Bütün xəbərlər
Penitensiar xidmətdə işə yeni qəbul olunan əməkdaşlar and içiblər
Tarix: 28-04-2018 15:06 | Bölmə: Reportaj



Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində orta rəis heyətinə qulluğa qəbul edilən 37 əməkdaşın andiçmə mərasimi keçirilib. 
Bu barədə "Report"a Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.  
Xidmət rəhbərliyi tərəfindən Penitensiar xidmətdə qulluq keçmənin fəaliyyət istiqamətləri barədə gənc əməkdaşlara məlumat verilib, onlara gələcəkdə çətin və şərəfli fəaliyyətlərində vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, qərəzsizlik prinsiplərinə dönmədən riayət etmək, dövlət idarəçiliyinin mühüm sahələrindən biri olan ədliyyə orqanlarında vicdanla, dövlətə və xalqa sədaqətlə xidmət etmək, ədliyyə işçisi adını daima uca tutmaq tövsiyə olunmuş və xidməti vəsiqələr təqdim edilib. 

                                          





Baxış sayı: 1 101


Bölməyə aid digər xəbərlər