19:51 / 22-12-2025
80-dən çox miqrant basqından sonra polis bölmələrinə göndərilib
19:48 / 22-12-2025
Paşinyan ABŞ ilə "Tramp Marşrutu" ilə bağlı konstruktiv danışıqlar apardığını açıqladı
19:46 / 22-12-2025
NBC, Rubio və Vitkoff arasında Ukrayna ilə bağlı "uzun müddətdir davam edən ixtilaf" barədə məlumat verib
19:43 / 22-12-2025
Keçmiş sevgilisini balta ilə döyən keçmiş nazirə bir il şərti cəza verildi
19:40 / 22-12-2025
Britaniyalı müğənni Kris Ria vəfat edib
18:40 / 22-12-2025
Göldə boğulan təxminən 800 qoyunun cəsədi ətraf mühit üçün heç bir təhlükə yaratmır
18:37 / 22-12-2025
Sasiska üzündən az qala öləcək olan qadına kömək etdilər
18:27 / 22-12-2025
Putin Tacikistan Prezidenti ilə ikitərəfli görüş keçirib
18:24 / 22-12-2025
Futbol məşqçisi və Dövlət Dumasının keçmiş deputatı Qazzayev Dinamo Moskvaya qayıda bilər
18:10 / 22-12-2025
Putin: "Rusiya və Qazaxıstan arasında mübahisəli məsələ yoxdur"
18:03 / 22-12-2025
Putin və Piotrovski Paşinyana Aleksandr Sütununun xüsusiyyətləri barədə məlumat veriblər
18:00 / 22-12-2025
Putin və Tokayev Sankt-Peterburqda ikitərəfli görüş keçiriblər
17:58 / 22-12-2025
Sankt-Peterburq qarnizonunun hərbi prokurorunun müavini Moskvada həbs edilib
17:46 / 22-12-2025
TASS: Tanınmış brendlərin jeleli ətində Staphylococcus aureus və E. coli aşkar edilib
17:37 / 22-12-2025
Lukaşenko: "Belarusda on iki "Oreşnik" raket sistemi olacaq"
00:12 / 22-12-2025
Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi - Video
00:04 / 22-12-2025
Sabahdan Amnistiya aktının icrası başlanılır
23:59 / 21-12-2025
Misir klinikasında saxlanılan Çelyabinskdən olan turist Yekaterinburqa gəlib
23:53 / 21-12-2025
“Qardaşlığımız əbədidir” sərgisi: İki qardaş ölkənin mədəniyyətinə sənətkar baxışı
23:36 / 21-12-2025
Almaniya kansleri Merz Maqdeburq terror aktının baş verdiyi yerə səfəri zamanı fitə basılıb
23:24 / 21-12-2025
Zelenski Bir neçə Regional Administrasiya rəhbərinin işdən çıxarıldığını elan etdi
22:12 / 21-12-2025
Belarus ilin sonuna qədər bir dəstə "Su-30SM2" təyyarəsi almağı planlaşdırır
22:08 / 21-12-2025
Avtomobil yanıb
20:49 / 21-12-2025
Tokayev: "AİB-ə qarşılıqlı birbaşa investisiyalar 20 milyard dolları keçib"
20:45 / 21-12-2025
Yeniyetmələr 13 yaşlı xəstəyə hücum ediblər
20:40 / 21-12-2025
Putin: "AİB üzvlüyü üzvlərinə əhəmiyyətli dividendlər gətirir"
20:32 / 21-12-2025
Peskov: "Rusiya və ABŞ arasındakı münasibətlər Ukraynadakı nizamlama ilə əlaqələndirilməməlidir"
20:29 / 21-12-2025
Eysmont: "Lukaşenko Putinə hədiyyə olaraq rəsm gətirib"
20:26 / 21-12-2025
Paşinyan Ermənistana yük tranzitinin qarşısını aldığına görə İlham Əliyevə təşəkkür etdi
20:18 / 21-12-2025
Göldən 780 boğulan qoyun çıxarılıb
19:44 / 21-12-2025
Dmitriyev Vitkoff və Kuşner ilə danışıqların ikinci gününə başladı
19:36 / 21-12-2025
"Bloomberg": ABŞ Venesuela sahillərində daha bir neft tankerini ələ keçirib
19:29 / 21-12-2025
Mənzil binasında baş verən yanğında qadın cəsədi tapılıb
19:23 / 21-12-2025
Keçmiş Almaniya naziri mövcud Ukrayna hakimiyyəti ilə sülhün əldə edilə biləcəyinə inanmır
19:19 / 21-12-2025
Polis heyvan ölümlərindən sonra sığınacağı araşdıracaq
19:14 / 21-12-2025
Fiqurlu konkisürən ona zəng edən jurnalisti təhqir edib
19:11 / 21-12-2025
Sərxoş sürücü qızı vurub öldürüb
Fərqanə Qasımova: "Məktubu oxuyanda ailəmizdə hamı ağladı -MÜSAHİBƏ
Tarix: 05-01-2018 04:15 | Bölmə: Müsahibə
Sabaha-inamla.az Ailem.az-a istinadən tanınmış xanəndə, əməkdar artist Fərqanə Qasımovanın müsahibəsini təqdim edir.
- Fərqanə xanım, sizi hicablı bir müğənni kimi tanıdıq və dünyanın hər yerində bu cür çıxış edirsiniz. Sizi necə qəbul edirlər?
- Bilirsiniz, mənim baş bağlamağım sırf Allaha olan sevgimdən irəli gəlib. Yəni deyirlər, Allahla insan arasında bir gözə görünməyən qüvvə var. Bu da məndə Allaha qarşı inam və etibardır. Əslində, mənə çox deyən oldu ki, başını bağlama, sən sənətçisən, səhnələrdə olacaqsan. Yaxud da başqa problemlər ola bilər. Amma Allaha olan inam, etibar, etiqad bütün fikirlərdən öncədir. Ona görə mən etibarımı bu yola sövq etdim. 15 ildən artıqdır ki, hicablıyam. Çox sevinirəm və xoşbəxtəm ki, Azərbaycanın hicablı sənətçisiyəm. Buna görə dövlətimə də çox təşəkkür edirəm ki, mənim üçün bu baxımdan bütün yollar açıqdır. İslam ölkəsi olaraq heç bir maneə, baryerlə üzləşmədim. Xarici ölkələrdə də başımın hicablı olmağı mənə xoş təsir edir. Məsələn, indi müsəlmanlığı terrorizm kimi təbliğ etməyə çalışırlar. Bir növ deyərdim, mən onlarda peşmançılıq hissi yaradıram ki, bizim islamımız, örtüyümüz, mədəniyyətimiz budur. Yəni biz insanlara pisliklər yox, sevgi paylayırıq. İslam sevgi dinidir. Bizim məqsədimiz kimisə öldürmək, terror təşkil etmək deyil. Biz dünyanın demək olar ki, bütün ölkələrində olmuşuq və həmişə də bu mesajı vermişik.
- Bəs seçimləri necə edirsiniz? Hicabı da dəbə uyğunlaşdırırsınız?
- Təbii ki, sənətçi olduğum üçün məcburən də olsa müəyyən məqamlara diqqət etməli oluram. Çünki səhnə mədəniyyətinin də öz tələbləri var. Mən də elə etməliyəm ki, həm islamın şərtlərindən çıxmasın, həm də səhnə mədəniyyətinə uyğun olsun. O cümlədən tamaşaçıların görünüş zövqünü oxşasın və onlarda ikrah hissi yox, sevgi yaratsın. Məsələn, çox qadınlar var, deyir, Fərqanə xanım, sizi hicabda gördükdən sonra hicaba xeyli məhəbbətim artıb və mən də hicab bağlamağa başlamışam. Yaxud çox soruşurlar ki, siz hicabı necə bağlayırsınız? Bizə də öyrədin.
- Bəs həmin libasları haradan alırsınız?
- Bəzən görürsünüz ki, xarici ölkələrdən xoşuma gələn hansısa libasları, aksessuarları alıram. Amma örtükləri Azərbaycandan əldə edirəm. Gündəlik geyimlərimdə şux geyimlərə üstünlük vermirəm. Amma konsert geyimlərimdə yaşıl, zoğalı, göy, firuzəyi rənglərdən çox istifadə edirəm.
- Bəs bahalı daş-qaşlardan istifadə edirsiniz?
- Onları ala və istifadə edə bilmirəm. Bilirsiniz, büdcəm ancaq gündəlik lazım olan, daha vacib şeylərə çatır. Bahalı daş-qaşları, bəzək əşyalarını hansısa bir dolabda saxlamaq istəməzdim. Buna israf kimi baxıram. Həm də dinimizdə belə şərtlər var ki, evdə saxlanılan qızılın hansısa bir hissəsinin məbləği evdən çıxmalıdır. Bu, eyni zamanda gümüş üçün də keçərlidir. Bu baxımdan mən bu məsuliyyətdən çox qorxuram, çəkinirəm deyə mənim belə əşyalarım demək olar ki, yoxdur və qızıldan istifadə etmirəm.
- Gəlinliyiniz də hicab formasında idi?
- Mən evləndikdən 4 il sonra hicaba keçmişəm. Hətta o zaman övladlarım da dünyaya gəlmişdi. Bu üzdən mən adi gəlinlik geyinmişəm.
- Övladlarınızdan söz düşmüşkən, üçəm uşaqlarınız dünyaya gəlmişdi. Onları böyüdüb boya başa-çatdırmağın öhdəsindən necə gəldiniz?
- Hər bir ana bilir ki, adi bir uşağı da saxlamaq nə qədər çətindir. Amma bu çətinliyin içində mənə kömək edən insanlar oldu. Ən əsası Allahın mənə rəhmi gəldi. Sonra valideynlərim mənə həm maddi, həm mənəvi kömək etdi. Çünki üç uşağın bir arada olması əziyyətin 3-4 dəfə artıq olması deməkdir. Bu da insanın daşıya bilməyəcəyi bir yükdür, həm fiziki, həm mənəvi, həm maddi baxımdan. Ona görə kömək nəticəsində bu işin öhdəsindən gəldik. İndi çox şükür ki, həmin uşaqlar mənə kömək edirlər.
- Əvvəlcədən bilirdiniz yəqin, övladlarınız üçəm olacaq...
- Bəli, bilirdim. Sanki bunu gözləyirəmmiş kimi oldu. Mən hər zaman ürəyimdə dua edəndə əkiz uşaq istəyirdim. Əkizlərə çox əlçatmaz, xoşbəxtlik rəmzi kimi baxırdım. Buna görə çox maraqlı idi mənə. Ola bilməzdi ki, mən əkizlərin yanından reaksiyasız keçəm. Hardasa əkiz görəndə həmişə çevrilirdim arxalarınca, uzun müddət baxırdım. Ürəyimdə dua edəndə Allahdan əkiz uşaqlar istəyirdim. Elə oldu ki, Allah mənə iki yox, üç övlad birdən verdi. Əvvəldən də bir Fatimə qızım var idi. Sanki mən gözlədiyim bir xəbər kimi qarşıladım və çox sevindim. İkisi qızdır, biri oğlan.
- Oxşayırlar bir-birlərinə?
- Xeyr, qətiyyən oxşamırlar. Nə xasiyyətcə, nə rəngcə, nə forma baxımından. Tamamilə fərqlidirlər.
- Evdə uşaqlara yeməkləri özünüz bişirirsiniz?
- Çalışıram özüm bişirim. Çünki ananın bişirdiyi yeməkdə məhəbbət, enerji daha çox olur. Onu başqa heç kim əvəz edə bilməz. Amma çəkilişlərə, məşqlərə gedirəmsə, məcburən yeməyi kiməsə tapşırıram. Amma evdə olduğum müddətdə yeməyi özüm hazırlayıram. Yəni bacardığım qədər nəzarətimi əskik etmirəm.
- Bəs ən gözəl hazırladığınız yemək hansıdır?
- Ümumiyyətlə, bizim yeməklərimiz vaxt aparan yeməklərdir. O qədər naz-nazı, saatlarla diqqət istəyir ki. Məsələn, qonaq gəlirsə, xüsusilə diqqət edirəm, ya plovuna, ya qarasına, dolmasına, dovğasına. Amma evdə özümüz olanda çalışıram tez hazır olan və sağlam qidalara daha çox üstünlük verəm. Tərəvəzlərdən daha çox istifadə edirəm. Qarabaşaq, bulqur, düyü kimi dənli bitkilərin xörəklərini hazırlayıram. Həm tez bişir, həm də daha sağlıqlıdır.
- Son zamanlar hər kəs diyetoloqla məsləhətləşmədən bir şey yemir, pəhriz saxlayır...
- Yox, bizim evdə elə şey yoxdur. Çünki biz böyük bir ailə sayılırıq. Elə bir qazan bişirəndə hərəyə bir az düşür. O da olur bizim diyetamız (gülür). Çalışıram doğru qidalanaq. Həm də yemək artıq qalanda, onu səhəri gün yeməyi sevmirəm. Çünki artıq zərərli sayılır. Ən yaxşısı odur ki, yeyə biləcəyin qədər bişirəsən ki, artıq qalmasın. Bu zaman həm malımızı israf etmirik, həm də canımıza zərər vermirik.
- Bəs idmana necə, zaman ayırırsınız?
- Hərdən ancaq öz evimdə. Amma bir neçə il əvvəl yoqa ilə məşğul olurdum. O isə çox zamanımı alırdı, haradasa 2 saat, 2 saat yarım məşğul olmalı idin. Ona görə müəyyən qədər evdə çalışıram. Nəfəs idmanlarım var, press edirəm. Çalışıram ki, özümü formada saxlayım.
- Yadımdadır, bir dəfə gəlin köçdüyünüz zaman ata-ananıza yazdığınız məktubdan söz açmışdınız. Həmin məktubu yazma istəyi nədən doğmuşdu?
- Bilirsiniz, mən atama həm ata kimi, həm də bir dost kimi bağlıyam. Bu dostluq hissi onunla bir səhnəni paylaşmağımızda, olduğumuz səfərlərdə bizə çox kömək olub. O baxımdan atamdan ayrılmaq mənə çox çətin görünürdü. Çətin bir vəziyyətdə idim. Həm öz şəxsi ailəmi qururdum, həm də doğma ailəmdən ayrılırdım. Bu, məndə haradasa qorxuya səbəb olmuşdu. O üzdən ağlıma gəldi ki, ana-atama bir məktub yazım. İnanırsız, indi yadımda deyil, həmin məktubda nə yazmışdım. Amma hisslər yadımdadır ki, məndə qorxu var idi. Elə bilirdim ata-anamı heç vaxt görməyəcəm. Onlar məni axtarmayacaq, yaxud mən onları tapa bilməyəcəm. Yəni içimdə bir fobiya var idi. Mən onlara öz hisslərimi və sevgimi bildirmək üçün o məktubu qələmə almışdım və anamın çantasına qoymuşdum. Məni yola salandan sonra evə gəlib görüblər ki, Fərqanə ora məktub qoyub. Məktubu açıblar və bütün ailə başlayıb ağlamağa. Anam oxumaq istəyib, elə bir-iki sətirdən sonra başlayıb ağlamağa. Verib başqasına ki, bəlkə o oxuya bilə. Belə-belə məktub dövr edib və heç kim axıra qədər məktubu oxuyub bitirə bilməyib. Heç kəs göz yaşlarını saxlaya bilməyib. Çünki məni ailədə, qohum-əqrəbada çox seviblər. Mən onlar üçün əziz bir insan olmuşam. Buna görə də məni yola salmaq onlar üçün elə hiss idi ki, sanki mən ər evinə yox, gor evinə gedirəm. Hətta həmin gecə atam evə gəlməyib ki, mənim qızım gedib, mən o evə girə bilmərəm. Kəndə gedib öz ata-anasıgildə qalmışdı. O zaman elə bil işığın içində bir qaranlıq vardı. Həm övladım ailə qurub bir sevinc, həm də bizdən gedir deyə bir hüzün olmuşdu onlarda.
- Alim Qasımov adı ilə Fərqanə Qasımova adı həmişə qoşa çəkilir. Məşhur şəxsin adı altında olmaq və orada öz şəxsi xüsusiyyətini büruzə vermək çox çətin olur. Siz necə, bu baxımdan hansısa çətinlik çəkirsinizmi?
- Bəli, Alim Qasımovun qızı olmaq o deməkdir ki, sən hər zaman məsuliyyətli olmalısan. Hər zaman düşünməlisən ki, adın bu adın altındadır. Bəzən mənə sual verirlər ki, bu ad sizə mane olurmu? Amma mən düşünürəm ki, bunlar hamısı şükür olunası bir haldır. Nə yaxşı ki, mən Alim müəllimin qızıyam, o, mənim atamdır. Nə yaxşı ki, mən onun musiqisi ilə böyümüşəm. Nə yaxşı ki, bu cür gözəl insan mənim həyatımda var. Alim Qasımov Azərbaycanın elə bir nöqtəsidir ki, o olmasa çox şey itəcək, mən bilirəm. O, Azərbaycan üçün böyük bir işıqdır. Mən də onunla bir bahəmlik təşkil edirəm. Axı Azərbaycanda başqa bu cür bahəmlik yoxdur, ata və qızı bir yerdə ümumi bir ahəng içində çıxış etsin. Bizim sənətimizə dövlətimiz də çox önəm verir. Mən əməkdar artistəm, prezident təqaüdçüsüyəm və daha yüksək adlar da gözləyirəm. Bütün bunları ona görə deyirəm ki, Alim müəllimin övladı olmaq elə-belə şey deyil. Bunu doğrultmaq, bu cür sənətkar adının altında parıldamaq özü çox çətin bir işdir.
- Övladlarınızın arasında sənətinizi davam etdirən varmı?
- Var. Oxuyurlar, zümzümə edirlər. Oğlum tara gedir, içi enerji dolu bir uşaqdır. Amma onun hansı yola getməyi hələ də qaranlıqdır. Ya elm arxasınca gedəcək, ya da musiqi.
- Bir müddət əvvəl haqqınızda bəzi məlumatlar yayıldı ki, ailənizdən ayrılmısınız. Bu nə dərəcədə həqiqətə uyğundur?
- Bir müddət əvvəl ailəmdə müəyyən problemlər oldu. Bu cür problemlər hər kəsin ailəsində olur və ola bilər. Deyim ki, ailə problemi sənətlə bağlı bir şey deyil. Tam ailənin içi ilə bağlı bir məsələdir. Amma yayılan məlumatlar, hətta bu problemlər olmamışdan qabaq çıxmışdı. Çünki nədənsə bəzi adamlar olandan çox olmayan şeylərdən danışmağı daha çox sevirlər. Mən onda çox gənc idim, çünki gənc ailə qurmuşdum. Bu sözlər mənim qulağıma çatanda çox pis oldum ki, nəyə görə mənim haqqımda olmayan şeylər danışırlar? Sonradan ailəmdə müəyyən problemlər oldu. Yəni hər kəsin ailəsində olduğu qədər. Amma şükür Allaha ki, aşdıq o problemləri. Hazırda ailəmlə bir yerdəyəm. İndi özümə ailə xoşbəxtliyi və həyat yoldaşımla birgə uzun ömür arzu edirəm...
Baxış sayı: 1 167
Bölməyə aid digər xəbərlər

2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"