Bütün xəbərlər
"Kukesi" "Qarabağ"la oyuna 5 müdafiəçi ilə çıxacaq
Tarix: 25-07-2018 09:59 | Bölmə: Reportaj
                         

Albaniyanın “Kukesi” komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyuna 5 müdafiəçi ilə çıxacaq.
“Report”un “Panorama Sport”a istinadən verdiyi məlumata görə, "Kukesi" komandasının baş məşqçisi Armando Kunqu Ağdam təmsilçisindən ehtiyatlandığı üçün arxa xətti gücləndirəcək və 5–4–1 sxemindən yararlanacaq.
Bildirilir ki, qapıda Stivi Fraşeri yer alacaq. Müdafiə “beşliy”i sağdan sola olmaqla, Edis Malikyi, Yulli Şameti, Albi Alla, Haralamb Kayki və Simos Rumbulakudan təşkil ediləcək. Yarımmüdafiədə eyni düzülüşlə Arber Çyorbya, Besar Musoli, İrakli Cariya və Vilyam Kordeyru Melu çıxış edəcək. Baş məşqçi hücumda Sebino Plakuya bel bağlayacaq.
Qeyd edək ki, “Qarabağ” “Kukesi” ilə ilk matçını bu gün səfərdə keçirəcək. “Loro Boriçi” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda təşkil olunacaq və saat 21:00-da start götürəcək.


Baxış sayı: 687


Bölməyə aid digər xəbərlər