Bütün xəbərlər
SOCAR yaxın aylarda Pakistana mayeləşdirilmiş təbii qaz tədarükünə başlayacaq
Tarix: 05-08-2018 10:20 | Bölmə: Reportaj





Bakı. İlkin Şəfiyev - Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaxın aylarda Pakistana mayeləşdirilmiş təbii qaz tədarükünə başlayacaq.
Bu barədə Trend-ə “Pakistan LNG Limited” operator şirkətindən məlumat verilib.
Qeyd olunur ki, SOCAR şirkətin bu məsələ ilə bağlı elan etdiyi tenderin qaliblərindən biri olub.
REKLAM
ru.linex-probio.com
Daha ətraflı

Native Video by Adributor




Mayeləşdirilmiş təbii qaz SOCAR tərəfindən iki hissədə tədarük olunacaq. 140 min kubmetr həcmdə olan hissələrdən birincisi oktyabrın 10-11-də, ikincisi 20-21-də tədarük ediləcək.
Qeyd edək ki, iyulun 26-da keçirilmiş tenderin qalibləri SOCAR-la yanaşı “GUNVOR International”, “BB Energy”, “Trafigura Pte” şirkətləri olub.


Baxış sayı: 688


Bölməyə aid digər xəbərlər