15:42 / 03-11-2026
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
15:39 / 03-11-2026
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
15:36 / 03-11-2026
Yeniyetmənin qətlində şübhəli bilinən şəxs saxlanılıb
14:29 / 03-11-2026
Moskva vilayətinin şimal-qərbində və Moskva vilayətində qar yağıb
14:26 / 03-11-2026
Peskov: "Rusiya, ABŞ və Çin liderləri arasında görüş tezliklə razılaşdırıla bilər"
14:23 / 03-11-2026
Lavrov ATƏT-in işini davam etdirməsi üçün nələrə ehtiyac olduğunu izah etdi
14:20 / 03-11-2026
Lavrov Aİ-nin atəşkəs çağırışları ilə nəyə nail olmağa çalışdığını izah etdi
14:15 / 03-11-2026
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
14:12 / 03-11-2026
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
14:06 / 03-11-2026
TASS: Moskvaya gecə dron hücumu cəhdi ən böyük hücumlardan biri idi
22:40 / 02-11-2026
NATO kəşfiyyat təyyarəsi müşahidə edilib
22:27 / 02-11-2026
İsveçrə Avropada siyasi dönüş nöqtəsinə işarə edir
22:23 / 02-11-2026
Rayon administrasiyasının rəhbəri rüşvət işi üzrə həbs edilib
22:18 / 02-11-2026
Hollandiya vandalizm aktından sonra sovet əsgərləri qəbiristanlığında təhlükəsizliyi gücləndirəcək
18:56 / 02-11-2026
Polis əməkdaşlarına hücum edən şəxsə qarşı ittiham irəli sürülüb
18:53 / 02-11-2026
Uşaqlarına işgəncə verən məhkum edilib
18:47 / 02-11-2026
Zelenski Kliçkonu Malyukla əvəz etmək istəyir
18:41 / 02-11-2026
Avropada Rusiya qazının alınması çağırışları güclənə bilər
18:38 / 02-11-2026
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
18:32 / 02-11-2026
Rusiya Qazaxıstanla Türk Dövlətləri Təşkilatına qoşulmağı müzakirə edə bilər
18:27 / 02-11-2026
Tramp Vyetnam müharibəsini bir həftəyə qazana biləcəyi ilə öyündü
17:37 / 02-11-2026
Bir ekspert Polşadakı Alman polisi ilə bağlı məlumatları Tuska qarşı uydurma adlandırdı
17:33 / 02-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
17:30 / 02-11-2026
Zelenski Kliçkonu vəzifəsindən uzaqlaşdırmaq üçün dəstək tapa bilmədi
17:27 / 02-11-2026
Ömürlük həbs cəzasına məhkum edilib
17:19 / 02-11-2026
Belçikanın Baş naziri istefa verib
16:40 / 02-11-2026
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
16:36 / 02-11-2026
Ekspert ABŞ-ın İrana nüvə zərbəsinin fəlakətli nəticələrini etiraf edir
16:32 / 02-11-2026
Federasiya Şurası İrana mümkün nüvə zərbəsi ilə bağlı şərh verdi
16:28 / 02-11-2026
Stubb Finlandiyanın müdafiəsini gücləndirməyə çağırdı
16:24 / 02-11-2026
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
20:23 / 01-11-2026
Ov edərkən təsadüfən tanışını güllələyib
20:19 / 01-11-2026
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
20:16 / 01-11-2026
ABŞ kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında patrul xidməti göstərir
20:12 / 01-11-2026
İran ordusu Rusiyadan alınan "Su-35" qırıcı təyyarələrinin çatdırılma tarixlərini açıqladı
20:03 / 01-11-2026
Şirkətlər neyron şəbəkələri naminə işdən çıxarılan işçiləri geri qaytarırlar
18:05 / 01-11-2026
Almaniyanın Frankfurt-Mayn şəhərində baş verən iğtişaşlar zamanı 100-dən çox polis əməkdaşı yaralanıb
COVİD-19-UN ÖLKƏMİZ ÜÇÜN TÖRƏDƏCƏYİ FƏSADLAR, ONDAN SONRAKI İQTİSADİ VƏ SOSİAL DURUM
Tarix: 08-04-2020 21:16 | Bölmə: Reportaj
Tarixə nəzər salsaq, onu əhatəli şəkildə təhlil etsək süurlu canlı məxluqların yarandığı gündən bugünkü günə qədər müxtəlif dövrlərdə həm mühariblər, həm də genişmiqyaslı xəstəliklərin tüğyan etdiyini müşahidə etmək mümkündür. Məhz bu müharibələr və genişmiqyaslı xəstəliklər nəticəsində on min, yüz min, hətta milyonlarla insanların kütləvi ölüm halı baş vermiş, eləcə də ölkələrin iqtisadiyyatına külli miqdarda zərər dəymişdir. Lakin təhlil nəticəsində bütün bu itki və zərərlərin çox qısa müddətdə aradan qalxdığını, hətta bəzi hallarda unuldulduğunun belə şahidi oluruq.Belə müharibələrə Makedoniyalı İsgəndərin Avropa və Asiya istilaları, Ərəblərin yürüşləri, Monqolların Avrasiya istilaları, Əmir Teymurun fəthləri, “Yüzillik müharibə”, ABŞ-da vətəndaş müharibəsi, I və II dünya müharibələri və bu kimi digərlərini misal göstərmək olar.
Bəşər tarixində ən genişmiqyaslı şəkildə yayılmış xəstəliklərə (pandemiya) gəldikdə isə müxtəlif dövrlərdə “Vəba” və ya “Qara ölüm”, “Kolera” emidemiyası, “İspan qripi”, “Su çiçəyi” kimi xəstəlikləri qeyd etmək olar. 21-ci əsrdə isə ilk olaraq “SARS”, daha sonra isə “Quş qripi”, “Donuz qripi” və “Ebola” kimi xəstəliklər kütləvi insan tələfatına gətirib çıxardı. Statistikaya nəzər salsaq görərik ki, ilk olaraq orta əsrlərdə geniş miqyas almış vəba xəstəliyi 75 milyon insanın, daha sonra isə 19-cu əsrdə Çində 10 milyon, ümumilikdə isə təxminən 100 milyona yaxın insanın ölümü ilə nəticələnmişdir. Tarixdə ən böyük insan itkisinə səbəb olan xəstəliklərdən biri də “İspan qripi” olmuşdur. Xəstəliyin “İspan qripi” adlandırılmasının səbəbi heç də onun İspaniyada yaranması deyildir.Xəstəliyin ispan qripi olaraq adlandırılmasının əsas səbəbi virusun yayılmağa başlamasının ardından ilk reaksiyanın İspaniyadan gəlməsi idi. Belə ki, bir çox dünya dövlətləri baş verən hadisələrə bir ad verə bilmədikləri halda, İspaniya mətbuatı və cəmiyyəti yeni bir virus dalğasının yayıla biləcəyi məsələlərini müzakirə edirdi. Düşünülənin əksinə virus ilk dəfə İspaniyada yarananmamış və ən çox insan itkisi də İspaniyada baş verməmişdir.“İspan qripi” ilk dəfə 1918-ci ilin 11 mart tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko ştatında aşkarlanmışdır.Bu xəstəlik 1918-1920-ci illərdə dünyanı ağuşuna almış və həmin dövrdə bitməkdə olan Birinci Dünya Müharibəsindən daha çox insan ölümünə - yəni sözügedən müharibədə 10 milyon göstərici qeydə alınmışdısa bu xəstəlikdən təqribən 18 ay ərzində 100 milyona qədər insanın yəni dünya əhalisinin 5 faizinin ölümünə səbəb olmuşdur. Hazırkı qrip epidemiyasını tutan hər 10.000 insandan biri ölürsə, “İspan qripi”ndə bu nisbət 20%-ə çatdığı təxmin edilirdi. İspan qripi yayıldığı ilk 25 həftədə 25 milyon insanı öldürüb. İkinci Dünya Müharibəsində isə 25 milyon hərbi qulluqçu, 27 milyon dinc əhalinin həyatına son qoyuldu.
Tək ölkəmizdə ötən əsrin 90-cı illərinin əvvəllərinə nəzər yetirsək acı bir mənzərənin şahidi olmuş olarıq. Belə ki, böyük bir imperiyanın məhv olması, iqtisadi durumun iflic vəziyyətə düşməsi, müharibə şəraiti ilə əlaqədar çoxlu sayda insan itkisi, dinc əhalinin yeməyə çörək belə tapmaması və s. kimi çətinliklər yəqin ki, o dövrdə yaşayan bir çox insanların yaxşı xatirindədir. Ən pisi də bu vəziyyətin nə vaxt düzələcəyini belə bilməmək idi. Lakin insanlar arasında bu qədər panikanın olmaması məhz sosial şəbəkələrin həmin dövrdə insan həyatına hökmranlıq etməməsi ilə bağlı idi. Vəziyyətin sonradan müsbətə doğru düzəlməsi isə artıq bizlərə məlumdur.
Son dövrlər isə bütün dünyanı öz ağuşuna almış “Koronavirus(COVID-19)” pandemiyası nəinki ölkəmizdə, eləcə də bütün dünyada bir çoxları üçün ən qorxulu kabusa, bəlaya çevrilmişdir. Və bəzi mütəxəssislər bu pandemiyanı III Dünya Müharibəsi və ya dünyanın sonu kimi də xarakterizə edirlər. Lakin mən bu fikirlərlə qəti şəkildə razı deyiləm. Çünki yuxarıda həm dünya müharibələri, həm də genişmiqyaslı xəstəliklər nəticəsində çox qısa müddətdə dünyasını dəyişən insanların statistik rəqəmləri ilə bugünkü “Koronavirus” qurbanlarının statistikasını üzləşdirdikdə bunu aydın şəkildə sezmək mümkündür. Baxın bugün bütün dünyada müxtəlif xəstəlik və səbəblərdən, o cümlədən xərçəng, ürək və böyrək çatışmamazlığı,aclıq, cinayət və digər səbəblərdən hər gün ölənlərin nisbəti bu xəstəlikdən ölənlərin sayından müqayisə edilməyəcək dərəcədə dəfələrlə çoxdur. Hazırda başqa bir reallıq da var bu da elmi tərəqqinin əvvəlki dövrlərə nisbətdə daha yaxşı inkişaf etməsi ilə bağlıdır.
Bugün insanlar arasında böyük bir panika vardır. Məhz bu panikanın da əsas səbəbini mən sosial şəbəkələrdə görürəm. Sosial şəbəkələr insan psixologiyasına çox böyük mənfi təsirlər göstərir. Bir faktı da diqqətinizə çatdırmaq istərdim. Belə ki, 1959-cu ilin sonu 1960-cı ilin əvvələrində keçmiş SSRİ-də çox ağır dəhşətli bir epidemiya – “qara çiçək” epidemiyası yayılmış, lakin o vaxtkı hökumət tərəfindən operativ və gizli şəkildə görülmüş qabaqlayıcı tədbirlər nəticəsində bu bəladan qurtulmaq mümkün olmuşdur. Həmin dövrdə sosial şəbəkələr olsa idi təsəvvür edin digər dünya ölkələrini nəzərə almasaq bütün ittifaq dövlətləri panika içərisində olacaqdı.
Hazırda koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində ölkə rəhbərliyi tərəfindən sosial izoliasiya tədbirləri ilə yanaşı digərməqsədyönlü tədbirlər görülməkdədir. Belə ki, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli müvafiq Sərəncamı imzalanmış və həmin sərəncamdan irəli gələrək Nazirlər Kabineti tərəfindən müvafiq Tədbirlər Planı hazırlanaraq təsdiq edilmişdir. Sözügedən Tədbirlər Planının əsas istiqamətləri -iş yerlərinin və sosial sabitliyin qorunması, iqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi, iqtisadiyyata və sahibkarlığa dövlətin kredit-zəmanət dəstəyinin göstərilməsi, iqtisadiyyatın və sahibkarların güzəştli şərtlərlə kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi, pandemiyanın mənfi təsir etdiyi fəaliyyət sahələrində əlavə dəstək tədbirlərinin görülməsi, post-pandemiya dövründə iqtisadi artımın yeni modelinin tətbiqi istiqamətində təxirəsalınmaztədbirlərin həyata keçirilməsi, məşğulluq və sosial rifaha dəstək və digər mühüm istiqamətləri özündə ehtiva edir.
Görülən tədbirlərin bariz nümunəsi kimi “Yeni klinika” tibb müəssisəsinin açılışı, eləcə də bir neçə gün bundan öncə ölkəmizdə məlum pandemiya ilə əlaqədar tibbi maska çatışmamazlığının aradan qaldırılması ilə bağlı çox qısa bir müddətdə cəmi 2 həftə ərzində istifadəyə verilmiş tibbi maska istehsalı müəssisəsinin yaradılmasını qeyd etmək olar. Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan bu müəssisə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılmışdır. Belə bir ağır şəraitdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü iləən məsuliyyətli işi öz üzərinə götürərək layiqincə öhdəsindən gələn “Bakı Tekstil Fabriki” MMC-nin direktoru, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayevanın bu fəaliyyəti təqdirəlayiqdir. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xəttinin qurulması və ikinci mərhələdə istehsal həcminin 2 dəfə artırılaraq gündəlik istehsalın 200-250 min tibbi maskaya çatdırılması planlaşdırılır. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəmək, daha sonra isə xarici ölkələrə ixracı da nəzərdə tutulmuşdur.
Göründüyü kimi ölkə rəhbərliyi koronavirus pandemiyasının həm ölkəmizdə yayılmasının qarşısının alınması, həm də iqtisadiyyata verə biləcəyi zərərlərin tez bir zamanda aradan qaldırılması istiqamətində məqsədyönlü və təxirəsalınmaz işlər görməkdədir. Buna görə də heç bir panikaya ehtiyac olmadığı, hökumətin müəyyən etdiyi müddət ərzində “evdə qal” tələbinə əməl etməli və ölkə iqtisadiyyatının post-pandemiya dövründən sonrakı müddətdə davamlı inkişafına öz inam və əməllərimizlə dəstəkləməli və töfhəmizi verməliyik. Mən əmin edirəm ki, aparılan uğurlu iqtisadi siyasət nəticəsində ölkəmiz tez bir zamanda ən az itgilərlə bu bəladan qurtulmaqla yanaşı, iqtisadiyyatımız güclənəcək və əhalinin sosial rifah halı daha da yaxşılaşacaqdır.
NURLAN ŞAKİROĞLU (Verdiyev)
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının II kurs magistrantı
Baxış sayı: 1 507
Bölməyə aid digər xəbərlər
Tarix: 08-04-2020 21:16 | Bölmə: Reportaj
Tarixə nəzər salsaq, onu əhatəli şəkildə təhlil etsək süurlu canlı məxluqların yarandığı gündən bugünkü günə qədər müxtəlif dövrlərdə həm mühariblər, həm də genişmiqyaslı xəstəliklərin tüğyan etdiyini müşahidə etmək mümkündür. Məhz bu müharibələr və genişmiqyaslı xəstəliklər nəticəsində on min, yüz min, hətta milyonlarla insanların kütləvi ölüm halı baş vermiş, eləcə də ölkələrin iqtisadiyyatına külli miqdarda zərər dəymişdir. Lakin təhlil nəticəsində bütün bu itki və zərərlərin çox qısa müddətdə aradan qalxdığını, hətta bəzi hallarda unuldulduğunun belə şahidi oluruq.Belə müharibələrə Makedoniyalı İsgəndərin Avropa və Asiya istilaları, Ərəblərin yürüşləri, Monqolların Avrasiya istilaları, Əmir Teymurun fəthləri, “Yüzillik müharibə”, ABŞ-da vətəndaş müharibəsi, I və II dünya müharibələri və bu kimi digərlərini misal göstərmək olar.Bəşər tarixində ən genişmiqyaslı şəkildə yayılmış xəstəliklərə (pandemiya) gəldikdə isə müxtəlif dövrlərdə “Vəba” və ya “Qara ölüm”, “Kolera” emidemiyası, “İspan qripi”, “Su çiçəyi” kimi xəstəlikləri qeyd etmək olar. 21-ci əsrdə isə ilk olaraq “SARS”, daha sonra isə “Quş qripi”, “Donuz qripi” və “Ebola” kimi xəstəliklər kütləvi insan tələfatına gətirib çıxardı. Statistikaya nəzər salsaq görərik ki, ilk olaraq orta əsrlərdə geniş miqyas almış vəba xəstəliyi 75 milyon insanın, daha sonra isə 19-cu əsrdə Çində 10 milyon, ümumilikdə isə təxminən 100 milyona yaxın insanın ölümü ilə nəticələnmişdir. Tarixdə ən böyük insan itkisinə səbəb olan xəstəliklərdən biri də “İspan qripi” olmuşdur. Xəstəliyin “İspan qripi” adlandırılmasının səbəbi heç də onun İspaniyada yaranması deyildir.Xəstəliyin ispan qripi olaraq adlandırılmasının əsas səbəbi virusun yayılmağa başlamasının ardından ilk reaksiyanın İspaniyadan gəlməsi idi. Belə ki, bir çox dünya dövlətləri baş verən hadisələrə bir ad verə bilmədikləri halda, İspaniya mətbuatı və cəmiyyəti yeni bir virus dalğasının yayıla biləcəyi məsələlərini müzakirə edirdi. Düşünülənin əksinə virus ilk dəfə İspaniyada yarananmamış və ən çox insan itkisi də İspaniyada baş verməmişdir.“İspan qripi” ilk dəfə 1918-ci ilin 11 mart tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko ştatında aşkarlanmışdır.Bu xəstəlik 1918-1920-ci illərdə dünyanı ağuşuna almış və həmin dövrdə bitməkdə olan Birinci Dünya Müharibəsindən daha çox insan ölümünə - yəni sözügedən müharibədə 10 milyon göstərici qeydə alınmışdısa bu xəstəlikdən təqribən 18 ay ərzində 100 milyona qədər insanın yəni dünya əhalisinin 5 faizinin ölümünə səbəb olmuşdur. Hazırkı qrip epidemiyasını tutan hər 10.000 insandan biri ölürsə, “İspan qripi”ndə bu nisbət 20%-ə çatdığı təxmin edilirdi. İspan qripi yayıldığı ilk 25 həftədə 25 milyon insanı öldürüb. İkinci Dünya Müharibəsində isə 25 milyon hərbi qulluqçu, 27 milyon dinc əhalinin həyatına son qoyuldu.
Tək ölkəmizdə ötən əsrin 90-cı illərinin əvvəllərinə nəzər yetirsək acı bir mənzərənin şahidi olmuş olarıq. Belə ki, böyük bir imperiyanın məhv olması, iqtisadi durumun iflic vəziyyətə düşməsi, müharibə şəraiti ilə əlaqədar çoxlu sayda insan itkisi, dinc əhalinin yeməyə çörək belə tapmaması və s. kimi çətinliklər yəqin ki, o dövrdə yaşayan bir çox insanların yaxşı xatirindədir. Ən pisi də bu vəziyyətin nə vaxt düzələcəyini belə bilməmək idi. Lakin insanlar arasında bu qədər panikanın olmaması məhz sosial şəbəkələrin həmin dövrdə insan həyatına hökmranlıq etməməsi ilə bağlı idi. Vəziyyətin sonradan müsbətə doğru düzəlməsi isə artıq bizlərə məlumdur.
Son dövrlər isə bütün dünyanı öz ağuşuna almış “Koronavirus(COVID-19)” pandemiyası nəinki ölkəmizdə, eləcə də bütün dünyada bir çoxları üçün ən qorxulu kabusa, bəlaya çevrilmişdir. Və bəzi mütəxəssislər bu pandemiyanı III Dünya Müharibəsi və ya dünyanın sonu kimi də xarakterizə edirlər. Lakin mən bu fikirlərlə qəti şəkildə razı deyiləm. Çünki yuxarıda həm dünya müharibələri, həm də genişmiqyaslı xəstəliklər nəticəsində çox qısa müddətdə dünyasını dəyişən insanların statistik rəqəmləri ilə bugünkü “Koronavirus” qurbanlarının statistikasını üzləşdirdikdə bunu aydın şəkildə sezmək mümkündür. Baxın bugün bütün dünyada müxtəlif xəstəlik və səbəblərdən, o cümlədən xərçəng, ürək və böyrək çatışmamazlığı,aclıq, cinayət və digər səbəblərdən hər gün ölənlərin nisbəti bu xəstəlikdən ölənlərin sayından müqayisə edilməyəcək dərəcədə dəfələrlə çoxdur. Hazırda başqa bir reallıq da var bu da elmi tərəqqinin əvvəlki dövrlərə nisbətdə daha yaxşı inkişaf etməsi ilə bağlıdır.
Bugün insanlar arasında böyük bir panika vardır. Məhz bu panikanın da əsas səbəbini mən sosial şəbəkələrdə görürəm. Sosial şəbəkələr insan psixologiyasına çox böyük mənfi təsirlər göstərir. Bir faktı da diqqətinizə çatdırmaq istərdim. Belə ki, 1959-cu ilin sonu 1960-cı ilin əvvələrində keçmiş SSRİ-də çox ağır dəhşətli bir epidemiya – “qara çiçək” epidemiyası yayılmış, lakin o vaxtkı hökumət tərəfindən operativ və gizli şəkildə görülmüş qabaqlayıcı tədbirlər nəticəsində bu bəladan qurtulmaq mümkün olmuşdur. Həmin dövrdə sosial şəbəkələr olsa idi təsəvvür edin digər dünya ölkələrini nəzərə almasaq bütün ittifaq dövlətləri panika içərisində olacaqdı.
Hazırda koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində ölkə rəhbərliyi tərəfindən sosial izoliasiya tədbirləri ilə yanaşı digərməqsədyönlü tədbirlər görülməkdədir. Belə ki, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli müvafiq Sərəncamı imzalanmış və həmin sərəncamdan irəli gələrək Nazirlər Kabineti tərəfindən müvafiq Tədbirlər Planı hazırlanaraq təsdiq edilmişdir. Sözügedən Tədbirlər Planının əsas istiqamətləri -iş yerlərinin və sosial sabitliyin qorunması, iqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi, iqtisadiyyata və sahibkarlığa dövlətin kredit-zəmanət dəstəyinin göstərilməsi, iqtisadiyyatın və sahibkarların güzəştli şərtlərlə kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi, pandemiyanın mənfi təsir etdiyi fəaliyyət sahələrində əlavə dəstək tədbirlərinin görülməsi, post-pandemiya dövründə iqtisadi artımın yeni modelinin tətbiqi istiqamətində təxirəsalınmaztədbirlərin həyata keçirilməsi, məşğulluq və sosial rifaha dəstək və digər mühüm istiqamətləri özündə ehtiva edir.
Görülən tədbirlərin bariz nümunəsi kimi “Yeni klinika” tibb müəssisəsinin açılışı, eləcə də bir neçə gün bundan öncə ölkəmizdə məlum pandemiya ilə əlaqədar tibbi maska çatışmamazlığının aradan qaldırılması ilə bağlı çox qısa bir müddətdə cəmi 2 həftə ərzində istifadəyə verilmiş tibbi maska istehsalı müəssisəsinin yaradılmasını qeyd etmək olar. Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan bu müəssisə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılmışdır. Belə bir ağır şəraitdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü iləən məsuliyyətli işi öz üzərinə götürərək layiqincə öhdəsindən gələn “Bakı Tekstil Fabriki” MMC-nin direktoru, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayevanın bu fəaliyyəti təqdirəlayiqdir. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xəttinin qurulması və ikinci mərhələdə istehsal həcminin 2 dəfə artırılaraq gündəlik istehsalın 200-250 min tibbi maskaya çatdırılması planlaşdırılır. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəmək, daha sonra isə xarici ölkələrə ixracı da nəzərdə tutulmuşdur.
Göründüyü kimi ölkə rəhbərliyi koronavirus pandemiyasının həm ölkəmizdə yayılmasının qarşısının alınması, həm də iqtisadiyyata verə biləcəyi zərərlərin tez bir zamanda aradan qaldırılması istiqamətində məqsədyönlü və təxirəsalınmaz işlər görməkdədir. Buna görə də heç bir panikaya ehtiyac olmadığı, hökumətin müəyyən etdiyi müddət ərzində “evdə qal” tələbinə əməl etməli və ölkə iqtisadiyyatının post-pandemiya dövründən sonrakı müddətdə davamlı inkişafına öz inam və əməllərimizlə dəstəkləməli və töfhəmizi verməliyik. Mən əmin edirəm ki, aparılan uğurlu iqtisadi siyasət nəticəsində ölkəmiz tez bir zamanda ən az itgilərlə bu bəladan qurtulmaqla yanaşı, iqtisadiyyatımız güclənəcək və əhalinin sosial rifah halı daha da yaxşılaşacaqdır.
NURLAN ŞAKİROĞLU (Verdiyev)
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının II kurs magistrantı
Baxış sayı: 1 507
Bölməyə aid digər xəbərlər
12-10-2026, 13:20
Şəhidin adını daşıyan "Sumqayıt-Xəzər" FK ilk start oyununda qalib gəldi-VİDEO+FOTOLAR
21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR













