Ağdam və Xocavənddə yeni hərbi hissələrin açılışı oldu - Video + Fotolar
Tarix: 29-05-2021 15:34 | Bölmə: Reportaj

                     Ağdam və Xocavənddə yeni hərbi hissələrin açılışı oldu


Ağdam və Xocavənddə müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli daha iki hərbi hissə istifadəyə verilib.
Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən məlumat verilib.
Respublika Günü münasibətilə keçirilən açılış mərasimlərində birlik komandiri general-mayor Mayis Bərxudarov Müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb.
Qeyd edək ki, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili və aparılması məqsədilə modul tipli komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.
Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi prosesi planlı şəkildə davam edir.








Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər