17:04 / 13-09-2026
Əhdi həmin videosuna görə saxlanıldı
17:01 / 13-09-2026
Naməlum kişinin hücumundan sonra bir qız reanimasiyaya yerləşdirilib
16:58 / 13-09-2026
Uşakov Hindistanda keçirilən BRICS Zirvəsində Ukraynanın kimdən xatırlandığını açıqladı
16:55 / 13-09-2026
Rus turistləri daşıyan təyyarə Tunisdə qəzadan çətinliklə yayındı
16:52 / 13-09-2026
Litva üzərində PUA: NATO qırıcı təyyarəsi havaya qalxdı
16:45 / 13-09-2026
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
16:43 / 13-09-2026
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
16:40 / 13-09-2026
Dəmir Yolu Stansiyasının rəisi Sankt-Peterburqda həbs edilib
16:36 / 13-09-2026
Yanğından altı uşaq xilas edildi
16:33 / 13-09-2026
Zelenski dünyanın ən nüfuzlu yəhudiləri arasında adlandırılıb
11:41 / 13-09-2026
İki kombayn yanğını baş verib
11:38 / 13-09-2026
Bir sıra zəlzələlər baş verdi
11:34 / 13-09-2026
Batmış bərədə 30-dan çox insan itkin düşüb
11:31 / 13-09-2026
Polşa Ukraynadakı Rusiya fəaliyyətinə görə hava qüvvələrini gücləndirdi
11:28 / 13-09-2026
Bir gündə on ayı öldürülüb
11:25 / 13-09-2026
Yava dənizində itkin düşən 243 sərnişini olan gəmi ilə əlaqə
11:22 / 13-09-2026
Çayda qayıqdan yıxılaraq xəsarət alıb
11:20 / 13-09-2026
Polis iki yeniyetməni vuran sürücünü axtarır
11:17 / 13-09-2026
Media xəbər verir ki, APEC sammitində tarixi bir hadisə baş verə bilər
11:13 / 13-09-2026
Evdə baş verən yanğında bir qadın ölüb
20:53 / 12-09-2026
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
19:13 / 10-09-2026
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
19:03 / 10-09-2026
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
18:58 / 10-09-2026
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
18:50 / 10-09-2026
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
18:47 / 10-09-2026
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
18:43 / 10-09-2026
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
18:38 / 10-09-2026
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
18:35 / 10-09-2026
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
18:33 / 10-09-2026
Yanğından uşağı xilas edən bir kişi hadisənin təfərrüatlarını paylaşıb
18:30 / 10-09-2026
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
17:47 / 10-09-2026
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
17:43 / 10-09-2026
Bir ovçu, insanların ayıları özləri təhrik etdiyini bildirdi
17:40 / 10-09-2026
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
17:37 / 10-09-2026
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
17:33 / 10-09-2026
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
Sumqayıt oxuyur göylərə meydan-Əkbər QOŞALI
Tarix: 05-12-2019 17:20 | Bölmə: Reportaj
Xalq şairi Nəbi Xəzri gənclər şəhəri Sumqayıtı vəsf etdiyi poemada yazırdı:
Sumqayıt cavandır, cavandan cavan,
Taleyi, arzusu nura boyanmış.
Sumqayıt oxuyur göylәrә meydan,
Ayağı torpaqda möhkәm dayanmış.
Sumqayıt bu yaxınlarda 70 yaşını qeyd etdi. Dövlət səviyyəsində qeyd edilən yubiley, Prezidentin təltifləri və şəhərə səfəri ilə başqa bir gözəllik, özəllik qazandı. Həftəsonu Sumqayıtdaydım: şəhərin yubiley havasını həm zahirən, həm də şəhər ziyalıları ilə söhbət imkanı daxilində görmək fürsətim oldu. Sumqayıtın məhz “Gənclər şəhəri” fəxri ünvanı daşıması, həm də, yubiley münasibətli təltifdə yaradıcı insanların olması, məni bir qədər gecikmə ilə də olsa, Sumqayıtla bağlı müəyyən fikirlərimi bölüşməyə sövq etdi.
Sizdən nə gizlədim, sovet dönəmində “kimya şəhəri” kimi ad-san qazanmış, bu səbəblə ekoloji durumu bərbad olan Sumqayıtdan çağdaş Sumqayıtın, necə deyərlər, sıyrılıb çıxması maraqlı hadisədir. Sumqayıt paytaxtın yaxınlığındakı şəhərdir, belə yaxınlıq özünəməxsus haldır. Şəhər deyirsən – şəhərdir, dəniz qırağı deyirsən – var. Özü də kübarlığını imkan daxilində qorumuş şəhərdir. Bu özünəməxsusluq Sumqayıtın daha yaşıl şəhər olması, əhali sıxlığının paytaxta baxanda, daha münasib olması, metrosu olmasa da, metrosuzluğu hiss etdirməyəcək qədər intensiv nəqliyyatın mövcudluğu, hər məhəllədə (kvartalda) xalqa məxsus “mərasim evi”nin fəaliyyət göstərməsi, mədəniyyət obyektlərinin möhtəşəmliyi, “Poeziya evi”nin varlığı, özəlliklə, qaynar ədəbi mühitə sahib olması... kimi məziyyətlərlə, süsləmələrlə də fərqləndirilə bilər.
Üstəlik, Sumqayıt qaçqın, məcburi köçkün el-obalarımızın da ağırlığını dərindən çəkməkdədir. Necə deyərlər, ev evə sığmasa da, el elə sığıb. Gün olsun, Qubadlımızda Sumqayıt küçəsinin, Sumqayıt meydanının açılışına yığışaq!
Bəli, şəhərin yubileyi tədbiri dövlət səviyyəsində diqqət gördü. Cənab Prezident Sumqayıtda oldu, müxtəlif açılışlarda iştirak etdi, yubiley tədbirində geniş nitq söylədi. Dövlət başçısı nitqində, həm sırf şəhərlə bağlı, həm də ümumən respublikamızla bağlı tarixi məqamlara toxunmaqla yanaşı, bugünümüzün dəyərləndirməsini apardı, gələcəyə yönəlik baxışını açıqladı. Gənclər şəhərini böyük sənaye potensialına malik, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl, çağdaş şəhər olaraq xarakterizə edən Prezident, Sumqayıtın şəhər kimi 70 il bundan öncə formalaşdığını xatırlatdı. Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, Heydər Əliyevin fəaliyyəti dövründə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf etdi, burada yeni yaşayış binaları tikildi, sosial obyektlər yaradıldı, parklar, xiyabanlar salındı, ağaclar əkildi. Sumqayıt Ümumittifaq əhəmiyyətli mühüm sənaye şəhəri kimi inkişaf etdi. 1982-ci ildə ulu öndər Heydər Əliyev Moskvaya gedəndən sonra Azərbaycanın hər yerində olduğu kimi, Sumqayıtda da tənəzzül dövrü başlandı…
Qeyd etdiyimiz kimi, cənab Prezident şəhərin yubileyində yalnız Sumqayıtdan danışmadı. Bu, ən azı, o baxımdan təsadüfi deyildi ki, Sumqayıt “balaca Azərbaycandır”. – Bu, həm əhalinin tərkibi baxımından belədir, həm də şəhərin, şəhər sakinlərinin ötən yüzilliyin 90-cı illərində yaşadıqları baxımından…
“Sumqayıt hadisələri” ümumi adı altında Ermənistanın, erməniyanlıların hər il, özəlliklə hər ilin əvvəllərində bütün dünyada haray-həşir qopardıqlarını bilirik. Əslində, keçmiş SSRİ və Ermənistan kəşfiyyat orqanlarının oyunları, hoqqaları ilə törədilmiş, “oyun içində oyun” hadisələri Sumqayıtımızın, ümumən, Azərbaycanımızın gerçək tarixinin bir parçasına dönüb... – Bu gün də, gələcəkdə də öyrəniləsi, nəticə çıxarılası ibrətli hadisələr var!
Bax, bu anlamda Prezidentin, Silahlı Qüvvələrin Ali Baş Komandanının çıxışında Ermənistanın təcavüzkarlıq siyasətinə xüsusi yer ayrılması, heç şübhəsiz, həqiqətlərimizin bir daha diqqətə çatdırılması, duyurulması, yaddaşların təzələnməsi baxımından xüsusi önəm kəsb etdi. – Gənclər şəhərinin gəncləri öz doğma şəhərlərinin dünəni, bugünü və sabaha arzuları ilə tanımalıdır. Necə deyərlər, tanıyınca, özləri sevəcək, zatən... Sülh şəhərini, gənclər şəhərini, möhtəşəm poeziya evli kübar şəhəri, eli elə sığdıran şəhəri necə sevməmək olar?..
Bu yerdə vurğulamaq istərdim ki, vaxtilə mən Dünya Gənc Türk Yazarlar Birliyinə rəhbərlik edərkən, beynəlxalq layihələrimizin bir gününü, ən azı, bir tədbirini Sumqayıta salardıq. Türk dünyası gəncləri gənclər şəhəri ilə tanış olurdu, ağ mərmərli, ağüzlü “Poeziya evi”ndə, ümumtürk məhəbbəti doğuran “Turan” ailəvi istirahət mərkəzində, elə sığınmış elin – Qubadlının Mədəniyyət evində tədbirlər keçirirdik, dünyanın ən böyük gölü – Xəzər dənizinin ləpədöyəninə enirdik və s... – Şeir kimi yəni… -- Əslində, keçmiş zamanda yazmayım gərək, ümidvaram, bu gələcəkdə də belə davam edəcək. Və belə tədbirlər Sumqayıt adı üzərindəki yanlış, erməni təbliğatına qarşı müəyyən təmizləndirmə addımı da sayıla bilər... Üzün həmişə ağ olsun, Sumqayıt!
“...Əgər Heydər Əliyev 1982-ci ildən sonra Moskvaya getməsəydi və Azərbaycanda qalsaydı, bəlkə də 10 il ərzində artıq orada azərbaycanlı əhali 50 faizə çatacaqdı. Dağlıq Qarabağda erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında məsələ qaldırırdılar. Əfsuslar olsun ki, Azərbaycan Respublikasının rəhbərliyi bu məsələyə çox biganə yanaşırdı, öz məsuliyyətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdı. Eyni zamanda, erməni millətçiləri Sumqayıtda da yuva qura bilmişdilər və burada da xoşagəlməz proseslərə artıq təkan verilmişdi.
...Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. Sonra nə baş verdi?
İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni, tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. O, həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyasına başlamış və daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağ münaqişəsi baş vermişdir. Mən dəfələrlə bunu demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi.” – Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinin yubiley tədbirindəki nitqindəndir.
Prezident Azərbaycanda təbəddülat, gərginlik, təxribat yaradanlar, hakimiyyətdə olanlar, həmçinin hakimiyyətə can atanlar barədə danışarkən, təəssüf qarışıq sual yaranır: “İlahi, bu gərginliklər, təbəddülatlar olmasaymış, indi Sumqayıt, Bakı, ümumən respublikamız, xalqımız hansı yüksək inkişaf mərhələsində olarmış?!”
Pezidentin Sumaqyıtdakı nitqi şəxsən məndə belə bir fikir hasil etdi: şəhərimizi, paytaxtımızı, ölkəmizi, xalqımızı daha da inkişaf etdirəcəyik! Necə deyərlər, güclü olmağa məhkumuq! Fərd olaraq, ailə olaraq, şəhər olaraq, toplum olaraq, el, xalq, ölkə olaraq! Bu gücə yiyələnincə, dövlətin taleyi təsadüflərin deyil, ağlın, dərrakənin, üfüqügenişliyin fonunda məcra qazanacaq...
Dövlətimiz var olsun! Bayrağımız göy üzündən əskilməsin!
Xalqqazeti.com

Baxış sayı: 884
Bölməyə aid digər xəbərlər
Tarix: 05-12-2019 17:20 | Bölmə: Reportaj
Xalq şairi Nəbi Xəzri gənclər şəhəri Sumqayıtı vəsf etdiyi poemada yazırdı:Sumqayıt cavandır, cavandan cavan,

21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR
10-05-2025, 00:18
Sumqayıt şəhərində kəşfiyyatçı şəhid Nail Məmmədovun 50 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR