Bütün xəbərlər
AXC-nin 100 illiyi təntənə ilə qeyd olundu
Tarix: 26-05-2018 23:03 | Bölmə: Reportaj

Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş böyük bayram tədbiri keçirildi. Şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən başlayaraq Azərbaycanın müasir günə qədər keçdiyi tarixlə əyani tanış oldular. Məhəmməd Əmin Rəsulzadənin "Sən bizimsən! Sən bizimsən! Durduqca bədəndə can, Yaşa! Yaşa! Çox yaşa ey şanlı Azərbaycan!", Ulu Öndər Heydər Əliyevin dediyi "Müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir" sözlərini uca tutacaqlarına, Azərbaycanın layiqli övladları olacaqlarına and içdilər.















Baxış sayı: 786


Bölməyə aid digər xəbərlər