12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Bakıda əncir ağacını kəsən şəxs 2200 manat cərimə olundu (FOTO)
Tarix: 09-08-2018 11:52 | Bölmə: Reportaj

               

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, Azadlıq küçəsi 15 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 1 lüqustr ağacının kəsildiyi, 1 əncir ağacının qanunsuz budandığı və təbiətə 720 manat məbləğində ziyan dəydiyi məlum olub.
Araşdırma zamanı ağacların Vurğun Cəfərov tərəfindən kəsildiyi və budandığı müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, fiziki şəxs qismində 2200 manat məbləğində cərimə edilib.
                 
                 

                




Baxış sayı: 719


Bölməyə aid digər xəbərlər