12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Kriştianu Ronaldunun bacısı: "Qardaşımı məhv etmək istəyirlər"
Tarix: 20-09-2018 12:01 | Bölmə: Reportaj

                                   

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldunun Çempionlar Liqasının (ÇL) I turunda İspaniyada “Valensiya” ilə səfər matçında qırmızı vərəqə almasına bacısı Katya Aveyru sərt reaksiya verib.
“Report”un məlumatına görə, bu barədə Aveyru şəxsi “Instagram” səhifəsində yazıb. O bildirib ki, Ronaldunu qovmaq bütün futbol üçün utancverici haldır: "Mənim qardaşımı məhv etmək istəyirlər. Ancaq Allah bunları görür və ədalət bərpa olunacaq”.
Qeyd edək ki, Kriştianu Ronaldu “Yuventus”un “Valensiya”ya 2:0 hesabı ilə qalib gəldiyi görüşün 29-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alıb. Karyerası ərzində ÇL-də ilk dəfə oyundan qovulan portuqaliyalı forvard meydanı göz yaşları ilə tərk edib. 



Baxış sayı: 691


Bölməyə aid digər xəbərlər