21:01 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanlarına və neft obyektlərinə hücumlar elan etdilər
20:49 / 11-10-2026
Trampın sülh səyləri fonunda AB Kiyevə əlavə maliyyə yardımı edəcək
19:10 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanına uçuşları ləğv etməyə çağırdılar
19:05 / 11-10-2026
"iPhone 18" və iki xarici avtomobil üçün qaçırılıb
18:59 / 11-10-2026
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
18:56 / 11-10-2026
Polşa Baş nazirə qarşı sui-qəsd təhdidini araşdırır
18:53 / 11-10-2026
100-dən çox insan saxlanılıb
18:48 / 11-10-2026
Cənubi Koreya Ukraynadan məyusdur və Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir
18:45 / 11-10-2026
11 nəfər ölüb, 27 nəfər yaralanıb
18:41 / 11-10-2026
Finlandiyalı xizəkçi porno aktrisa ilə flört etdiyinə görə cəzalandırıldı
18:34 / 11-10-2026
Pilotsuz təyyarədən partlayıcı maddələr atması nəticəsində bir mülki şəxs həlak olub
18:29 / 11-10-2026
Astrofizik kainatda səyahət üçün marşrutların adını açıqladı
18:24 / 11-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Ər-Riyad hava limanına raket hücumunu pisləyib
18:22 / 11-10-2026
Bir kişiyə məktəbli qızları xilas etdiyinə görə 1 milyon rubl mükafat verdi
18:19 / 11-10-2026
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
18:16 / 11-10-2026
İran səfiri Trampın ABŞ şəhərlərinin dağıdılması ilə bağlı sözlərini uydurma adlandırıb
18:12 / 11-10-2026
Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtlərini açıqladı
18:09 / 11-10-2026
Çayda avtomobil batdı
18:06 / 11-10-2026
İspaniyada hücumçu məyus olduğunu və dəyişiklik gözləmədiyini söylədi
18:02 / 11-10-2026
Maks Verstappen Sinqapur Qran Prisinin qalibi oldu
10:52 / 09-10-2026
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
“Oyundan kənar”: Özbəklərə bir qızılla uduzduğumuz üçün məyus oldum
Tarix: 29-06-2019 15:05 | Bölmə: Müsahibə
Oxu.Az-ın “Oyundan kənar” rubrikasının qonağı Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovdur:
- İdman bəzən insanlara asan sahə kimi görünür. Amma bu sahədəki insanlar tam əksini deyir. Hansı daha çox həqiqəti əks etdirir?
- İdman hər şeydən əvvəl çox maraqlı, əyləncəli, vaxt keçirmək üçün əla vasitədir, amma işlə bağlıdırsa, bu, artıq böyük məsuliyyətdir. İdmanla əlaqəli sahədə çalışan insanlar məsuliyyətli və çətin peşələrdən biri ilə məşğul olduqlarını dərk edirlər. Məsuliyyət böyükdür: idmançılarla münasibət, idmanı dünyada tanıtmaq, idmanda fərqliliklərin, layihələrin yüksək təşkili və s.
Uzun illərdir Azərbaycanda idman sürətlə inkişaf edir. Son illər ölkəmizdə keçirilən “Formula-1”, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Cüdo üzrə Avropa Çempionatı bunun sübutudur.
Bu gün zallarda olimpiya və paralimpiya idmançıları bir yerdə məşq edirlərsə, deməli, bəzi baryerləri aşmışıq. Fiziki məhdudiyyəti olan gənclər niyə çəkinməlidir? Biz ilk olaraq onların önündəki baryerleri aşırıb, öz aramıza dəvət etdik. 2013-cü ildən Uşaq Paralimpiya Hərəkatının inkişafında istəyimizə nail olduq. Evin bir küncündə gizlənən o uşaqları dəvət etdik, artıq onlar idman arenalarındadırlar: məşq edirlər, günlərini aktiv keçirirlər.
İllər öncə hansısa bir xarici ölkədə - istər küçədə, istər konsertdə, istərsə də idmanda əlil insanlar görürdün, ölkəyə qayıdanda isə bir nəfər əlil arabasında şəxs görmürdün, düşünürdün ki, yəni bir nəfər olsa belə əlil yoxdur? Sevindirici haldır ki, artıq onlar bu kompleksdən qurtulublar, qurumumuzda fiziki məhdudiyyətli insanlar da çalışır.
- Mayın 13-14-də Bakıda Paracüdo üzrə keçirilən “Qran Pri” yarışında Paralimpiya Komitəsi böyük işin öhdəsindən gəldi. Azərbaycanda ilk dəfə idi ki, paralimpiya üzrə belə böyük yarış keçirilirdi. Təəsüratlarınız nədir?
- 36 ölkə, 300-ə yaxın idmançı, onların yanında 100-ə yaxın onları müşahidə edən şəxs iştirak edirdi, ümumi olaraq 1200 nəfər akkreditasiyadan keçmişdi.
Düşünürəm ki, ilk dəfə olmağına baxmayaraq yarışı yüksək səviyyədə keçirdik.
Bu yarışı fiziki məhdudiyyətli gənclərin bayramına çevirmək istəyirdik, mənə elə gəlir ki, alındı. Düşünürəm ki, belə şanslar çox olmalıdır, onlara şərait yaratmalıyıq.
- İlqar müəllim, yarışdan öncə bir narahatlığınız vardı, yarışlardan gözlədiyiniz nəticəni ala bildinizmi?
- Bəli, təşkilatçılıq məsələləri ilə bağlı narahat və həssas idim. Ümumiyyətlə, təbiətcə narahat insanam, yarışın açılışından bağlanışa qədər musiqilərinə, xırda detallara kimi maraqlanırdım və az da olsa rahatlıq tapıb əmin olmağa çalışırdım ki, çox yaxşı olacaq. Həm də komandamız gənc olduğundan, ağır məsuliyyət daşıyırdılar deyə narahat idim. Amma bütün bunlara baxmayaraq, biz paralimpiya komandası olaraq bunu bacardıq.
Yarışın təşkilatçılığından savayı, idmançılarımızdan da yaxşı nəticələr əldə edə bildik: 3 qızıl, 4 gümüş, 4 bürünc olmaqla 11 medal qazandıq. Say baxımından birinci yerdə olduq, ancaq qızıl medalların sayına görə özbəklərə uduzduq. Onlar 4 qızıl götürdülər, bir az o məni məyus etdi, amma idmandır, hər şey ola bilər. Sadəcə gərək uduzmağı özünə adət etməyəsən.
- Hazırda hansı yarışlara hazırlaşırsınız?
- İndi atletlərimiz İtaliyada, oxatma üzrə idmançılarımız Yeni Zelandiyadadırlar. Üzgüçülərimiz İtaliyadan qayıtdılar. İlin sonunda bir neçə dünya çempionatı var, belə yarışlar ilboyu davam edəcək, amma Bakıda yarışlar bitdi, gələn il baş tutacaq. Əsas Tokioya hazırlıq prosesi gedir.
- Bu yarış ənənəvi hal alacaqmı?
- Ənənəvi hal almağını istəyirik, gələn il də olacaq.
- Əsas məqamlardan biri də yarışın ilk günü iki idmançının yarışdan uzaqlaşması oldu. Nə baş verdi?
- Buna biz yox, həkim heyəti qərar verirdi. Yarışda bütün qaydalara ciddi şəkildə riayət edilirdi, əslində, biz belə olmasını gözləmirdik, çünki yarışa uyğun hesab edilirdi.
Son vaxtlar tibbi təsnifat məsələlərində ciddiyyət yüksək dərəcədədir. Mən bu tərzdə olan ciddiyyətə sevinirəm, çünki burada dostum-tanışım söhbəti yoxdur, bütün işlər şəffaf aparılır. Məsələn, olimpiya idmançılarımız var ki, onlar artıq paralimpiyaya keçid etdilər: Zülfiyyə Hüseynova, Vüqar Şirinli. Cüdo travmalı idman növü sayılır. Burada hər şey baş verə bilir.
- Komitənin əməkdaş heyəti neçə nəfərdən ibarətdir?
- İyirmi nəfər əməkdaş çalışır, onlardan sırf komitədə çalışan yeddi nəfəri fiziki məhdudiyyəti olan şəxslərdir.
- Özünüz idmanla məşğul olursunuzmu?
- Gənclik illərimdə yüngül atletikadan böyüklər arasında ikinci dərəcəm vardı, futbol ilə məşğul olmuşam.
Baxış sayı: 1 049
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə