21:57 / 23-11-2024
"Bloomberg": Mask yenə planetin ən zəngin adamıdır
21:36 / 23-11-2024
Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu bəyanat yayıb
21:30 / 23-11-2024
Xumar Qədimovanın yeni “Ay”ı... - Video
21:26 / 23-11-2024
Litvada 2,5 mindən çox NATO əsgəri yerləşdirilib
21:17 / 23-11-2024
Karine Jean-Pierre G20 sammitində rusiyalı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib
20:59 / 23-11-2024
"Yle": Finnair pilotların tətili səbəbindən təxminən 300 uçuşu ləğv etdi
20:54 / 23-11-2024
Zalujnı hesab edir ki, Rusiya Silahlı Qüvvələri 2027-ci ildə cəbhəni yarıb keçəcək
20:46 / 23-11-2024
Qaz partlayışı nəticəsində bir nəfər xəsarət alıb
20:43 / 23-11-2024
Putin miqrantların sənədlərinin saxtalaşdırılmasına görə 60 milyon rubla qədər cərimələr haqqında qanun imzalayıb
20:34 / 23-11-2024
Fransanın xarici işlər naziri Borro: "Ukraynanın Rusiya Federasiyasına SCALP raketləri atmaq hüququ var"
20:28 / 23-11-2024
HƏMAS bildirir ki, Qəzzanın şimalında israilli girov ölüb
20:23 / 23-11-2024
Zaxarova: "Paris Kiyevi dəstəkləmir, amma bitirir"
20:20 / 23-11-2024
Bir nəfər yaşıl metro xəttinin üzərinə yıxılıb
20:17 / 23-11-2024
Zelenski: Ukraynada 300-dən çox liman infrastrukturu obyekti zədələnib
20:11 / 23-11-2024
Bir qrup şəxs təltif olundu - Siyahı
20:07 / 23-11-2024
Prezidentdən elektrik enerjisi və su təchizatı ilə bağlı - Fərman
19:59 / 23-11-2024
Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
14:20 / 23-11-2024
Rusiyanın Qırğızıstandakı səfiri əmək miqrasiyası məsələsini kəskin, lakin çox vacib adlandırıb
14:16 / 23-11-2024
Abxaziya İttifaq dövlətinin vahid valyutasının sınaqdan keçirilməsini təklif edib
14:13 / 23-11-2024
"Yabloko" Şlosberqin saxlanmasının səbəbini açıqlayıb
14:08 / 23-11-2024
Peskov: "Qərbdə söz azadlığı yoxdur, son illərin hadisələri bunu göstərir"
14:03 / 23-11-2024
Ovçu silahını boşaldarkən ovçuya atəş açıb
13:57 / 23-11-2024
Həkimlər bir yeniyetmənin sidik kisəsindən 46 maqnit top çıxarıblar
13:52 / 23-11-2024
"Qazprombank" UnionPay kartlarının Türkiyədə qəbulu dayandırılıb
13:46 / 23-11-2024
Bastrıkin qızın döyülməsindən sonra cinayət işinin açılmasını əmr edib
13:40 / 23-11-2024
Qırğızıstan-Rusiya Slavyan Universiteti 15 min nəfərlik kampus tikəcək
13:37 / 23-11-2024
"Bloomberg": Avropa növbəti enerji böhranı ilə üz-üzədir, qazın qiyməti 45% artıb
13:02 / 23-11-2024
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
22:33 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
22:20 / 22-11-2024
İsrailli nazir Bakıda Aqarunovun məzarını ziyarət etdi - Fotolar
21:58 / 22-11-2024
Laosda 6 turist metanoldan zəhərlənib
21:26 / 22-11-2024
Putin: "Oreşnik zərbəsinin təsiri strateji silahla müqayisə oluna bilər"
21:01 / 22-11-2024
Zaxarova amerikalı senatorun Hollandiyanı işğal etmək çağırışına cavab verib
20:44 / 22-11-2024
Livanın cənubundakı UNIFIL bazasına raket zərbələri endirilib, nəticədə dörd italyan sülhməramlısı yaralanıb
20:28 / 22-11-2024
"Guardian": Rusiyanın yeni "Oreşnik" raketi Avropadakı hədəflərə çata bilər
20:23 / 22-11-2024
Vladimirdə kütləvi davanın 4 iştirakçısı həbs edilib
20:13 / 22-11-2024
Bir şagirdin telefonu dərs zamanı yanıb
Siyavuş Novruzov: “Müxalifətin mitinqlərinə ona görə icazə verilmir ki...” - MÜSAHİBƏ
Tarix: 29-04-2019 15:43 | Bölmə: Müsahibə
"Çoban da çox gözəl ziyalı ola bilər"
“Nümunəvi qəbiristanlıqlarda başdaşıların hündürlüyü təxminən 80 sm nəzərdə tutulur”
Sabaha-inamla.Az Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun Modern.az-a verdiyi müsahibəsini təqdim edir.
- Siyavuş müəllim, son günlər ölkənin siyasi gündəmi içərisində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq saziş mövzusu mühüm yer tutur. Bu sazişin imzalanması bizə nə verəcək?
- Bu çox ciddi məsələdir. Azərbaycanla Avropa arasında iqtisadi əlaqələr mövcuddur. Deyərdim ki, Avropanın ən böyük layihələri məhz Azərbaycanda həyata keçirilir. Məsələn, Bakı-Tiblisi-Ceyhan, Bakı-Tbilisi-Qars layihələri və s. Azərbaycanla Avropa İttifaqı arasında 20 milyard avrodan artıq iqtisadi və ticari dövriyyə var. Bilirsiniz ki, Azərbaycan dövləti müstəqil xarici siyasət yürüdür, heç bir bloklara qoşulmur. Bu il Azərbaycanda Qoşulmama Hərəkatının forumu da keçiriləcək. Azərbaycan hər bir dövlətlə bərabər səviyyədə əməkdaşlıq edir. Azərbaycanın potensialı da, gücü də, iqtisadi durumu da, ictimai-siyası sabitliyi də, demokratik mühiti də buna imkan verir. Sadəcə, burada başqa məqam var: Ermənistan və bir sıra ölkələr Avropa İttifaqı ilə əməkdaşlıq etməyə çalışır ki, burdan yardım alsınlar. Azərbaycan isə əksinə, öz iqtisadi potensialını təklif edir. Bu da onu göstərir ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığa daha maraqlıdır, nəinki, digərləri. Avropa İttifaqına daxil olan ölkələr arasında bəziləri var ki, Avropa İttifaqı onlardan narazıdır. Çünki bu cür ölkələrdə nəinki iqtisadi, heç bir potensial yoxdur. Sovet dövründə də bu cür idi. Sovet İttifaqına daxil olan ölkələrdən Ermənistan bu vəziyyətdə idi.. Havayı şəkildə vəsaitlərdən istifadə edirdi. Qeyd etdiyim kimi, Azərbycan Avropa İttifaqının bəzi ölkələrindən qat-qat üstündür. Bu da Ermənistana sərf etmir. Halbuki, orada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ qaldırmırlar, başqa-başqa bəhanələr gətirirlər. Onlar öyrədilmiş qüvvələrdir ki, bu da sadəcə olaraq bağlanacaq sazişin üstünə bir kölgədir.
- Sizcə, Azərbaycanda da hansısa qüvvələr Avropa İttifaqı ilə imzalanacaq sazişin üstünə kölgə salmağa çalışır?
- Götürək Əli Kərimli və onun dəstəsini, özünü Milli Şura adlandıran quruma daxil olan bir sıra partiyaları... Onlar müqavilənin şərtlərini belə başa düşmürlər. Müqavilənin mətni ilə tanış deyillər. Qulaqlarına hardansa səs dəyib və dediyim mənbələr tərəfindən informasiyalaşdırılırlar. Həmin informasiyalar əsasında bu sazişə örtük atırlar.
- Müxalifət düşərgəsində təmsil olunanların adlarını çəkdiniz. Bu gün dünya ölkələrinin də siyasi həyatında müxalifət partiyaları təmsil olunur və bu normaldır. Azərbaycanda iqtidar niyə müxalifətlə bir araya gəlib dialoq qura bilmir?
- Bilirsiniz, partiyalar və müxalifət dövlət üçün lazımlıdır. Bəzən deyirlər ki, zəif müxalifətin güclü iqtidarı ola bilməz. Bu fikirlər yanlışdır. Yanlış odur ki, dövlət zorla müxalifət yaratmalı deyil. Müxalifətdə duran tərəf dövlətə xidmət etməli, əhalinin mənafeyini qorumalıdır.
Təəssüf ki, Azərbaycanda özlərini müxalif adlandıran bəzi partiyalar xalqın istək və arzusuyla hərəkət etmirlər. Yeni müstəqillik əldə edən ölkələrdə iri dövlətlər tərəfindən belə qüvvələr yaradılır. Xüsusilə də təbii sərvətləri olan ölkələrdə bu cür əl müxalifətləri mövcuddur. Yəni bu partiyalar Qərbin əl müxalifətidir.
- Dövlət başçısının həyata keçirdiyi son islahatlara münasibətdə müxalifət “biz mitinq keçirdik və nəticəsi də oldu” iddiasını ortaya qoydu. Bu barədə nə deyə bilərsiniz?
- Onlar ölkədə islahat aparılmasının tərəfdarı deyillər. Məsələn, əfv sərəncamı verilərkən nə qədər adam azadlığa qovuşdu. El dilində belə bir misal var: elə bil qurbağa gölünə daş atdılar. Çünki insanlar azadlığa çıxdıqdan sonra müxalifətin danışmağa mövzusu qalmır. Müsahibələrimin birində demişdim ki, “İlqar Məmmədov azadlığa çıxsın, baxaq görək bunların münasibəti nə olacaq”. Heç ay yarım çəkmədi. Aləm dəydi bir-birinə. Çünki onlar aldığı qrantları bölmək istəmirlər. Bunlara o insanların həbsdə qalması sərf edir. Burdan hay-küy salıb qrant alırlar və öz dolanışıqlarını belə təmin edirlər. Azərbaycanda keçirilən islahatlar xalqın arzu və istəklərinə əsasən həyata keçirilir. Məsələn, hökumətin isalahatlarına don geyindirərək deyirlər ki, Azərbaycan Avropa İttifaqı ilə müqavilə bağlayacaq deyə məhkəmə-hüquq sahəsində islahatlar keçirir. Bu, Azərbaycanın strateji proqramıdır. Bu məsələlər addım-addım öz həllini tapır.
Dünyanın hansı yerində problemli krediti dövlət ödəyir?! Azərbaycanda problemli kreditləri dövlət öz üzərinə götürüb. Hökumət bununla həm bankları, həm də vətəndaşları xilas etdi. Verilmiş qərar Azərbaycan vətəndaşının dövlətə olan inamının qat-qat artmasına xidmət etdi. Müxalifət indi deyir ki, bunlar mitinq keçirdi və problemli kredit həll olundu. Yaxşı, bəs bu vəsait hardan götürüldü?!. Büdcə noyabr ayında təsdiq olunub. Bunların yalanları ortadadı. Yanvarın 19-da mitinq keçiriblər. Noyabrdan isə problemli kreditin həll olunması və digər islahatlarla bağlı məsələlər planlaşdırlmışdı.
- Yanvar mitinqindən sonra ardıcıl olaraq Bakı Şəhəri İcra Hakimiyyətinə növbəti aksiyaların keçirilməsi üçün müraciət edilsə də, “yox” cavabı alıblar. Müxalifətin mitinqlərinə icazə verilməməsi nə ilə bağlıdır?
- Ona görə ki, üzərlərinə götürdükləri məsuliyyəti yerinə yetirməyiblər. Mitinqçilər istənilən tələbləri ortaya qoya bilər, bu normaldır. Ancaq qanunla bəzi qadağan olunmuş məsələlər var ki, onlara yol verilməməlidir. Vətəndaşın şərəf və ləyaqətinə toxunulmamalı, silahlı üsyana, dini və etnik ayrı-seçkiliyə çağırışlara yol verilməməlidir. Hüquq-mühafizə orqanlarında onların bir az da irəli gedərək təxribat törətmək, insanları dövlətin əleyhinə yönəltmək cəhdlərinin olduğuna dair kifayət qədər məlumat var. Onsuz da hansı mövqeyi tutmasından asılı olmayaraq, hər bir şəxs dövlətin vətəndaşıdır və dövlət öz vətəndaşını qorumalıdır. Ona görə də Azərbaycan dövləti öz vətəndaşını qoruyur və onlara qarşı təxribat törədilməsinə icazə vermir.
- Neçə illərdir iqtidar-müxalifət dialoqu alınmır. Tərəflər bir-birini anlamır. Olmaz ki, YAP böyüklük göstərib qarşı tərəfi dialoqa dəvət etsin və onların nə istədiklərini özlərindən eşitsin?
- Bir neçə dəfə partiyaların iştirakı ilə bu cür tədbirlər keçirilib. Sonuncu iclasda məsələ qaldırıldı ki, hansı partiya hansı məsələni müzakirə etmək istəyirsə, yazılı təqdim etsin. Lakin onlar təsdiq etmədilər. Ümumiyyətlə, kamera varsa bunlar bir başqa, kamera götürüldüsə, tamam başqa formada adam olurlar. Bunu həm Milli Məclisin, həm də müxalifətin iclaslarında görmüşəm. Üzdə bir, arxada başqa fikir söyləyiblər. Bunlar o qədər “Qarabağ, Qarabağ” dedilər ki, 2001-ci ildə ümumilli lider nazirləri, dövlət xadimlərini, bütün partiya nümayəndələrini, şair, yazıçı, bəstəkar və daha kimlər varsa hamısını bir araya topladı. Orda ulu öndər Heydər Əliyev dedi ki, “təkliflərinizi verin”. Kim çıxış etdisə, “cənab prezdent, siz bizdən yaxşı bilirsiz bu məsələləri, siz nə məsləhət görürsünüzsə, razıyıq” dedi. Əlavə olaraq, “nə lazım olsa yazıb göndərərik” söylədilər. O gedən də getdilər. Heç nə yazıb göndərmədilər. Faktla danışıram.
- Yeri gəlmişkən, bir müddət əvvəl siyasi partiyaların fəaliyyətinin genişləndirilməsi ilə bağlı qanun layihəsi hazırlanmalı idi...
- Hələ ki, o sənəd qəbul olunmayıb. Bir sıra partiyalar var ki, onlar maliyyə hesabatları vermir. Qanunda qeyd olunub ki, seçki komissiyasına illik hesabatlar təqdim olunmalıdır. Lakin bu hesabatlar təqdim olunmur.
- Siz o deputatlardansız ki, müxalifətin istənilən addımına cavab verirsiniz. Məsələn, Əli Kərimlinin, Arif Hacılının, Cəmil Həsənlinin adlarını çəkinmədən dilə gətirirsiniz. Hər hansı bir təpki ilə üzləşirsinizmi?
- Təpki deyəndə ki, ad-soyadlarını yazmırlar, başqa ad altında ancaq söyüşlər yazırlar. Sosial şəbəkənin nailiyyətlərindən bu cür istifadə edirlər. Onlara əhəmiyyət vermirəm. Kim mübarizə aparmaq istəyirsə, açıq şəkildə ortaya çıxıb mübarizəsini aparsın. Mübarizədən qorxan insan deyiləm. Bundan sonra da belə davam edəcəm. O insanları çox yaxşı tanıyıram. Əməllərinə də bələdəm. Eyni dövrdə ictimai-siyasi həyatda, ancaq hərəmiz bir ayrı cəbhədə olmuş adamlarıq.
- Açıq danışaq, sizin düşərgədə bəzi adamlar var ki, “mənə nə” deməklə məsələlərdən rahat şəkildə yaxalarını kənara çəkə bilirlər. Sizcə, bu nə dərəcədə doğrudur?
- O cür düşünmək yaxşı deyil. Vaxtilə o cür düşünənləri görmüşəm. Axşam yataqxanada söhbət olurdu ki, səhər hamımız döyüş bölgəsinə getməliyik. Axşam canfəşanlıq edənlər səhər gəlmirdi. Yaxud da bəhanə gətirirdilər ki, gedəni arxadan vururlar, silahını götürüb satırlar. Min cür bəhanə gətirirdilər ki, döyüşməyə getməsinlər. İndi də istər xaricdə, istərsə də daxildə söyüş söyənlər var. Bəziləri belələrilə mübarizəyə çıxmamaqdan ötrü “cavab verib onun səviyyəsinə enmək istəmirəm” deyirlər. Yaxşı, öz səviyyəndə cavab ver. Demirsən ziyalıyam, aliməm, professoram, akademikəm?!. Akademik səviyyədə cavab ver. Fikirlərini akademik formada əsaslandır. Bunlar da “arxadan güllə ilə vuracaqlar” bəhanəsi ilə hərəkət edən adamlardır. Bunların hər birini görüb gəlmişəm. Yaxşı, mənə, sənə aidiyyatı olmadısa, o zaman ölkə əldən gedəndə də hamı desin ki, mənə nə aidiyyatı var?! Vətən hamımızındır.
- Cəmil Həsənli, Əli Kərimli ilə sonuncu dəfə nə vaxt, harda qarşılaşmısınız?
- Onlarla rastlaşmamışam. Onların olduğu tədbirlərdə mən, mənim də qatıldığım tədbirlərdə onlar olmur.
- Ancaq səfirliklər tədbir keçirəndə müxalifət də orada olur. Məsələn, bir neçə dəfə Türkiyə səfirliyinin tədbirlərində görmüşəm.
- Türkiyə səfirliyinin tədbirində olanda bir neçəsi var ki, yaxınlaşıb salamlaşmışam. Burada düşmənçilik yoxdur ki! Sadəcə hər kəsin siyasi mübarizə yolu var. O, öz yolunun, mən də öz yolumun tərəfindəyəm. Mənim yolum haqq yoludur. Onun yolu isə ona diqtə edilən yoldur.
- Siyavuş müəllim, bu gün daha ciddi bir problem ziyalılarla bağlıdır. Acı da olsa deməliyik ki, bu gün cəmiyyətimizdə ziyalıların “kökü kəsilib”. O ziyalıların ki, 1990-cı illərdə xalqın önündə idilər - Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk. İsmayıl Şıxlı və digərləri kimi. Bu günün reallığında isə onlar yoxdur...
- Bizdə ziyalı sözünü başqa istiqamətə yönəldiblər. Hətta, elmi dərəcəsi olana ziyalı deyirlər. Elə deyil. İnsan çoban da ola bilər. Ancaq çox gözəl ziyalı ola bilər.
- Maraqlı məqama toxundunuz: çoban da ziyalı ola bilər. İllərlə ziyalı hesab etdiklərimiz vaxt gəlir ki, insanları rahatlıqla təhqir edə bilir. Elə bu yaxınlarda YAP-ın funksionerlərindən olmuş Əli Nağıyevin adı belə məsələdə hallandırıldı...
-Bildiyimə görə, o, elə bir ifadə işlətmədiyini bildirib. Ümumilikdə götürəndə ziyalılıq məsələsi çox geniş kateqoriyadır. Kimsə şairdirsə, yazıçıdırsa, rəssamdırsa, bu ziyalı demək deyil. O bir sahənin nümayəndəsidir. Ziyalılığın cəhətləri çox olmalıdır. Təəssüf ki, o kateqriyadan yavaş-yavaş uzaqlaşırıq. Bu gün xalqın qarşısına çıxıb Xəlil Rza kimi söz demək bacarığında olan çox az adam var.
- O zaman yeni ziyalıların yetişməməsində günahkar kimdir?
- Bu məsələdə mühit də, cəmiyyətdə də rol oynayır. Cəmiyyətdə onların qəbul olunması prinsipləri var. Şeyx Şamil deyirdi ki, əsas günah insanın özündədir. Şeyx Şamildən soruşurlar ki, sən necə Şeyx Şamil oldun? O da cavab verir ki, “evdən başladım”. Bunun necəliyini soruşanda cavabı da maraqlı olur: “Evə girəndə birinci həyat yoldaşım ayağa qalxdı. Bunu görən qonşular məclisə daxil olduğumu görəndə ayağa qalxdılar. Ardınca aul, sonda bütün Dağıstan ayağa qalxdı”. Ziyalı da elə olmalıdır ki, insanlar qarşısına çıxa bilsin. İnsanlar onda hər hansı mənfi cəhət tapmasın. Əslində, hamıda mənfi cəhətlər tapmaq olar. Nisbi götürsək, bu, olmamalıdır. Hesab edirəm ki, ziyalılar özünü təqdim edə bilməlidir. Elmlər doktoru, professor, akademik olmaq olar. Hətta, ola bilər ki, akademiksən, ancaq, heç bir insani dəyərin yoxdur. Bunun harası ziyalı oldu?! Bir sahənin gözəl alimi ola bilərsən. Ancaq sən ziyalı deyilsən.
- Akademiklərdən söz düşmüşkən, yadıma sizin AMEA-nın bağlanması barədə fikirləriniz düşdü. İndi də bu qənaətdəsiz? Elmlər Akademiyası bağlanmalıdırmı?
- Akademiyanın tərkibində xeyli dəyişikliklər oldu. Birincisi rəhbərlik və strukturlarda ciddi dəyişiklik oldu. Akademiya elmin bazasına çevrilib. Əvvəllər akademiyaya kimsə dünyasını dəyişəndə vida mərasiminə, ya da kiminsə yubileyi keçirilən zaman gedilirdi. Ona görə də belə strukturun olmasındansa olmaması yaxşı idi. Lakin sonralar aparılan islahatlar fikirlərimi dəyişdirdi. Məsələn, Tarix İnstitutunda olan dəyişiklik göz qabağındadır. İrəvanın, Naxçıvanın tarixinə dair kitablar çapdan çıxdı. Şərqşünaslıq, dilçilik, ədəbiyyat və digər sahələrdə işlər görülür. İndi Akademiyanın elə sahələri var ki, onlar gəlir gətirir. Layihələr götürüb işləyir, qrantlar alırlar. Yaradıcı təşkilatlar da bu cür olmalıdır. Dünyanın heç bir yerində dövlət büdcəsindən yaradıcı təşkilatlara vəsait ayrılmır. Yaradıcı təşkilatların olması o ölkənin rəngarəngliyini göstərir. Bizdə olan təşkilatlardan qardaş Türkiyədə yoxdur. Sadəcə, bizdə olan təşkilatların bazasını təkmilləşdirib irəli aparmaq lazımdı. Necə ki Akademiyanı təkmilləşdirib irəli apardılar. Əgər həminki vəziyyətdə qalsaydı, ölü təşkilata çevriləcəkdi. Düşünürəm ki, təşkilatlara yeni düşüncəli insanlar gəlməlidir.
- Bu il Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Amma uzun illərdir bələdiyyələrə inam formalaşdıra bilməmişik.
- Bələdiyyə bizdə yeni strukturdur. Yeni olmaqla yanaşı, qanunvericilik baxımından kifayət qədər qanunlar var. Məsələn, bələdiyyənin statusu, əmlakı, görəcəyi işlər və s. Amma bunun təkmilləşdirilməsi ilə əlaqədar araşdırmalar getməlidir. Bələdiyyələr müstəqildir, müstəqil fəaliyyət göstərir. Məsələn, bələdiyyə baxcaları, bələdiyyə müəssisələri, istirahət zonaları ola bilər.Təəssüf ki, bunları etmirlər. Bələdiyyələrin qazanc mənbəyi vergilər, açdığı müəssisələr, dövlət potensialı ola bilər. Maddi-texniki baza olduqdan sonra bələdiyyə də xalqa xidmət edə bilir. Meşələr, qəbirsitanlıqlar artıq bələdiyyələrə verilib.
- Qəbirsitanlıqlardan söz düşmüşkən, nümunəvi qəbirsitanlıqlar yaradılmalı idi. Deyəsən, hələ mexanizm hazır deyil?
- Düzdür, qərar verilib, hələ ki bu işə başlanmayıb. Nümunəvi qəbiristanlıqlar üçün yerlər müəyyənləşməlidir.O yerləri Nazirlər Kabineti ayırdıqdan sonra, orada nümunəvi qəbirstanlıqlar salınmalıdır.
- Azərbaycanda qəbiristanlıqların yanından keçərkən adamı vahimə basır. Hər tərəfdən hündür qara mərmər daşlar baxır. Dünya ölkələrində qəbirlər bizimki kimi vahiməlidirmi?..
- Qəbir daşları dünyada müxtəlif cürdür. İşimlə əlaqədar olduğuna görə bir neçə ölkədə olub maraqlanmışam. Hər bir ölkədə və hər bir dində ayrı-ayrıdır. Götürək, Səudiyyə Ərəbistanını. Kiçik daş qoyurlar. Qəbir yeri də olmur, o, itməlidir. Başqa ölkələrdə heykəllər qoyulur ki, heç heykəltaraşlıq institutlarında elə heykəl düzəltmirlər. Bəzi ölkələr var ki, bizimki kimi hündür mərmərlər qoyulur.
- Nümunəvi qəbiristanlıqlar salınarkən məzar daşlarının hündürlüyünə də baxılacaqmı?
- Bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib. Eyni ölçüdə qəbir daşları olacaq. Hündürlüyü təxminən 80 sm nəzərdə tutulur. Lakin elə qəbir daşları var ki,hazırda 2 metr hündürlüyü var. Nəzərdə tutulur ki, hər biri adi olsun. Həmçinin, cüzi miqdarda vəsait ödənməklə o işlərin hamısını bələdiyyələr təmin edəcək. Bundan sonra vətəndaş özü gedib qəbir qazmayacaq, qəbrin üstünü abadlaşdırmayacaq və sairə. Aztəminatlı və ehtiyacı olan ailələrin qəbir məsələsini bələdiyyə həll edəcək.
- Yas mərasimlərində israfçılıq da bir ara gündəm idi. Hazırda o məsələlər necə tənzimlənir?
- İsrafçılıqla bağlı ciddi kampaniya getdi. Bunun əsası elə Naxçıvan Muxtar Respublikasında qoyuldu. Bu ənənə indi də davam edir. Həm yas mərasimlərinin müddətinin azaldılması, həm də israfçılığın aradan qaldırılması yönümündə ciddi islahatlar həyata keçirildi. İslam dinində ən böyük şəxsiyyət Məhəmməd peygəmbərdir ki, ona cəmi 3 gün yas saxlamışdılar.
Bizdə yas mərasimləri əvvəllər 40 gün idi. Sonra yavaş-yavaş azaldılıb 3 gün oldu. O model Azərbaycanın digər regionlarında da başlanıldı. Bunun sayəsində çadır mafiyasına və digər qüvvələrə qalib gəlmək mümkün oldu. Bəzi yerlər var ki, israfçılıq aradan qaldırılmayıb. Bu da insanın özündən asılıdır. Bir xurma da, bir stəkan çay da ehsandır.
- Bir neçə gündən sonra müsəlmanların müqəddəs Ramazan ayı başlayır. Oruc tutub namaz qılacaqsınızmı?
- Hər il oruc tutub namaz qılıram. İllərdir ki, bunları edirəm. Namazı ancaq orucluq vaxtı qılıram.
- Oruc tutanların qida rasionu olur. Siz Ramazanda qida rasionunuzu necə müəyyənləşdirirsiniz?
- Gün ərzində bir dəfə yemək yeyirəm.
- Bəzi insanlar səhər durub imsaka müxtəlif çeşidli yeməklər hazırlayırlar. Yağlı yeməklərə üstünlük verənlər də olur.
- O orucluq deyil ki! Mənim də tanıdığım o tip insanlar var ki, orucluq vaxtı 4-5 kq kökəlirlər. Orucluq təkcə yeməklə ölçülməməlidir. Bəzi məsələlər var ki insanlara düzgün çatdırılmır. Orucluq tək qidada məhdudiyyət demək deyil. Bütün cəhətlərdə məhdudiyyət deməkdir. Orucluq insan iradəsinin yoxlanılmasıdır. Görək insanın aclığa iradəsi çatır, yoxsa yox. Yalan danışmaq günahdırsa, orucluqda ikiqat günahdır. Bununla əlaqədar başqa məsələlər də var. Güman ki, siz də rastlaşmısınız. Götürək hicabı. O hərfi mənada izah olunmur. Hicab hicablı olmaqdan irəli gəlir. İnsanın tək baş nahiyəsinə hicab taxılmasından söhbət getmir. Danışığında da, yeməyində də, davranışında da hicablı olmalısan. Əgər bunları etmirsə, bir cəhətlə hicablı sayılmırsan. Qadın var ki, hicab taxır. Ancaq 50 minlik çanta gəzdirir. Halbuki, kiminsə təhsilinə, ya da başqa vacib məsələlərə köməklik edə bilər. Eləsi var ki, sırf biznes yolu ilə deyil, oğurluq yolu ilə qazandığı gəlir hesabına 100 minlik maşında gəzir. Sual olunur: maşının qiyməti ilə hicab uyğun gəlirmi?! Orucluq da belədir. İradənin yoxlanılmasıdır.
- Bir ara səhhətinizdə problem yaranması barədə söhbətlər gəzirdi.
- Səhhətimdə heç vaxt problem yaranmayıb. İndi də dost-tanış zəng edəndə “özün necəsən?”,-deyə soruşurlar. Bir ara verilən suallara “heç nə olmayıb” cavabını verirdim. İndi isə “çox sağ ol, hər şey qaydasındadır” deyirəm. Sadəcə, istədiyim qədər çəkimi artırıb istədiyim qədər azalda bilirəm.
- O zaman iradəli insansınız. Çünki bəzi adamlar yeməyə məhdudiyyət qoya bilmirlər.
- Hətta “10 sutka yemək yeməyəcəm” desəm, yeməyəcəm. Hərbi xidmət görmüş adamıq. Ona görə də qida məsələsi bizim üçün əsas məsələlərdən deyil. Sadəcə, çəki atanda insanın zahiri görkəmi xeyli dəyişir deyə, kənar insanlar “filankəs xəstədir” deyirlər. Halbuki, bir çox insanlar arıqlamaq üçün bahalı prosedurlardan keçir. Bax, mən xaricə getməmişəm, bütün günü də işdəyəm. Jurnalistlər də gün ərzində mənimlə ünsiyyətdədirlər. Hara gedib müalicə olundum?! Düşünürəm ki, gərək deyilənlərə əhəmiyyət verməyəsən. Əslən çeçen olan birini tanıyırdım. Bir ayağını itirmişdi. Bizimlə idmana gələndə çəkisi 170 kq idi. Əziyyət çəkirdi. O, yavaş-yavaş idman etməyə başladı. 9 aydan sonra çəkisi 110 kq-a düşdü. İki ildən sonra idman formasında qaçarkən heç kəs demədi ki, onun ayağının biri yoxdur. Ona görə də idmanla çəki atmaq mümkündür.
- Tez-tez piyada gəzə bilirsinizmi?
- Gün ərzində 14-16 km piyada gəzirəm. Neçə illərdir ki, bu formada davam edirəm. Həftənin 3 günü idmana gedirəm. İdmandan sonra yenə də gəzirəm.
- Siz gənclik illərinizdə idmanla da məşğul olmusunuz. Bildiyiniz fəndləri kimlərəsə öyrətmək həvəsinə düşürsünüzmü?
- 40 il fasiləsiz olaraq idmanla məşğul olmuşam. Sərbəst güləş üzrə idman ustasıyam. Yaxın ətrafda olan uşaqlara müəyyən fəndləri göstərirəm.
- Bəs öz oğlunuza necə, idmanı sevdirə bilmisinizmi?
- Oğlum da idmana gedir. O bizim sahəni seçmədi. Boksu seçdi. Hesab edirəm ki, hər kəs ən azı idmanın bir növü ilə məşğul olmalıdır. Həm uşaqların formalaşması , həm özünümüdafiə üçün çox önəmlidir. İdman, hərbi xidmət və yataqxana rejimində yaşamaq insanın formalaşmasının ən əsas şərtlərindən biridir. 7 il yataqxanada yaşamışam. Dövrümüz çətin illərə təsadüf edib. Həm müstəqilliyin əldə edilməsi, həm cəbhə bölgəsində gedən döyüşlərdə iştirak etmək, dövlət çevrilişlərinin qarşısını almaq... Elə gənclər vardı ki, öz gəncliyini yaşadı və bizə qoşulmadı.
- 6 il bundan qabaq sizdən müsahibə götürəndə oğlunuz balaca idi. Onda demişdiniz deputat olmaq istəyir. İndi vəziyyət necədir? İstəyi dəyişibmi?
- İndi də deputat olmaq istəyir. Fikrini dəyişməyib. Hazırda 10-cu sinifdədir. Fikrində stabildir. Dərslərini yaxşı oxuyur. Humanitar sahəyə daha çox meyllidir.
Baxış sayı: 812
Bölməyə aid digər xəbərlər

19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"
19-01-2023, 19:51
İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib
24-12-2022, 13:32
Fiqurlu konkisürən Medvedeva: Xəyallarınızın adamı etibarlı, dürüst və yaxşı yumor hissi ilə olmalıdır
21-12-2022, 13:00
Psixoloq Ronaldonun Messini 2022 Dünya Kubokunu qazanması münasibətilə niyə təbrik etmədiyini izah etdi
7-12-2022, 22:33
Nyu-Yorkda polis işləyən azərbaycanlı qadın: “Ölkəm üçün hər zaman faydalı olmağa hazıram” - MÜSAHİBƏ + FOTO
4-12-2022, 22:36
Əsgərləri şəhid komandirlərinə ehsan veriblər-VİDEO+FOTOLAR
4-12-2022, 13:30
ABŞ İranla nüvə sazişini müzakirə etmək fikrində deyil
4-12-2022, 13:19
Sankt-Peterburq zavodu plandan artıq gülləkeçirməz jiletlər verir
9-11-2022, 20:21
Deputat Svetlana Jurova: "ABŞ seçkilərdən sonra Kiyevə faydalı olarsa, kömək etməyə davam edəcək"
1-11-2022, 19:28
ABŞ senatoru Baydenin "ən böyük günahını" diqqətə çatdırdı
27-10-2022, 02:45
David Namaniya: Biz Azərbaycanla bərpaolunan enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik
13-10-2022, 23:47
“Onlardan topu almaq heç də asan deyildi” - “Olimpiakos”un baş məşqçisi
13-10-2022, 20:40
Abdul-Hamid Qafarov: “Azərbaycanı yüksək səviyyəli avtomobil yarışlarında təmsil etməkdən qürur duyardım”
9-10-2022, 20:21
“Daha hakimlərin işinə qarışmayacam” - Qurban Qurbanov
20-09-2022, 21:59
"Təhsildə ən ciddi problem müəllimlərlə bağlıdır"- Misir Mərdanov
15-09-2022, 09:45
“Ravil deyirdi ki, mən ya Milli Qəhrəman, ya da general olacam”