14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Səfir: Bakı belaruslu idmançılar üçün uğurlu bir meydançadır
Tarix: 18-02-2019 01:40 | Bölmə: Müsahibə



Hər zaman deyirəm ki, Bakıda Milli Gimnastika Arenasına məmnuniyyətlə gəlirəm.
Bunu Trend-ə Belarusun Azərbaycandakı səfiri Gennadiy Axramoviç batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının başa çatmasından sonra deyib.
“Azərbaycan xüsusi idman bayramı ab-havasını yaratmağı bacarır. Belarus idmançılarının burada uğurlu çıxış etməsindən zövq alıram. Həmçinin o sevindirir ki, bu Minskdə keçiriləcək İkinci Avropa Oyunları ərəfəsində komandamızın hazırlığının göstəricilərindən birisidir. Hər zaman deyirəm ki, Bakı bir talismandır, Belarus idmançıları üçün uğurlu bir meydançadır”, - deyə diplomat bildirib.
Axramoviç deyib ki, iki ölkə arasında idman sahəsində münasibətlər uğurla inkişaf edir: “Hesab edirəm ki, xalqlarımız arasında bütün sahələrdə dostluq və əməkdaşlıq münasibətləri idman meydançalarına da ötürülür, və bu məni çox sevindirir. Belarus və Azərbaycan idmançıları hər iki ölkənin idman arenalarında keçirilən yarışlarda hər zaman iştirak edirlər”.
Səfir qeyd edib ki, belaruslu gimnastlarla görüşməyi və onlara yaxşı çıxışlarına görə minnətdarlığını bildirməyi planlaşdırır: “Həmçinin İkinci Avropa Oyunlarına hazırlıq zamanı bizimlə bölüşdükləri qiymətsiz təcrübəyə görə Azərbaycana böyük minnətdarlığımı bildirmək istəyirəm, bu çox dəyərlidir”.
Qeyd edək ki, Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda ümumilikdə 30 ölkədən 160-dan çox gimnast iştirak edib.
Azərbaycan təmsilçisi Mixail Malkin tamblinq yarışında gümüş medal qazanıb.
Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunub.
2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.
Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.



Baxış sayı: 798


Bölməyə aid digər xəbərlər