Bütün xəbərlər
Şagirdlər Narkomaniyaya yox dedilər
Tarix: 10-06-2018 00:37 | Bölmə: Reportaj
Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin IX-XI sinif şagirdləri ilə "Narkomaniyaya yox deyək" adlı tədbir keçirildi. Tədbirdə 14-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, Sabunçu rayonu Polis İdarəsinin azyaşlılar üzrə bölmə rəisi, polis mayoru Əli Babayev, 14-cü polis bölməsinin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Rafiq İsmayılov iştirak edirdi. Qonaqlar əvvəlcə foyedə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxdılar. Məktəbin direktoru Gülnaz Abdullayeva giriş sözü ilə tədbiri açıq elan etdi. Şagirdlər narkomaniyanın fəsadlarına həsr edilmiş video-çarxa baxdılar. Çıxış edən hüquq-mühafizə orqanlarının əməkdaşları narkomaniyanın fəsadları, onunla mübarizə aparmaq üçün dövlət proqramının qəbul olunmasını qeyd etdilər. Şagirdləri maraqlandıran suallara cavab verildi.
GÜNEL MƏMMƏDLİ
Sabaha-inamla.az









Baxış sayı: 1 392


Bölməyə aid digər xəbərlər