14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Nantda “Qarabağ” məktəbinin şagirdləri Ermənistanın mina xəritələrini verməməsinə etiraz aksiyası keçiriblər
Tarix: 25-04-2021 04:57 | Bölmə: Reportaj


Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” məktəbinin şagirdləri şəhərin rəmzi məkanlarında Ermənistanın azad edilmiş ərazilərimizdə yerləşdirdiyi minaların xəritəsini verməməsinə və müharibə cinayətini davam etdirməsinə qarşı etiraz aksiyası keçiriblər.
Sabaha-inamla.az AZƏRTAC-a istinadən xəbər verir ki, Nantdakı Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) təşəbbüsü və təşkilatçılığı ilə Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməməsinə etiraz əlaməti olaraq aksiya təşkil edilib.
Aksiyada Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri fəal iştirak edərək, #ArmenianWarCrimes həştəqi ilə “Minalanmış ərazilərin xəritəsini istəyirik!”, “Minalar Azərbaycanlı məcburi köçkünlərin evlərinə dönməsinə maneə olur”, “Minalar insanları öldürür” kimi plakatlarla şəhər sakinlərini Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı məlumatlandırıblar.
Həmçinin “Qarabağ” məktəbinin şagirdləri Nant şəhər meriyası qarşısında və digər administrativ binaların qarşısında aksiya keçiriblər. Məktəblilər Ermənistanın beynəlxalq humanitar hüququ kobudcasına pozduğunu diqqətə çatdırmağa çalışıblar. Azərbaycanlıların doğma evlərinə qayıdaraq yaşamaq hüquqlarının erməni tərəfindən pozulmasına diqqəti cəlb ediblər.













Baxış sayı: 691


Bölməyə aid digər xəbərlər