18:42 / 21-05-2026
Lukaşenko "İsgəndər-M"i bir vaxtlar arzusunda olduğu yaxşı maşın adlandırdı
18:38 / 21-05-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə müşahidə edilib
18:35 / 21-05-2026
Lavrov Tayland xarici işlər naziri ilə telefonda danışdı
18:33 / 21-05-2026
Hücum edənlər saxlanılıb
18:29 / 21-05-2026
Dəmir yolunda terror aktı törətməyi planlaşdırırdı
18:26 / 21-05-2026
Magyar Avropanın Rusiya qazını almağa niyə qayıdacağını izah etdi
18:19 / 21-05-2026
Fiko: "AB siyasətçiləri onu Rusiyaya səfərlərinə görə tənqid edirlər, amma gizlicə bu barədə soruşurlar"
18:15 / 21-05-2026
Litvanın müvəqqəti işlər vəkili Belarus Xarici İşlər Nazirliyinə çağırılıb
18:07 / 21-05-2026
Uşaqlarına işgəncə verdiyinə görə 4 il müddətinə azadlıqdan məhrum edilib
18:04 / 21-05-2026
Putin və Lukaşenko nüvə qüvvələri təlimi zamanı video zəng etdilər
17:54 / 21-05-2026
Cəsədi kütləvi məzarlıqda tapılıb
17:51 / 21-05-2026
12 İllik temperatur rekordunu təkrarladı
17:48 / 21-05-2026
Bir vəkil böyük miqyaslı fırıldaqçılıqda şübhəli bilinir
17:37 / 21-05-2026
İlon Mask dünyanın ilk trilyoneri ola bilər
17:33 / 21-05-2026
3 yaşlı qızı vurması ilə bağlı cinayət işi açılıb
17:30 / 21-05-2026
Ukraynaya hava hücumundan sonra Polşaya kütləvi şəkildə təcili yardım təyyarələri göndərilir
17:27 / 21-05-2026
Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək
17:21 / 21-05-2026
Rusiya, NATO-nun Rusiya sərhədləri yaxınlığındakı fəaliyyətinin Soyuq Müharibə səviyyəsinə çatdığını bildirdi
22:43 / 20-05-2026
Rusiya Kuboku Superfinalının ən gənc hakimi olacaq
22:38 / 20-05-2026
Ermənistandan gül idxalını məhdudlaşdırır
22:34 / 20-05-2026
Lavrov Ukrayna və Tayvandakı vəziyyətləri müqayisə etdi
22:31 / 20-05-2026
Tramp üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürə biləcəyini etiraf etdi
22:28 / 20-05-2026
Keçmiş sevgilisini qaçırmağa cəhd etdiyinə görə həbs edilib
22:25 / 20-05-2026
Rubio bildirib ki, Kuba rəhbərliyinin günahı üzündən çətin vəziyyətdədir
20:18 / 20-05-2026
Polis əməkdaşını bıçaqlayan şəxs həbs edilib
20:14 / 20-05-2026
Müğənni Kayli Minouqa iki dəfə xərçəng diaqnozu qoyulub
20:09 / 20-05-2026
İrlandiya iddia edir ki, Avropa Rusiyadan yanacaq istəyir
20:07 / 20-05-2026
Polşa Ukraynadakı münaqişənin gərginləşməsini sərt reaksiya ilə hədələyir
20:04 / 20-05-2026
Putin və Si Cinpinin qeyri-rəsmi danışıqları bir saat yarım davam etdi
20:01 / 20-05-2026
NATO Baş Katibi Ukraynanın Amerika silah təchizatı olmadan yaşaya bilməyəcəyinə inanır
19:58 / 20-05-2026
Bir kişi gizli şəkildə bir qadını çəkdiyinə görə 15 gün həbs edilib
19:55 / 20-05-2026
Şoyqu Zelenskinin səfəri ilə bağlı Yerevanın erməni yaddaşını lağa qoyduğunu qeyd edib
19:50 / 20-05-2026
Beş turistin ölümündən sonra iki kişi saxlanılıb
19:47 / 20-05-2026
Şoyqu Rusiya ilə əməkdaşlığı Ermənistanın iqtisadi artımının əsas hərəkətverici qüvvəsi adlandırdı
19:35 / 20-05-2026
ABŞ 40 ildən sonra ilk dəfə Tayvan lideri ilə danışmağa hazırdır
19:33 / 20-05-2026
Eramızın I-II əsrlərinə aid qədim qılınc aşkar edilib
19:29 / 20-05-2026
Putin Çinə səfərini başa vurdu
Murad Dadaşov: Onun savadı kifayət qədər deyil ki, məni tənqid etsin
Tarix: 21-12-2017 11:20 | Bölmə: Müsahibə

O, Azərbaycan şou-biznesinin ən məşhur simalarından biridir, o, bu meydanda olan kanonların yaradıcı və istiqamətvericilərindən biridir, ölkəmizdə baş tutan ən nüfuzlu layihələrdə adı öndədir. Amma o karyerası boyu məmurlaşmadı, media və sadə tamaşaçısından uzaqlaşmadı. Elə buna görə onu hər kəs sevir. O, bizim sevimli dostumuz, şən və hazırcavab oğlan Murad Dadaşovdur.
Bu gün ömrünün 39-cu baharını salamlayan əməkdar artist Murad Dadaşovun müsahibəsini təqdim edirik.
- Xoş gördük Murad bəy. Çox şadıq sizi görməyə.
- Mən də şadam, ürəkdən sevinirəm ki, nəhayət gəlib çıxdınız.
- Sizdə hər zaman yumor hissi belə yüksək olur?
- Yox, gecə rahat yatanda onda narahat oluram, amma gecə ki narahat yatdım, səhər bütün günü deyib gülürəm (gülür). Belə birtəhər xasiyyət var məndə. Gecələr çox pis yatıram, çox az yatıram və bu yaxınlarda həmişə axtardığım bir sualın cavabını tapmışam. Bu günlərdə bir şəxs mənə dedi ki, bəs sən bilmirsən ki, pis yatan, yuxusunu almayan insan həmişə kökəlir. Dedim şükür İlahi, mən nəhayət ki, bunun səbəbini tapdım. Demək səbəb yemək deyilmiş, düzgün qida deyilmiş, sən demə gecə normal yatmamaqdır. Bu, çox pis, böyük bir problemdir mənim üçün, amma mən artıq öyrəşirəm. Çox düşünürəm, fikirləşirəm.
- Çox düşünən, çox işləyən, intellektual səviyyəli, yumor hissi güclü olan insanlar, eyni zamanda ziddiyyətli insanlar olurlar. Bununla razılaşırsınız?
- Razıyam, bəli. Bir gün ərzində əhval-ruhiyəm bəlkə də on dəfə dəyişir. Məsələn, planlar qurulur, köməkçim deyir ki, axşama bu plan var, hazırlaşırıq və son anda deyirəm ki, əhval-ruhiyəm yoxdur, ora gedə bilməyəcəyəm və qəflətən hər şey dəyişir. Bir az çətindir, amma öyrəşəndən sonra normaldır. Hesab edirəm ki, həyatda rahat insanam. Özün nə qədər ziddiyyətli olsam da, bu, qarşı tərəfə elə də təsir etmir. Yəni, insandan, tərəfdaşdan heç vaxt fövqəladə bir şey istəmərəm və kiməsə nəyisə xahiş edirəmsə, kimləsə nəyisə danışıramsa, onun gücünü bilirəm, bilirəm bu adam nəyə qadirdir və gücündən artığını da istəmərəm heç vaxt.
- Nə qədər iddialı insansınız?
- Kifayət qədər iddialıyam, yəni sağlam düşüncə tərzi çərçivəsində iddialıyam. İddialı olmasaydım, bəlkə də mənim kimi bir insan batardı. İnsan iddialı olmasa, özünü sübut edə bilməz. Hər şeyin əlasını, mükəmməlliyi sevirəm. Yəni, bir iş sona qədər yüksək səviyyədə həyata keçməlidir, o deyirlər e, yarım hamilə insan, yarım hamilə olmur axı.
- Murad Dadaşov formulu həyatda öz gücünə, bacarığına yüksək nailiyyətlər əldə etmək mümkün olduğu nümunəsini təqdim edib.
- Vallah, billah mən də istəyərdim. Bu yaxınlarda elə bu haqda danışırdım. Deyirəm ki, vallah mən də istəyərdim ki, müəyyən şeylərdə adam rahat olsun. Həyatda çox çətinliklərlə qarşılaşmışam, müəyyən məqamlar çox çətinliklə əldə olunur. Misal üçün, çox adam xaricdə olarkən, əyləncə məkanlarına, kazinoya gedir. Mən heç vaxt kazinoda oynamamışam və oynamaq fikrində də deyiləm. Ona görə ki, heç vaxt uşaqlıqdan boş pulum olmayıb. Həmişə nə qazanmışamsa, onun mütləq şəkildə xərci olub.
- Hər şeyə hesabınız olub.
- Bəli, hərdən öz övladlarıma baxıram, böyük oğlumun bu yaxınlarda 16 yaşı oldu, məsəl üçün anası, həyat yoldaşım deyir ki, yox olmaz filan yerə getməsin, mən deyirəm yox qoy getsin, qoy hər şeyi duysun, hər şeyi hiss eləsin, ona görə ki, müəyyən məsələlərdə mən o yeniyetməliyimi yaşamamşam. Gənc yaşlarımdan belə çalışırdım. Ona görə ki, iddialıydım. Atam mənə dedi ki, bilirsən nə var, sənə mənim verəcəyim bir avtomobil var, hər ikinizə - sənə və qardaşına Jiquli-06, gücüm buna çatır bala. Bir də bir mənzilimiz var, Allah qoysa böyüyərsiniz, evlənərsiniz, necəsə paylaşdıraram. Mən o anda belə minnətdarlığımı bildirdim və dedim çox sağol, olarmı mən gedim, yəni özüm nəsə eləsəm xətrinizə dəyməz ki sizin? Ailəmizin içində şükür Allaha, həmişə münasibətlər belə sivil və kifayət qədər açıq olub. Atam incəsənət adamı deyil, anam piano müəlliməsidi, amma bizi sərbəst buraxmayıblar. Çox sərt, çox nəzarətli, heç bir kənar yerlərə getməzdik, həmişə nəzarət vardı ailəmizdə. İndi təəccüblənirəm, 16 yaşımda mən KVN-nin ulduzlarından biri idim. Oğlum indi mənə desə ki, mən KVN-ə qoşulmuşam gedirəm xarici ölkəyə, mən qadağa qoyaram ki, hara gedirsən, kimlə gedirsən? Hələ dövr dəyişib e. Məni o vaxt atam sərbəst buraxıb, təəccüblənirəm indi onun haqqında. Çünki, kifayət qədər sərt bir insan məni tək buraxdı, dedi get. Bir müddət ailə vəziyyətimizdə kifayət qədər maddi çətinliyimiz var idi, demirəm ki biz çox yoxsul bir vəziyyətdə idik, yox, atam uzun illər yüksək vəzifələrdəydi, bir anda işi zəiflədi, biz çox çətinliklə yaşayırdıq. O anda belə məni məcbur etmədi get işlə, ailəni dolandırmaq lazımdır. O dedi ki, bu, yaxşı yoldur, baxmayaraq ki, mən yenə deyirəm, atam kənar idi bütün bunlardan, amma o, başa düşdü ki bu, mənim yolumdur və bu yolda kifayət qədər uğur qazana bilərəm. Və mən bu yolla gedərək gəlib müəyyən zirvələrə çıxdım. Yəni, mən həmişə hesab edirəm ki, uşaqların böyüdüyü mühit çox vacibdir, onu heç vaxt qaytarmaq mümkün olmayacaq və o anda zamanı düzgün dəyərləndirmək lazımdır. Həmçinin, çalışmaq lazımdır ki o mühiti şəffaf, sağlam saxlayasan.
- Çətin dönəmlər yaşadığınız vaxt siz instituta qəbul oldunuz. Həmin fakultəni özünüz secdiniz?
- Mən qəbul olduğum vaxt test imtahanları yeni keçirilirdi. İxtisasları qeyd edirdim, mən də hazırlaşırdım İqtisad Universtitetinə. Birdən atam gəldi dedi ki, bilirsən nə var, ixtisaslar sırasında ekologiya var, bu, çox perspektivli bir sahə olacaq. Atam çox düşüncəli insandır, çox maraqlı fikirləri olur həmişə. Dedim ekologiya nədir, mən gedib bağbanlıq edəcəyəm? Dedi yox, sənin başın çıxmır oğlum, sən yaz onu, dedim ata mən yazmıram, dedi səndən nə gedir, yaz da. Mən İqtisad Universtitetinin fakultələrini və sonda isə Bakı Dövlət Universtitetinin ekologiya fakultəsini yazdım. Təsadüfən də düşdüm bu fakultəyə, sən demə bu heç ekologiya fakultəsi də deyilmiş, coğrafiya fakultəsi imiş. Coğrafiya fakultəsinin ekologiya kafedrası var idi. Mən də incəsənət adamı, hamı məni tanıyır, dostlarım hamısı hüquq fakultəsi, şərqşünaslıq, tarix, mən də gəlib düşmüşəm coğrafiya fakultəsinə. Korpuslarımız ayrı-ayrı idi, hər dəfə qaçıb gəlirdim dostlarımın yanına. Bir ili elə oxudum, başa düşdüm ki, bu sahədə irəliləyə bilmərəm və keçdim mənə həmişə yaxın olan psixologiya fakultəsinə. Fikirləşirdim ki, orada yazı-pozu işi az olacaq, nə bilim hesablamalar-filan olmayacaq, orada yalnız danışıqdı, danışığın da atasıyam mən. Keçid imtahanlarını verdim, gəldim düşdüm ora, bəxtimdən keçdiyim qrupda 25 qız var idi, bir dənə də oğlan mən. O vaxtdan belə, həmişə iddialı olmuşam. Sadə, kök, balaca oğlan idim, bir yerə gələndə, gözəl insanları görəndə həmişə valeh olurdum onlara, yəni həyatda hər zaman gözəllik axtaranam. Hətta bizim ofisdə də həmişə işcilərimizi seçəndə, dəvət edəndə çalışmışıq gözəl insan olsun, yəni xarici gözəlliyi bir kənara, daxili gözəlliyi varsa, dərhal biruzə verir. Bir dənə eybəcər ola bilər, o da mən. Hər zaman çalışmışam ki, maraqlı olum, ola bilsin ki, məktəbdə kifayət qədər utancaq bir insan idim, amma həyat elə gətirdi ki, KVN məktəbi keçdim. Dayanmadan üzərimdə işlədim, müəyyən layihələr və o məqam yetişdi ki, çox məsuliyyətli layihələr mənə həvalə olundu. Bakı Olimpiya Stadionu auditoriyası qarşısına çıxdım. İslam Oyunları və Avropa Oyunlarının açılışlarında, Baku Kristal Hall-un səhnəsinə çıxan ilk aparıcı mən idim.
- Bildiyimizə görə bu yaxında yeni layihəyə start verəcəksiniz.
- “Davam ya tamam” bu gün Azərbaycanda yeganə lisenziyalı layihədir, dünya şöhrətli ENDEMOL SHİNE şirkəti var, o qədər böyük bir şirkətdi ki, düşünün ki, büdcəsi bizim ölkənin büdcəsi qədər, bəlkə də biraz çox. Çox mühüm bir televiziya şirkətidir, yəni televiziya məhsulu buraxırlar, bir prodakşın olaraq dünyanın bütün kanallarında işləyirlər. "Survivor"lar, digərləri hamısı ENDEMOL-a aid olan layihələrdir. Biz bu şirkətin layihəsini həyata keçirdik, hətta regionda nümayəndəliyini əldə edəcəyik. Yaxın müddətdə mən sizi sevindirəcəyəm, elə bununla bağlı səfərlərim olacaq.
- “Survivor” kimi layihə təqdim etmək istəyərsinizmi?
- Mən istəyərəm, sadəcə bizdə televiziyaya ayrılacaq pullar o dərəcədə deyil. Bizim televiziyamızı dünya televiziyasından fərqləndirən bir və ən vacib cəhət var. Azərbaycanda televiziya kanalları, televiziya məhsullarını prodakşınlardan puldan almırlar. Əksər hallarda prodakşınlar özləri pul verirlər. Bu, istənilən dünya istehsalçısıyla dialoqumuzun sonu deməkdir.
- “Maşın” realiti şou ən çox müzakirə olunan layihələrdəndir. Zaman-zaman həm iştirakçılar, həm digər şəxslər tərəfindən müəyyən tənqidi fikirlər səslənir. Murad Dadaçovsa heç vaxt tənqidlərə sərt reaksiya vermir.
- Bu yaxınlarda anamın səhhəti ilə bağlı problemlər yarandı, mən cərrahla danışıb ona nə isə izah etməyə çalışanda bir anda başa düşdüm ki, düzgün etmirəm. Mən iş sahibi olan adamam, savadlı insana tam mənim üçün qaranlıq olan bir mövzuda nə bilim dərs demək istəyirəm, istiqamət vermək istəyirəm, bu adam öz işinin peşəkarı olduğu üçün burdadır. Ona görə tənqidə cavab vermirəm, mən həyatda kimlərdənsə çox özümə qarşı tənqidi yanaşıram.
- İş varsa, tənqid də var.
- Əlbəttə, amma tənqidi də hər adamdan qəbul etmirəm. Ona görə ki, hesab etmirəm ki, bu insanın savadı bu sahədə kifayətdir ki, oturub məni tənqid etsin. İkincisi, bizim şou-biznes adamlarını tanıyırsınız, kim razılaşar ki, onu aldatsınlar, düşünün ki, maşının əhəmiyyəti qalır bir kənara, bunların status mübarizəsi başlayır. Onlar razılaşarlarmı ki, Murad Dadaşov özü idarə etsin, atsın kimisə çölə və bunu bilə-bilə 15 sürət gəlib dalbadal iştirak etsinlər bu şouda. Hər bir yalanın 40 gün ömrü var. Yəni, yalan varsa, geci-tezi açılacaq. Mənim özümü çağırsalar maşın şouya, bilmirəm özümü necə aparardım orada, bacarardımmı? Ola bilsin ki, mən bacarmazdım, bəlkə də yox, axıra kimi çıxardım. Amma yenə də deyirəm, iştirakçılar müxtəlif sözlər deyə, müxtəlif fikirlər söyləyə bilərlər, amma hər dəfə maşın şou başlayanda, elanı gedəndə mənim telefonumda hamısının xahiş mesajları var ki, məni də götürün, mən də bu dəfə iştirak edim. Bu varsa, hamı da bilir ki, maşın realiti şousuna düşmək nə pulla, nə tapşırıqla mümkün deyil. Özüm şəxsən hamını bir-bir dəvət edirəm, açıq sizə deyim, burada ödənişli sistem edə bilərdim, rəsmi və ya qeyri-rəsmi, inanın mənə ki, hər kəs çıxarıb ürəyim istədiyi pulu verərdi, mən bunu etmədim. İndiyə kimi tamaşaçı yerlərini pulla satmamışam, ora hamı dəvətnamə alıb gəlir. Bu pulla satılan bir şeylər deyil və kimsə gəlib deyəndə ki, orada ədalətsiz oyun gedir bu, ya o qapıdan keçməyib və ya orada özünü düzgün aparmayıb, qapının istiqamətində də yola salıblar onu. Digər tərəfdən, vacib bir məsələ də var. Hərdən deyirlər ki, fikir verin də, filan şeyləri yığışdırın, mənim öz tərbiyəm var, öz ailəm, övladlarım bu verilişə baxa bilər. Mən KVN məktəbini keçmişəm, dahi Heydər Əliyevin qarşısında çıxış etmişəm. Orada olan elə məqamlar var ki, efirə versək, mən Azərbaycanın bir nömrəli, ən maraqlı, ən gözlənilməz televiziya siması olacağam. Onu edə bilmərəm. Demirəm orada tərbiyəsiz nələrsə olur. Sadəcə, hər kəs əsəbi halında nalayiq kəlmə işlədə bilər. Daxili tərbiyəm imkan verməz bunu etməyə. Dava olanda onları sakitləşdirməyə çalışıram ki, bu qalmaqal oyunu deyil, strateji oyundur, ağıl oyunudur, intellektual oyundur.
Baxış sayı: 1 916
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev