Bütün xəbərlər
AZƏRBAYCAN POLİSİ - 100
Tarix: 17-07-2018 17:43 | Bölmə: Reportaj

İyulun 2-də Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Şəhər-Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.
Şəki Dövlət Dram Teatrında baş tutan və şəhər ictimaiyyətinin nümayəndələrinin, polis əməkdaşlarının və veteranlarının iştirak etdiyi bayram tədbirində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycanda polis günü kimi qeyd olunduğunu bildirib. O, qeyd edib ki, bu şərəfli  tarix 1918-ci il iyulun 2-də Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində asayişi mühafizə dəstələrinin yaradılması ilə başlanmışdır. Bildirilib ki, 1993-cü ilin iyununda Azərbaycana siyasi hakimiyyətə qayıdan Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatların nəticəsi olaraq, polis vahid hüquq mühafizə orqanı kimi formalaşmışdır.
Qeyd olunub ki, bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizə, insanların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması kimi çətin vəzifənin öhtəsindən layiqincə gəlir.
Sonra cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizlik və asayişin təmin olunmasında yüksək peşəkarlıq göstərərək fərqləndiklərinə görə Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə bir qrup polis əməkdaşı, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tərəfindən fəxri diplomla təltif edilib. Həmin polis əməkdaşlarından biri də, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Münasibət oğlu Niftalıyev olmuşdur.
Sabaha-inamla.az


Baxış sayı: 1 020


Bölməyə aid digər xəbərlər