməkdir
Tarix: 23-09-2018 00:08 | Bölmə: Reportaj

Sülh insanların arzu etdiyi və can atdığı fundamental bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Hər il olduğu kimi bu il də 21 avqust - 21 sentyabr "Beynəlxalq Sülh aylığı" ilə əlaqədar Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə möhtəşəm tədbir keçirildi. Sülhün rəmzi olan sülh quşu göyərçinlə bəzədilmiş şarlar tədbirə xüsusi gözəllik verdi. Tədbiri açıq elan edən məktəbin direktoru Gülnaz Abdullayeva şagirdlərə daim açıq səma altında azad, sülh və əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq hissini arzuladı. Uşaqlar, müharibə edərək uşaqları xoşbəxtlikdən məhrum edən dövlətləri, insanları lənətlədi. Sonda şagirdlər sülhə aid mahnılar oxuyub rəqs etdilər. Tədbirin sonunda sülhün rəmzi olan göyərçin quşları səmaya buraxıldı.
Sabaha-inamla.az






















Baxış sayı: 1 039


Bölməyə aid digər xəbərlər