21:33 / 05-11-2025
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
21:01 / 05-11-2025
İçərisində insanların olduğu evi yandıraraq bir kişi və bir qadını öldürüb
20:59 / 05-11-2025
Rutte: "NATO şərq cinahında hərbi mövcudluğunu gücləndirə bilər"
20:55 / 05-11-2025
Taikonautlar ilk dəfə orbitdə barbekü bişirdilər
20:20 / 05-11-2025
Ölümcül davaya görə taksi sürücüsü səkkiz il həbs cəzasına məhkum edilib
20:12 / 05-11-2025
"Avropa Mühafizəkarları": Avropa Rusiya ilə müharibəyə hazır deyil
20:07 / 05-11-2025
Bloqçu Markaryanın həbs müddəti iki ay uzadılıb
20:05 / 05-11-2025
Litva Baş naziri: "Vilnüs Minsklə yük maşınlarının geri qaytarılması ilə bağlı danışıqlar aparmaq istəyir"
20:03 / 05-11-2025
"Sudan Tribune": "İl-76" hərbi nəqliyyat təyyarəsi Sudanda qəzaya uğrayıb
19:59 / 05-11-2025
Rosatom: Macarıstan "Paks II" Atom Elektrik Stansiyasının tikintisi üçün lisenziya verib
19:55 / 05-11-2025
Şəhərin atəşə tutulması nəticəsində bir qadın həlak olub
19:52 / 05-11-2025
Peskov: "Putin nüvə sınaqlarının mümkünlüyünün araşdırılmasını əmr etdi"
19:43 / 05-11-2025
Yeniyetmələrə silahlı soyğunçuluq etdiyinə görə cinayətkar həbs edilib
18:56 / 05-11-2025
Ermənistanı narahat edən Qərbi Azərbaycan həqiqətlərilə bağlı dəqiq mənbələrin çoxluğudur-Könül Nurullayeva
18:51 / 05-11-2025
Bortnikov ABŞ-ın nüvə sınaqlarına cavab olaraq təkliflər hazırlamaq üçün vaxt istəyib
18:49 / 05-11-2025
Şoyqu: "Rusiya ABŞ-ın nüvə sınaqları ilə bağlı növbəti addımları barədə qeyri-müəyyəndir"
18:44 / 05-11-2025
Rusiya Su Polosu oyunçuları beynəlxalq yarışlara hazırdır
18:41 / 05-11-2025
Putin: "Rusiya ABŞ-ın nüvə sınaqları halında cavab tədbirləri görəcək"
18:37 / 05-11-2025
Alimlər möhtəşəm yeni günəş partlayışını qeydə alıblar
18:33 / 05-11-2025
Tramp: "ABŞ hökuməti dərhal fəaliyyətini bərpa etməlidir"
18:29 / 05-11-2025
Ekspert Semibratov: "Mamdaninin qələbəsi əhalinin Nyu-Yorkdan axınına səbəb olacaq"
18:17 / 05-11-2025
Putin Anton Gerasimovu Rusiya Fövqəladə Hallar Nazirliyinin müavini vəzifəsindən azad etdi
18:14 / 05-11-2025
100 milyon rubl zərərlə nəticələnən fırıldaqçılıq sxemində şübhəli bilinənlər saxlanılıb
18:09 / 05-11-2025
Bundestaq prezidenti Culiya Klökner Almaniyanı "Avropanın fahişəxanası" adlandırdı
23:32 / 04-11-2025
Putin: "Rusiya heç kim üçün təhlükə yaratmır"
23:28 / 04-11-2025
Polis çoxmərtəbəli binanın eyvanından asılmış kişini xilas etdi
23:23 / 04-11-2025
Putin: "Yeni nüvə enerjisi ilə işləyən qanadlı raketlərin hazırlanmasına başlanılıb"
23:20 / 04-11-2025
Uşaqları daşıyan avtobus qəzaya uğrayıb; bir nəfər yaralanıb
21:00 / 04-11-2025
Putin Xüsusi Təyinatlı Qüvvələrin əsgərinin oğluna kursant olmaq arzusunu gerçəkləşdirəcəyinə söz verdi
20:46 / 04-11-2025
Peskov: "Tramp Putini Milli Birlik Günü münasibətilə təbrik etməyib"
20:40 / 04-11-2025
100 metrlik Rusiya bayrağı açıldı
20:35 / 04-11-2025
Peskov: "Rusiya Venesuela ilə müntəzəm işgüzar əlaqələr saxlayır"
20:33 / 04-11-2025
Məşhur klub rusdilli musiqi səbəbindən bağlanıb
20:29 / 04-11-2025
ABŞ senatoru Viker ABŞ-ın nüvə arsenalının modernləşdirilməsindəki geriləməsini etiraf etdi
20:26 / 04-11-2025
Qırmızı Kitaba daxil edilmiş 12 metr uzunluğundakı siyənək balinasını fırtına sahilə çıxardı
17:08 / 04-11-2025
Azərbaycan nümayəndə heyəti Buxarestdə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib
15:28 / 04-11-2025
REN TV: Teleaparıcı təcili xəstəxanaya yerləşdirilib
15:24 / 04-11-2025
Xəzər sahilində tapılan suitilərin ölüm səbəbi infeksiya ola bilər
15:19 / 04-11-2025
Qızı pnevmatik tapança ilə yaralayan qadına qarşı cinayət işi açılıb
Həbsxanadan keçən ömür yolu - Rasim Balayevin HƏYAT HEKAYƏSİ
Tarix: 11-03-2019 14:21 | Bölmə: Müsahibə

Tanrının ali məxluq kimi yaratdığı insan ömür boyu yanlışlıqlar edir, səhvlər və onları guya düzəltməyə çalışmaqla keçir ömrümüz. Bir səhvimiz də ondadır ki, sevdiklərimizdən olduqları kimi deyil, bizim istədiyimiz kimi görünmələrini tələb edirik. İnsan övladının hər birində hansısa istedad, qabiliyyət olur. Nə xoş o kəsə ki, yerindədir. İndi söhbət açacağım şəxs də istedadlıdır, illər uzunu öz qabiliyyəti sayəsində sənətinin peşəkarına çevrilə bilib, öz yerindədir, həm də olmaq istədiyi yerdə. Biz isə ondan öz sahəsində deyil, tamam başqa bir istiqamətdə qəhrəman olmasını istəyir və səhv edirik. Bu səhv həm onu itirməyimizə, həm də adamın özünün özünü itirməsinə gətirib çıxara bilər...
Bir az əvvələ qayıdacağam, daha doğrusu keçmişə, Sovet dönəminə. O vaxta ki, insanlar əmək sahəsində böyük uğurlar qazanırdılar və onların əməyi qiymətləndirilirdi. Bu başqa söhbətdir ki, onlara verilən stimul yazıqların işlədiklərindən ikiqat artıq çalışmaları üçün hesablanırdı.
Ağsuda bir qız vardı. Gəncəcik qız əlləri ilə o qədər pambıq yığırdı ki, heç kombayn bu nəticəni verə bilmirdi. Zümrüd adlı bu qız o vaxtın pambıq qəhrəmanı idi – staxanovçu. Bu Staxanov şaxtaçı olub, əmək sahəsində elə bir rekord əldə edib ki, onun rekorduna yaxınlaşan adama onun adı ilə staxanovçu deyirlərmiş.
Zümrüd staxanovçu olandan sonra partiya işçisi olan Əhmədlə talelərini birləşdirir, həyat yollarında birgə addımlamağa başlayırlar. Amma Zümrüd daha pambıq yığmır. Əvəzində dünyaya səkkiz övlad gətirir - üç qız, beş oğlan. Bu sahədə də, maşallah, staxanovçu olur.
Məktəbə tez gedib, onu gec başa vurdu
Ailənin böyüyü Rasim boyca hündür olsa da çəlimsizin biri idi, hətta kiçik bacı-qardaşları ondan böyük görünürdülər, amma bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi vardı ki, 5 yaşında artıq əlifbanı bilir, 6 yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu. Ona görə də valideynləri qərara gəlirlər ki, Rasimi 6 yaşından məktəbə göndərsinlər. O vaxt qanunla hamı 7 yaşda getməli idi məktəbə, onu götürmək istəmədilər. Atasının partiya fəalı olması işə yarayır bu yerdə.
“Mənim üçün 1-ci sinif çox maraqsız keçdi. Onlar hərfləri, rəqəmləri öyrənirdilər hələ, mən bunları çoxdan bilirdim, üzündən sərbəst oxuyurdum”.
Həmin il, yəni 1954-cü ildə məktəbə gedənlər üçün təhsil ili 11 il oldu. Tərs kimi, adam bir il irəli düşmək istədi, amma elə həmyaşıdları ilə eyni ildə qurtardı məktəbi, çünki növbəti il məktəbə gedənlər yenidən 10 illik təhsillə bitirdilər orta məktəbi.
Məktəb illərində ədəbiyyat müəlliməsi Nabat müəllimənin sayəsində ədəbiyyatı, sənəti sevdi Rasim:
“Nədənsə mənim şeir deməyim, əsərləri intonasiyalı oxumağım onun xoşuna gəlirdi. Sinifdə dram əsərlərini rollara görə bölüşdürürdü, aramızda səhnələşdirilmiş kimi oxuyurduq əsəri. O vaxt radio-tamaşalar olurdu, onlara qulaq asırdım və bu da sinifdə rolumu yaxşı oynamağıma kömək edirdi”.
Bir də Rac Kapurun o vaxt bütün Sovetlərə yayılan filmləri Rasimdə bu sənətə maraq oyatmışdı, bütün günü dostları üçün Rac Kapurun rollarını oynayardı.
Bir gün xəbər yayıldı ki, Ağsuda “Uzaq sahillərdə” filmi çəkilir: “10 yaşım vardı. Ağsu aşırımında filmin müəyyən kadrları çəkiləndə mən də tamaşa edirdim. Nodar Şaşıqoğlunu çox sevirdim, ürəyim atlanırdı ki, görəsən mən də belə aktyor ola bilərəmmi? Taleyin işinə bax ki, Kino İttifaqın katibi kimi onu öz kabinetimdə qəbul etdim, oturub söhbətləşdik”.
Ana əllərinin nəvazişi üçün getdi, həbsə düşdü
Artıq orta məktəbin son siniflərində Rasim sənətini seçmişdi. Dostu Səməndər Rzayevin institutdan kəsilmiş, qayıdıb məktəbdə dram dərnəyi yaratmışdı. Bu, Rasimin arzusunu reallaşdırmağa bir az da təkan oldu.
Növbəti il ikisi də Teatr İnstitutunun aktyorluq fakültəsinə qəbul olundular. Nabat müəllimə də onun bu seçimindən və uğurundan çox məmnun qaldı. Ailə də bu addıma zidd getmədi.
Ümumiyyətlə, rayon Partiya Komitəsində məsul vəzifədə çalışan atanın oğlu çətinlik görməmişdi, atdığı addımlar da həmişə uğurla nəticələnmişdi. Gəncin gözü ayağının altını görmürdü, elə bilirdi ki, elə həyat belədir, hər şey asanlıqla başa gəlir, istədiyin hər şeyi edə bilərsən.
Üçüncü kursda oxuyurdu, möhkəm soyuqlamışdı, qış sessiyası öncəsi rayona gedir ki, anası onu sağaltsın. Neçə ay idi rayona getməmişdi, anasının nəvazişli əlləri ona dəyən kimi sağalacağına əmin idi, amma soyuqlama keçmək bilmədi. Rayonda bir dostu ilə Ağsu xəstəxanasına yollandılar.
Xəstəxananın həyətində bir gənc oğlanla dostunun sözü düz gəlmir, dalaşmalı olurlar. Rasim də təbii ki, dostuna kömək etməyə çalışır və dava böyüyür. Onları tutub milis məntəqəsinə gətirirlər. Bu dava isə həmin dövrdə xırda xuliqanlığa az qala terrorizm qədər cəza kəsildiyi dövrə təsadüf edir. Sovet milisi xuliqanlığa görə Rasimi həbs edir.
“100 gün Gəncə həbsxanasında yatdım. Həmin 100 gün mənə bütöv bir həyat dərsi oldu. Çox burnu yuxarı idim, həyat mənim üçün əyləncə idi elə bil. Həbsxana həyatı göstərdi ki, əslində həyat nədir”.
Rasimi həbsxanadan çıxartmaq elə də asan başa gəlmir. Atası vəzifədə olsa da xış kötüyə ilişmişdi. Dostu ilə birləşib döydükləri gənc o vaxtkı baş prokuror Qambay Məmmədovun qohumu imiş.
Sevdiyi əmi qızı ilə...
100 günlük həbsxana həyatından sonra Rasimə məhkəmənin qərarı ilə bir il şərti iş verilir.
Bu vaxt ərzində onun kurs yoldaşları artıq semestr imtahanlarını vermişdilər. Tələbə yoldaşları yığışıb Teatr İnstitutunun rektoru Rahib Hüseynovun yanına xahişə getdilər.
“O vaxt beş-altı uşaq götürürdülər kursa və onları yaxşı yetişdirirdilər. İndiki kimi konveyer üsulu ilə aktyor buraxmırdılar. Rahib müəllim kurs işlərimi görüb bəyənmişdi. Dedi, səni ona görə kursa bərpa eləyirəm ki, yaxşı bir aktyoru gələcək mədəniyyətimizdən qopartmayım, amma bir də elə bir hərəkətin olsa heç nəyi nəzərə almayacam”.
Rasimi öz kursuna bərpa edirlər, şərti işin də vaxtı bitir, tələbəlik həyatının da. Rasim institutdan uzaqlaşmır, elə tədris teatrında işə başlayır, bundan başqa institutda dərs də deyir.
İlk baxışdan həyat öz axarına düşmüşdü, Rasim ailə qurmuşdu, sevdiyi əmisi qızı ilə evlənmişdi, işləyirdi. Bakıda bir erməninin evində kirayədə yaşayırdılar, atasının əli də üstlərində idi.
Bir gün Rasim qayğıkeş atanın ölüm xəbərini aldı. Bu qəfil ölüm onu çox sarsıtdı. Həmin il oğlu Ülvinin dünyaya gəlişi onu qismən bu sarsıntıdan çıxara bildi. Amma həyat rahat deyildi daha, kirayədə yaşamaq, ailənin böyüməsi, məvacibin azlığı… Bir tərəfdən də dəvət aldığı bütün sınaqlar uğursuz nəticələnir, az qala təsdiq olunduğu rola belə sonda başqasını çəkirlər.
“Bu nə işdir belə, əgər belə istedadsız idimsə niyə Müxlis Cənizadə kimi ustad mənim gələcəyimin parlaq olacağını deyirdi, niyə Rahib Hüseynov məni instituta bərpa etdi? Yox əgər bacarıramsa niyə bacarıqsız kimi kənarda qalıram ? “- kimi suallar ona rahatlıq vermirdi. Ondan bacarıqda geridə olan uşaqlar çəkilirdilər filmlərə, teatrların qapısı üzlərinə açılırdı, amma Rasim üçün bütün qapılar birdən bağlanmışdı elə bil.
1972-ci ildə sarsıntı, əziyyət o həddə çatır ki, Rasim xəstəxanaya düşür. Həmin vaxt onun ikinci oğlu dünyaya gəlir. Rasim xəstəxanadan xəbər göndərir ki, adını Asim qoyun, ölsəm yalnız “R” hərfini adın əvvəlinə əlavə edərsiniz. Depressiya onu çox pis hala salmışdı. Belə xəstələr adətən həyatlarında yaxşılığa doğru əsaslı dönüş olarsa həyata qayıdırlar.
Bu o dövr idi ki, İsa Hüseynovla Həsən Seyidbəyli Nəsimi axtarırdılar. Bir gün Həsən Seyidbəylinin yadına Tədris Teatrında gördüyü oğlan düşür və tapşırır ki, ona ssenarini verin oxusun, sınağa gəlsin. Rasim ona xəstəxanada təqdim olunan ssenarini oxumadan qaytarır ki, mənim ömrümə az qalıb, sizi naümid etməyim. İkinci rejissor bu sözləri Həsən Seyidbəyliyə çatdırır. Rejissor həmin anda səhiyyə nazirinə zəng vurur. Bu xahişdən sonra Rasim yenidən müayinədən keçirilir və onu Mərdəkana əsəb sanatoriyasına göndərirlər. Orda müalicə ala-ala Rasim Nəsiminin məşqlərinə başlayır.
1973-cü ildə “Azərbaycanfilm”in Bədii Şurası Rasimin həyatı ilə bağlı çox önəmli bir qərar verir-onu Nəsimi roluna təsdiqləməklə həm də ölümün pəncəsindən qoparır. Rasim sevindiyindən uşaq kimi hönkür-hönkür ağlayır.
Nəsiminin dərisi soyulanda o, öz əlinə mismar pərçimləyirdi

Film Rasim üçün uğurlu başlanğıc oldu. Filmin ilk nümayişinin səhəri Rasim artıq bütün Sovetlər Birliyində məşhur idi - Rasim Balayev kimi.
Filmin rejissoru Həsən Seyidbəyli deyirmiş: “Hamı məni qınadı ki, elə bir obrazı gənc, təcrübəsiz aktyora həvalə etməklə iflas edərsən, riskə getmə. Getdim, amma inandım ki, bu risk deyil, bu gənc çox istedadlıdır, mənə onda öz istedad və bacarığına inam yaratmaq qalırdı ki, o, Nəsimiləşsin”.
Nabat müəllimənin ona əruzu gözəl öyrətməsi, qiraəti sevməsi də Rasimin köməyinə çatmışdı, hər məşqdən, çəkilişdən sonra Rasimin özünə inamı daha da artırdı, bütün vücudu ilə Nəsimi ola bilirdi. Buna görə də həmin il Beynəlxalq Kino Festivalının tapıntısı Rasim Balayev oldu. Elə Azərbaycan kinosunun da.
Bir dəfə Moskvada, kino festivalı vaxtı Rasim Balayev köşklərdə bir aktyorun şəkillərinin satıldığını görür. Şəkilləri Azərbaycandan gedən başqa sənətkarlar da görüb Rasimə deyirlər ki, öz şəklindən birini də özün al. Rasim elə bilir zarafat eləyirlər onunla, cavab verir ki, hə, mənə yaman oxşayır. Yaxınlaşıb köşkdən şəkli alır və baxır ki, arxasında Rasim Balayev və onun haqqında məlumat yazılıb. O vaxt aktyor hələ öz məşhurluğunun fərqində belə deyilmiş. Bəlkə heç sonralar da.
Ümumittifaq, beynəlxalq kino festivallarının iştirakçısı kimi Rasim Balayev az qala dünyanın yarısını gəzdi. Uşaqlıq kumiri Rac Kapurla bir səhnədə mükafat aldı.
Ən yaxşı kişi roluna görə nominasiyanın qalibi oldu. Ömür boyu bir aktyorun ala biləcəklərini Rasim Balayev yalnız Nəsimi roluna görə aldı.
O vaxt cəmi 25-26 yaşı vardı. 31 yaşında isə Babəki oynadı.
Ardıcıl 70 filmdə sanballı rollara çəkildi. Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Osetiyada, çeçenlərin ilk kinosunda, Özbəkistanda, Moskvada, Gürcüstanda.
Onu yalnız müsbət qəhrəman kimi sevmədik, həm də cəmiyyətdəki mənfi tipləri gözlərimiz qarşısında bütün çılpaqlığı ilə canlandırdı, məsələn elə “Həm ticarət, həm ziyarət” filmindəki obrazı ilə. İnanıram ki, o obraza tamaşaçı Babəki, Nəsimini, Beyrəyi sevdiyi qədər nifrət edirdi.
Daha rollarını sadalamayacağam, kinoşünas deyiləm, həm də o rolları hamımız görmüşük, məndən eşitməyiniz yenilik olmayacaq.
Rasim Balayev 34 yaşında artıq Azərbaycanın Xalq Artisti idi.
Çünki Nəsiminin dərisi soyulanda o əzabı simasında verə bilsin deyə ovcunun içində saxladığı mismarı var gücü ilə sıxıb ətinə pərçimləyəcək qədər sənətini sevirdi. Mismar onun ovcunu parçaladıqca Nəsimi dərisi soyularkən yaşadığı cismani əzabı yaşayır və bu, onda təbii alınır. Yaxud “Qatır Məmməd” filmində Göyüş onu vurarkən çəmənliyə yıxılır və çabalamaq istəyir ki, bu vaxta qədərki filmlərdə güllə dəyən kimi yıxılıb ölmək olmasın. Axı insan yerə yıxılır, çabalayır və canını tapşırır. Rasim özünü çəmənliyə çırpanda bilməyib ki, otların arasındakı çapıq daş onu necə yaralayacaqsa çabalamağa taqəti qalmayacaq ağrıdan.
Ömür boyu qəhrəmanları oynayıb, amma bu o demək deyil ki, biz ondan qəhrəmanlıq gözləyək, umaq. Bu barədə özü də deyib:
“Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam”.
Biz ondan umaq ki, nə qədər damarında qan, canında can var, gözəl obrazlar yaratsın və bunun üçün ona şərait yaradılsın. Yoxsa xalqın sevimli, xalqı öz arxasınca aparmağa qadir sənətkarını məqsədli şəkildə gözdən salmayaq. Kinonun daha bir peşəkar aktyorunu xatırladım – Həsən Məmmədovu. O, da belə bir tale yaşadı, çox sevildi, ömrünün sonlarında isə məhrumiyyətlər ucbatından hakim partiyaya sığınmalı oldu və bəziləri buna görə onu qınadı.
“Mən Qazandan dönmərəm, istər məni, iki parça et”-deyən Beyrək, “Mən sizinləyəm, insanlar” deyən sərkərdə Babək deyil Rasim Balayev, “ədalətli olmağa, hamıya kömək etməyə çalışan, yalana, ikiüzlülüyə, riyakarlığa və lovğalığa nifrət edən” bir sənətkardır sadəcə. Dostların əhatəsində pəsdən səslə oxumağı var, xüsusən onun ifasında “Arxadan zərbə” filmində zümzümə etdiyi mahnı çox gözəl alınır. Oğlunun toyunda isə məxsusi onun üçün yazılıb, bəstələnmiş mahnı ifa edib.
Gözəl qəzəl deməyini, Alim Qasımovla duetini bir neçə dəfə görmüşük.
Kiminsə siyasi oyununda piyada olacaq qədər sadəlövh deyil, amma sadə adamdır.
Xanımı Sevil deyir ki, Rasimdə məni hər şeydən çox ağır təbiəti, mərdliyi və yaratdığı fövqəladə rollar heyran edir.
Son illər çəkildiyi “Sübhün səfiri” filminin çəkilişlərində bir daha əmin oldum ki, Rasim Balayev çox peşəkar kino aktyordur. Elə bir aktyor ki, hələ 100 il bundan sonra da kino tariximizdə izi qalacaq.
Çəkilmədiyi rollar isə onu gözləyir, qabaqdadır hələ.
Bu gün onun həyatında daha bir qara zolaq keçir, lap 70-ci illərin əvvəlində olduğu kimi. Yenə Rasim Balayev depressiyadadır. Günlərlə evə qapanır, içki ilə əsəblərini sakitləşdirməyə çalışır. Dostları, heç Alim Qasımov belə Nəsimi qəzəllərindən zövq almaq üçün çağırdığı məclislərə onu apara bilmir.
İki dəfə yıxılıb, birində ayağı, ikincisində qolu qırılıb. Hərəsində bir-iki ay gipsdə və müalicələrdə olub. Ayağının baş barmağının ustufca yerə toxunmasından başına gəlməyən oyun qalmadı, barmaq kəsilməsinə qədər gəlib çıxdı, onu da şükür atlatdı. Şəkəri var. Bu yaxınlarda mədəsindəki daxili qanaxmadan hemoqlobini 30-a düşüb. Məlum olub ki, mədəsində xora əmələ gəlib.
Bütün bunların hamısı stress və əsəb gərginliyinin nəticəsidir.
“İttifaqdan istefa verməyimi çox ağır yaşadım. Heç nə ilə təsəlli tapa bilmirdim. Özümü artıq yararsız hiss edirdim. Bəlkə də səhhətimdə problemlər yaranmasaydı, o dərd məni öldürərdi, elə bil başım qarışdı səhhətimə, canımın hayına qaldım və zaman keçdi”.
Mən şəxsən Rasim Balayevi yalan, riyakar sifətdə görmədim. İstər zarafatla, istər ciddi-ciddi nə dedisə, düz dediyini gördüm.
Nə yazıq ki, qəribə bir şakərimiz var. Birinin üstündən dərhal xətt çəkməyə hazırıq- şəxsiyyətsiz, simasız damğası da vururuqheç ağlımıza da gəlmir ki, o xətt çəkdiyimiz qələmi əlimizin üstündən başqa əl tutur, çəkdirir bizə xətti öz bildiyi istiqamətdə.
Rasim Balayev bu gün aşağı düşmüş qanın, hemoqlobinin və mədə xorasının müalicəsi ilə məşğuldur. Hemoqlobini qaldırmaq üçün ürəyi istədiyi kimi qidalanmağa mədəsindəki yara imkan vermir, ona görə də iynə-dərmanla müalicə alır, antibiotiklərsə orqanizmi həm də zəif salır.
Bu tale və yaşam mücadiləsində sənətkarımızın arxasında, yanında olaq, ayağının altında başı aşağı vəziyyətdə quyu qazan halda yox. Ondan tezliklə sağalıb kinomuza qayıtmasından başqa heç nə tələb etməyək. Bu ona ən böyük köməyimiz olar.
Modern.az
Baxış sayı: 1 180
Bölməyə aid digər xəbərlər

30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"
19-01-2023, 19:51
İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib