12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Fərəh Əliyeva Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib
Tarix: 11-05-2018 23:12 | Bölmə: Reportaj


                                   Bu sərəncam imzalandığı gündən qüvvəyə minir 

Prezident İlham Əliyev Fərəh Əliyevanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Dövlət başçısının digər sərəncamı ilə Fərəh Əliyeva Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, F.Əliyeva Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri olan Şirməmməd Hüseynovun qızıdır.



Baxış sayı: 1 344


Bölməyə aid digər xəbərlər