22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Səfər Mehdiyev Türkiyənin Ticarət naziri ilə görüşdü
Tarix: 11-10-2019 19:27 | Bölmə: Reportaj

                   Səfər Mehdiyev Türkiyənin Ticarət naziri ilə görüşdü


Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ankarada Türkiyənin Ticarət naziri Ruhsar Pekcan ilə görüşüb.
"Qafqazinfo" xəbər verir ki, Ruhsar Pekcan iki ölkə arasındakı münasibətlərdən bəhs edib, gömrük orqanlarının da bu sahədə mühüm rol oynadığını bildirib.
Ölkələrimiz arasında istər siyasi-iqtisadi, istərsə də mədəni-humanitar əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən Ruhsar Pekcan Azərbaycanla qardaşlıq əlaqələrinin hər zaman daha yüksək səviyyəyə qaldırılmasının vacibliyini qeyd edib.
Səfər Mehdiyev Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlıq münasibətlərinin tarixi köklərə dayandığını vurğulayıb və son illər hər iki ölkə rəhbərinin həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət hesabına bu əlaqələrin daha da möhkəmləndiyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Türkiyə gömrük orqanları arasında əməkdaşlığın perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.
Sonda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Türkiyə Respublikasının Ticarət naziri Ruhsar Pekcan imzalayıblar.





Baxış sayı: 917


Bölməyə aid digər xəbərlər