21:28 / 05-07-2026
Azərbaycanın sülh diplomatiyası
21:20 / 05-07-2026
2,5 milyon rubl dəyərində mal oğurlayıb yenidən satıb
21:16 / 05-07-2026
Politoloq Rusiya-ABŞ danışıqlarının sürətini Rusiyanın hərbi uğurları ilə əlaqələndirdi
21:13 / 05-07-2026
Filippot AB dəyərlərinin Ukrayna neonazistlərini dəstəkləməyə çevrildiyini bildirdi
21:10 / 05-07-2026
Paşinyan Ermənistan seçkilərindən sonra ilk dəfə Rusiyaya səfər edəcək
21:06 / 05-07-2026
Könüllülər itkin düşmüş qızlardan birinə məxsus terlik tapdılar
21:03 / 05-07-2026
Xameneinin oğulları mərhum İran lideri ilə vidalaşdılar
20:59 / 05-07-2026
Bir qızın qətlində şübhəli bilinən şəxs ölkədən qaçmağa cəhd edib
20:50 / 05-07-2026
Rusiya milli xokkey komandasının keçmiş kapitanı ABŞ-da ev almaq üçün ipoteka götürüb
19:02 / 05-07-2026
Ana öz oğlunu bıçaqlayıb
18:57 / 05-07-2026
Çoxmərtəbəli binada baş verən yanğında bir nəfər ölüb
18:54 / 05-07-2026
Lixaçev amerikalıları mikroreaktorlarının istifadəyə verilməsi münasibətilə təbrik etdi
18:52 / 05-07-2026
Zelenski yenidən Qərbdən "Patriot" tutucu raketləri tələb edir
18:48 / 05-07-2026
Kiyev Kostyantinivkada həlak olan Ukrayna Silahlı Qüvvələri əsgərlərinin cəsədlərini qaytarmaqdan imtina etdi
18:40 / 05-07-2026
Uşaq oğurluğu işi açılıb
18:34 / 05-07-2026
Ukrayna Dunayda Rusiya donanmasının peyda olması ilə Avropanı qorxudur
18:32 / 05-07-2026
Prezidentlik müddətini başa vurduqdan sonra Makron milyarder Nielin rəhbərliyi altında vəzifə tuta bilər
18:22 / 05-07-2026
Finlandiya piyada əleyhinə minalar almağa hazırlaşır
18:16 / 05-07-2026
Rutte NATO sammitində müzakirə olunacaq əsas məsələləri açıqladı
21:34 / 03-07-2026
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
21:27 / 03-07-2026
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
21:15 / 03-07-2026
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - “Yoldaşım yun yorğana üstünlük verir”
21:08 / 03-07-2026
Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - VİDEO+FOTO
20:36 / 03-07-2026
В последние годы цифровизация в Азербайджане последовательно развивается как одно из приоритетных направлений государственной политики-Конул Нуруллаева
20:34 / 03-07-2026
Nazirin müşavirinə yeni vəzifə verildi
20:14 / 03-07-2026
Azərbaycanda rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəkildə inkişaf etdirilir-Könül Nurullayeva
19:47 / 02-07-2026
Politoloq fon der Leyenin Ermənistana səfərinin əhəmiyyətini izah etdi
19:44 / 02-07-2026
Kuban yanacaq kanistrlərində satışını qadağan edə bilər
19:40 / 02-07-2026
Meksika şəhərinin meri dişi timsahla nişanlanıb
19:37 / 02-07-2026
Terror aktı planlaşdırdığına görə üç rusiyalı məhkum edilib
19:33 / 02-07-2026
Ermənistan prezidenti qəbul zalından Ararat dağının şəklini yığışdırıb
19:30 / 02-07-2026
Ermənistanın Baş naziri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək
18:05 / 02-07-2026
110 ton neft məhsulunun oğurlanması ilə bağlı cinayət işi açılıb
18:01 / 02-07-2026
İnzibati binada baş verən yanğını söndürürlər
17:59 / 02-07-2026
Vertolyot mühərrikinin nasazlığı səbəbindən hava limanına qayıdıb
17:56 / 02-07-2026
"Tagor" tankeri həbsdən azad ediləcək, sahibi 1 milyon avro cərimə olunacaq
İqbal Babayev: "Gömrük-sahibkar təması tam ləğv ediləcək" - MÜSAHİBƏ
Tarix: 15-04-2019 13:02 | Bölmə: Müsahibə
Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayevin “Report”a müsahibəsi:
- İqbal müəllim, son zamanlar əksər qurumlar blokçeyn texnologiyasından istifadədə maraqlıdırlar. Azərbaycanda gömrük sahəsində blokçeyn texnologiyasının nə zaman tətbiqi planlaşdırılır? Hazırda bununla bağlı hansı işlər görülür?
- Dövlət Gömrük Komitəsi müxtəlif texnologiyaları və innovativ həlləri mütəmadi qaydada araşdırır və onları müxtəlif dövlət proqramları çərçivəsində digər dövlət qurumları və biznes ictimaiyyəti ilə əməkdaşlıq formatında gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərində tətbiq edir. Nəzərə almaq lazımdır ki, layihə idarəçiliyinin mühüm prinsiplərindən biri tələb edir ki, idarəetmənin istənilən sahəsində, o cümlədən gömrük sistemində, ayrı-ayrı yeni texnologiyaların tətbiqi “əlahiddə eksperimentlər” şəklində deyil, sistemli yanaşma çərçivəsində konkret innovasiya layihələri formatında tətbiq edilməlidir. Bu baxımdan yeni texnologiyalarının gömrük sistemində tətbiqi konkret layihə hədəflərinə malik olmalı və son illər ərzində həyata keçirilmiş layihələrlə uzlaşmalıdır.
Blokçeyn texnologiyasına gəldikdə isə Dövlət Gömrük Komitəsinin apardığı araşdırmalar göstərir ki, bu texnologiyanın tətbiqi əsasən özəl sektor tərəfindən ümumilikdə ticarət-təchizat zəncirinin idarə edilməsində, o cümlədən ticarətlə əlaqədar bank əməliyyatları (məsələn, akkreditiv hesabların açılması) və loqistika sektorunda sınaqdan çıxarılmaqdadır. Buna misal olaraq, dünyanın ən böyük loqistika şirkətlərindən olan “Maersk”, İBM şirkətləri ilə birgə bu sahədə müvafiq layihələr həyata keçiriblər. Eyni zamanda bizə məlumdur ki, blokçeyn texnologiyasının tətbiqinə xüsusilə ABŞ, Böyük Britaniya, Sinqapur, Koreya və Yaponiya gömrük xidmətləri tərəfindən xüsusi maraq göstərilir. Nəzərə alınmalıdır ki, blokçeyn texnologiyası paylanmış məlumat bazaları və kriptoqrafiya həlləri sayəsində xərclərin və resursların optimallaşdırılması, həmçinin şəffaflığın təmin edilməsi baxımından bir sıra üstünlüklər vəd edir. Belə ki, Ümumdünya Gömrük Təşkilatının Daimi Texniki Komitəsinin 2017-ci ilin aprel ayında keçirilmiş 215/216-cı sessiyalarında blokçeyn texnologiyasının gömrük sistemində tətbiqi problemləri gündəmə gətirilib və müəyyən edilib ki, xüsusilə elektron kommersiya əməliyyatlarının idarə edilməsi, risk idarəçiliyi, gömrük-gömrük məlumat mübadiləsi, gömrük auditi, hüquqpozmalarla mübarizə və qanunvericiliyə riayət mədəniyyətinin formalaşdırılması sahəsində bu texnologiyanın tətbiqinin perspektivləri böyükdür.
Dövlət Gömrük Komitəsi 2010-cu ildən etibarən informasiya ehtiyatlarının formalaşdırılması prinsipini yeni metodika və platforma əsasında quraraq 14 dövlət qurumlarının informasıya ehtiyatlarından istifadə etməklə xarici ticarəıt iştirakçılarının idxal-ixrac əməliyyatını həyata keçirən ilk dövlət orqanlarından biridir. Hələ o zaman bizim yanaşmamız bugünkü blokçeyn texnolgiyasına bənzər İT həllərə köklənib. Bu səbəbdən biz bu gün çox asanlıqla blokçeyn texnolgiyasını gömrük sistemində tətbiq edə bilirik. Məsələn, bu gün ölkəmizə idxal olan Gürcüstan mənşəli malların gömrük rəsmiləşdirilməsi zamanı blokçeyn texnolgiyasına əsasında məlumat mübadiləsi həyata keçirərək tələb olunan malın mənşə sertifikatını tətbiq edirik və rəsmiləşdirmə vaxtını çox qısaltmış oluruq, eyni zamanda saxta sənədlərin təqdim edilməsi riskini tam aradan qaldırırıq.

- Azərbaycanın gömrük sistemində rəqəmsal texnologiyalara keçidlə bağlı hansı tədbirlər görülür və bu, tədricən kadr siyasətinə yenidən baxılmasına zəruri edəcəkmi?
-Dövlət Gömrük Komitəsi tərəfindən son dövrlər aparılan islahatların əsas istiqamətlərindən biri məhz kadr islahatlarıdır. Kadr islahatlarını şərtləndirən əsas amillər gömrük sistemində yeni idarəetmə modellərinin və düşüncə tərzinin formalaşdırılması, gömrük nəzarəti və rəsmiləşdirilməsi sahəsində daha təkmil texnologiyaların tətbiqi, həmçinin gömrük-biznes, gömrük-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə qurulması, gender balansının təmin edilməsi, şəffaflığın artırılması kimi konkret hədəflərimizdir. Buna baxmayaraq, nəzərə alınmalıdır ki, gömrük sistemində kadr potensialının gücləndirilməsi siyasəti eyni zamanda biliklərin sistemli, ardıcıl ötürülməsi fəlsəfəsini özündə ehtiva edir. Yəni, təcrübəli kadrlarla gömrük xidmətinə yeni işə cəlb edilmiş kadrlar arasında biliklərin ötürülməsi baxımından irsi əlaqənin təmin edilməsi gömrük sisteminin dayanıqlı inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir.
Rəqəmsal texnologiyaların gömrük əməkdaşının gündəlik işində daha geniş tətbiqi kadrlardan tamamilə yeni biliklər, yeni bacarıqlar tələb edir. Bu baxımdan, Gömrük-Təhsil Qurumları əməkdaşlığı problemləri ön plana çıxır. Bu sahədə Dövlət Gömrük Komitəsinin Akademiyasında kadr hazırlığı məsələlərinin daha da gücləndirilməsi, ölkənin digər təhsil qurumları ilə əməkdaşlıq münasibətlərinin gücləndirilməsi çox vacibdir.

- Keçən il Komitə rəhbərlərinin verdiyi müsahibələrin birində deyilmişdir ki, Dövlət Gömrük Komitəsində hələ də “şirinlik” qalmaqdadır. Bu gün bununla bağlı vəziyyət nə yerdədir?
-Gömrük sistemində şəffaflığın daha da artırılması ölkə rəhbərliyi tərəfindən Dövlət Gömrük Komitəsi qarşısında qoyulmuş konkret tapşırıqdır. Son dövrlər gömrük sistemində aparılan islahatlara kənardan ötəri nəzər saldıqda asanlıqla görmək olur ki, DGK rəhbərliyi tərəfindən bu tip hallara qarşı qanunvericilik çərçivəsində dərhal və çox sərt reaksiya verilir və belə qanunsuz əməllərə yol verən şəxslər məsuliyyətə cəlb olunurlar. Bununla yanaşı, nəzərə alınmalıdır ki, “şirinlik” və bu kimi digər hallarla mübarizəyə ayrı-ayrı hallar üzrə deyil, Dövlət Gömrük Komitəsinin ümumi inkişaf strategiyası çərçivəsində institusional dəyişikliklər baxımından yanaşılır. Bu yanaşma sadəcə olaraq konkret korrupsiya hallarının nəticələrinin aradan qaldırılması ilə kifayətlənmir, onları doğuran səbəbləri aradan qaldırmağa yönəlib. Məsələn, bununla bağlı gömrük əməkdaşının, xüsusilə ucqar bölgələrdə sərhəd-buraxılış məntəqələrində çalışan gömrük əməkdaşlarının sosial ehtiyaclarının təmin edilməsi, maddi-rifah vəziyyətinin yaxşılaşdırılması, həmçinin gömrük sistemində daxili nəzarət sistemlərinin gücləndirilməsi, yeni korporativ məsuliyyət siyasətinin inkişaf etdirilməsi, şərəf kodeksi və fəaliyyət etikası prinsiplərinin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir.
Bununla bağlı olaraq, bir tərəfdən sahibkarların marifləndirilməsi, onların bilik bazasının daha da zənginləşdirilməsi, psixioloji təlimlərin keçirilməsi ilə əlaqədar, digər tərəfdən biznes prosesin düzgün qurulması ilə bağlı işlədiyimiz islahat paketimiz bir çoz sahəni əhatə edir. Biz elə bir sistem qurmalıyıq ki, gömrük prosedurları gömrük əməkdaşlarının və ya gömrük orqanlarının subyektiv qərarları əsasında həyata keçirilməsin. Biz, gömrük xidmətində qərarqəbuletmə mexanizmini yeni texnologiyalar əsasında, rəqəmsal gömrük idarəçiliyi prinsipi əsasında, risklərin avtomatlaşdırılmış idarəetmə sistemi əsasında və ümumiyyətlə “Smart Gömrük”, “Smart Sərhəd” ideyalarına köklənərək qurmalıyıq. Biz elə bir sistem qurmalıyıq ki, bu kimi neqativ hallara sistem imkan verməsin, və eyni zamanda həm “şirinlik” verən, həm də onu alan bu kimi hərəkətləri özünə təhqir kimi qəbul etsin. Əlavə olaraq, neqativ hallarla mübarizə gömrük-cəmiyyət əməkdaşlığından çox asılıdır. Bu səbəbdən, biz çoxlu alətlər tətbiq edərək belə hallar ilə mübarizə aparırırq və nəticəsini də az da olsa görürük. Məsələn, Dövlət Gömrük Komitəsi olaraq biz sahibkarlara və bütün vətəndaşlara müraciət edərək bildiririk ki, belə neqativ hallarla mübarizənin daha effektiv olması üçün Dövlət Gömrük Komitəsi tərəfindən yaradılmış əks əlaqə sistemlərindən daha fəal istifadə etsinlər, dərhal belə hallar barədə Komitə rəhbərliyini məlumatlandırsınlar. Bunun üçün, Komitənin “Çağrı Mərkəzi”nin imkanları genişləndirilib və rəsmi internet saytında, habelə sosial şəbəkələr vasitəsilə zəruri sistemlər yaradılıb. Həmçinin, belə hallarla mübarizədə ənənəvi mətbuatın, o cümlədən sosial medianın rolu çox böyükdür. Nəzərinizə çatdırırıq ki, Komitənin sədri və digər rəhbər şəxslər xüsusilə sosial medianı yaxından izləyirlər və obyektiv işıqlandırılan problemlərə dərhal reaksiya verirlər.

- Bu il ərzində gömrük sistemində hansı yeni elektron xidmətlərin tətbiq edilməsi gözlənilir?
- Elektron xidmətlərin inkişafı daima diqqət mərkəzindədir. Bildiyiniz kimi, Dövlət Gömrük Komitəsinin təqdim etdiyi elektron xidmətlər ümumilikdə ölkədə ən çox istifadə edilən elektron xidmətlər sırasındadır və bu sahədə ciddi uğurlar əldə edilib. Bu gün gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi prosesləri tam avtomatlaşdırılıb, gömrük bəyannamələrinin təqdim edilməsi, gömrük ödənişlərinin həyata keçirilməsi, gömrük orqanlarına müraciətlərin izlənilməsi kimi xüsusi sosial əhəmiyyət kəsb edən xidmətlər tam kağızsız texnologiyalar əsasında qurulub.
Bu sahədə işlər 2019-cu il ərzində də davam etdiriləcək və xüsusi diqqət mobil gömrük həllərinin inkişafına yönəldiləcək. Konkret misal olaraq, cari il ərzində aşağıdakı xidmətlərin cəmiyyətin istifadəsinə verilməsi planlaşdırılır:
- Xarici ticarət iştirakçısının Şəxsi Kabineti. Bu xidmət növü mənim üçün ən vacib layihələrdən biridir. Biz bu elektron xidməti yüksək səviyyədə sahibkarlara verməklə “Könüllü riayət mədəniyyəti” haqqında danışa bilərik.
- Gömrük uçotu və balansı üzrə elektron xidmətin yaradılması. Bu xidmət vasitəsilə sahibkarlar indiyə qədər həyata keçirtdiyi bütün ödənişlər üzrə hesabat ala biləcək və eyni zamanda, gömrük borclarına görə balans cədvəlinin aktivliyini daima nəzarətdə saxlayacaqlar.
- “Gömrük əməliyyatları üzrə imza səlahiyyətlərinin verilməsi”, bu xidmətdən istifadə etməklə xarici ticarət iştirakçısının rəhbəri öz imzası vasitəsi ilə istənilən əməkdaşının imzasına xarici ticarət iştirakçısının fəaliyyəti haqqında statistik məlumatlara giriş hüququ verir;
- “online kargüzarlıq”, bu xidmət istifadəçilərə DGK-nın internet saytı vasitəsi ilə gömrük orqanlarına müraciət (təklif, şikayət, və.s) göndərmək, müraciətə baxılması vəziyyətini onlayn izləmək və cavab almaq imkanı verir;
- “Şəxsin adının İAMASın “Xüsusi diqqət siyahısı”nda olub-olmamasınn yoxlanılması”, hər bir fiziki şəxs xidmətdən istifadə etməklə gömrük orqanı tərəfindən onun sərhədkeçməsinə məhdudiyyət qoyulub-qoyulmadığını yoxlaya bilir.
- Gələcəkdə gömrük sahəsində daha hansı informasiya texnologiyalarının tətbiqi gözlənilir və bunula bağlı strategiyanın hazırlanması nəzərdə tutulurmu?
- Hazırda rəqəmsal gömrük xidmətinin tətbiqi və bu sistemin inkişafı ilə bağlı yeni layihə konsepsiyası hazırlanıb. Konsepsiyanın əsas mahiyyəti gömrük-sahibkar təmasının tam ləğv edilməsi, Virtual Gömrük Ofislərinin yaradaraq “Məsafədən xidmət” prinsipi əsasında gömrük işini təşkil etməkdir. Qısa bir zamanda bu konsepsiyanı tətbiq etməklə gömrük sahəsindəki apardığımız islahatların ikinci mərhələsini başa vurmuş hesab edəcəyik.
Bunun üçün beynəlxalq təcrübədə qəbul olmuş ən yaxşı təcrübələr, yeni yanaşmalar öyrənilib və hal-hazırda öyrənilməkdədir və bütün bu işlər Azərbaycanda gömrük sisteminin strateji hədəfləri və ehtiyacları ilə uzlaşdırılır. Yeni konsepsiyanın hazırlanmasında Ümumdünya Gömrük Təşkilatının və digər beynəlxalq qurumların hazırladığı baza sənədlərdən də istifadə edilmiş və özündə əksini tapıb.

- Bildirmişdiniz ki, gömrükdə elektron növbə sisteminin tətbiqi gözlənilir. Azərbaycan gömrük sistemində elektron növbə sisteminin tətbiqi nə zaman həyata keçiriləcək? Ümumiyyətlə, elektron növbə sistemi gömrük sisteminə və sahibkarlara nə vərəcək? Onun hansı üstünlükləri var? Elektron növbə sistemində hansı təcrübələrdən istifadə ediləcək? Bu sisteminin yük nəqliyyat vasitələrində tətbiqi həyata keçirildikdən sonra, piyadaların da keçidində nəzərdə tutulurmu?
- Bu layihə çərçivəsində yalnız “Elektron növbə sistemi” deyil, eyni zamanda “Surətli keçid” layihəsi də işlənilir. Bu layihələr ilə bağlı texniki işlər hal-hazırda tamamlanma mərhələsindədir. Layihələrin məzmunu və hədəfləri barədə mətbuat vasitəsilə ictimaiyyətə və sahibkarlara ətraflı məlumat verilib və daha da geniş məlumat veriləcək.
Yalnız onu qeyd etmək istərdim ki, bu qeyd etdiyim layihələr gömrük sistemində ümumi “Smart Gömrük və Smart Sərhəd”, yəni “Ağıllı Sərhəd” konsepsiyasının tətbiqi ilə bağlıdır və layihənin hədəf auditoriyası həm öz avtonəqliyyat vasitəsi ilə gömrük sərhədini keçən səyahətçilər, həm də kommersiya təyinatlı yükləri daşıyan nəqliyyat vasitələridir. Bu layihələrin tətbiqi faktiki olaraq, sərhəd keçid məntəqələrində sıxlığı aradan qaldırmağa, gömrük resurslarının daha optimal tətbiqini proqnozlaşdırmağa və vaxt itkisini aradan qaldırmağa yardım edəcək və ən başlıcası, yenə də qeyd etmək istədiyim məsələ: “Sən tez keç, çünki mən səni tanıyıram” prinsipi ilə qəbul edilmiş ədalətsiz qərarlara yol verməməklə vətəndaş-məmur münasibətində subyektiv qərarların tam aradan qaldırılmasına xidmət edəcək.
Baxış sayı: 1 215
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə