Bütün xəbərlər
AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ MACARSTANA YOLA DÜŞÜR - VI HUN-TÜRK QURULTAYI ÜÇÜN
Tarix: 07-08-2018 16:58 | Bölmə: Reportaj

                                           

Avqustun 8-13-də Macarstanda VI Hun-Türk Qurultayı keçiriləcək. Hər iki ildən bir keçirilən Qurultayda Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkstan, Türkmənistan, Qırğızstan, o cümlədən bir çox dövlətlərin tərkibində muxtar subyekt olaraq yaşayan türklər iştirak edəcəklər. 
Həmişə olduğu kimi bu Qurultayda da 30-a yaxın ölkədən 300 minə yaxın ziyarətçinin qatılacağı ehtimal edilir.
"Sherg.az"ın məlumatına görə, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin bildirib ki, Qurultayda iştirak etmək üçün bu gün Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM sədri İlham İsmayılov, Milli Məclisin deputatı Qənirə Paşayeva, sənətçi Şəmistan Əlizamanlı, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin, QHT təmsilçisi Arzu Bağırova sabah Macarstana yola düşəcəklər.
Qeyd edək ki, Qurultayda türk dünyasını düşündürən məsələlər, birgə fəaliyyət proqramları da müzakirə olunur. Eyni zamanda Qurultay Türk xalqlarının birlik və bərabərliyini gücləndirmək üçün önəmli bir əməkdaşlıq platformudur.



Baxış sayı: 580


Bölməyə aid digər xəbərlər