12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Nazirlik: Xəstəxanalarda boş çarpayıların sayı barədə gündəlik məlumat toplanır
Tarix: 13-09-2018 22:14 | Bölmə: Reportaj

                         

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTYS) müraciət edən şəxslərin xəstəxanalara səmərəli yerləşdirilməsi məqsədi ilə əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən gündəlik olaraq Bakı şəhərinin tibb müəssisələrində mövcud olan boş çarpayıların sayı barədə məlumat toplanır.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, hospitalizasiya zamanı meydana çıxan problemlərin qarşısını alır və xəstələrin ərazi üzrə müvafiq bölgüsünə yardım edir.
Nazirlikdən bildirilib ki, təcili tibbi yardım göstərilməsi məqsədi ilə istifadə olunan dərman preparatlarının siyahisi müalicə metodik şöbə tərəfindən mütəmadi olaraq araşdırılır:
"Ağır xəstələrin evdə rentgen və ultrasəs müayinəsinin aparılması məqsədi ilə BŞTTTYS rəqəmsal və analoji rentgen, həmçinin ultrasəs apparatları ilə təmin olunub, ağır yataq xəstələrinin müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, həkim çağırışı əsasında portativ rentgen və ya ultrasəs apparatı ilə evdə rentgen müayinəsi aparılır. BŞTTTYS-nin evdə laborator müayinəsi apara bilən xüsusi briqadası da mövcuddur".



Baxış sayı: 685


Bölməyə aid digər xəbərlər