00:12 / 22-12-2025
Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi - Video
00:04 / 22-12-2025
Sabahdan Amnistiya aktının icrası başlanılır
23:59 / 21-12-2025
Misir klinikasında saxlanılan Çelyabinskdən olan turist Yekaterinburqa gəlib
23:53 / 21-12-2025
“Qardaşlığımız əbədidir” sərgisi: İki qardaş ölkənin mədəniyyətinə sənətkar baxışı
23:36 / 21-12-2025
Almaniya kansleri Merz Maqdeburq terror aktının baş verdiyi yerə səfəri zamanı fitə basılıb
23:24 / 21-12-2025
Zelenski Bir neçə Regional Administrasiya rəhbərinin işdən çıxarıldığını elan etdi
22:12 / 21-12-2025
Belarus ilin sonuna qədər bir dəstə "Su-30SM2" təyyarəsi almağı planlaşdırır
22:08 / 21-12-2025
Avtomobil yanıb
20:49 / 21-12-2025
Tokayev: "AİB-ə qarşılıqlı birbaşa investisiyalar 20 milyard dolları keçib"
20:45 / 21-12-2025
Yeniyetmələr 13 yaşlı xəstəyə hücum ediblər
20:40 / 21-12-2025
Putin: "AİB üzvlüyü üzvlərinə əhəmiyyətli dividendlər gətirir"
20:32 / 21-12-2025
Peskov: "Rusiya və ABŞ arasındakı münasibətlər Ukraynadakı nizamlama ilə əlaqələndirilməməlidir"
20:29 / 21-12-2025
Eysmont: "Lukaşenko Putinə hədiyyə olaraq rəsm gətirib"
20:26 / 21-12-2025
Paşinyan Ermənistana yük tranzitinin qarşısını aldığına görə İlham Əliyevə təşəkkür etdi
20:18 / 21-12-2025
Göldən 780 boğulan qoyun çıxarılıb
19:44 / 21-12-2025
Dmitriyev Vitkoff və Kuşner ilə danışıqların ikinci gününə başladı
19:36 / 21-12-2025
"Bloomberg": ABŞ Venesuela sahillərində daha bir neft tankerini ələ keçirib
19:29 / 21-12-2025
Mənzil binasında baş verən yanğında qadın cəsədi tapılıb
19:23 / 21-12-2025
Keçmiş Almaniya naziri mövcud Ukrayna hakimiyyəti ilə sülhün əldə edilə biləcəyinə inanmır
19:19 / 21-12-2025
Polis heyvan ölümlərindən sonra sığınacağı araşdıracaq
19:14 / 21-12-2025
Fiqurlu konkisürən ona zəng edən jurnalisti təhqir edib
19:11 / 21-12-2025
Sərxoş sürücü qızı vurub öldürüb
19:06 / 21-12-2025
Floridada Rusiya-Amerika məsləhətləşmələri davam edir
12:57 / 21-12-2025
Namiq MƏMMƏDLİ Prezidentin təsis etdiyi yubiley medalı ilə təltif edildi-CƏNAB PREZİDENTƏ TƏŞƏKKÜR EDİRƏM!
23:38 / 20-12-2025
"Berliner Zeitung": Merz Rusiya aktivləri ilə bağlı fikirlərinə görə AB Zirvəsində təcrid olunub
22:57 / 20-12-2025
Bir turist qırmızı kürü oğurlayaraq iki dəfə mağazanı qarət edib
22:51 / 20-12-2025
Dmitriyev, Moskvaya ilk səfərindən əvvəl Uitkoff üçün şərt qoyulması ilə bağlı WSJ məqaləsini təkzib etdi
22:48 / 20-12-2025
Boqdanov: "Jurnalistlər və polis Rusiya ilə ABŞ arasında ehtimal olunan görüş yerində toplaşıblar"
22:43 / 20-12-2025
Dmitriyev Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün Mayamiyə gəlib
22:41 / 20-12-2025
Ekvatorial Qvineya Rusiya ilə əməkdaşlığa yüksək qiymət verir
22:38 / 20-12-2025
ERR: Estoniya məhkəməsi Kallasdan sosial media yalanlarına görə üzr istəməsini tələb edib
22:34 / 20-12-2025
Orban Kallası Hitler və Napoleonla müqayisə etdi
22:30 / 20-12-2025
112:Naməlum obyektin partlaması nəticəsində yeniyetmə həlak olub
19:36 / 20-12-2025
FSBR prezidenti Mamiaşvili Mamedovun Bolqarıstan milli komandasına keçidi ilə bağlı şərh verdi
19:33 / 20-12-2025
Səfir Nofal: "Tramp Fələstin dövlətinin qurulması mümkünlüyünü xatırladır"
19:27 / 20-12-2025
"Welt": Avropa Kiyevin Rusiya ilə münaqişədə uduzacağını etiraf etməlidir
19:25 / 20-12-2025
Lula da Silva: "Venesuelaya müdaxilə humanitar fəlakət olardı"
19:22 / 20-12-2025
Partlayıcı qurğunun üzərinə ayaq basan qadın ölüb
Nəcməddin Sadıkov: “Ermənistana fürsət verilib ki, düşünsün” - MÜSAHİBƏ
Tarix: 18-01-2019 14:05 | Bölmə: Müsahibə

Baş Qərargah rəisi: “Müxalifətçilər belə ordumuzun böyük nəticələr qazandığını etiraf edir”
“Düşmənin vacib kommunikasiya marşrutlarına nəzarət imkanı verən strateji yüksəklikləri azad etdik”
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov “Milli Məclis” jurnalının suallarını cavablandırıb. Modern.az saytı həmin müsahibəni təqdim edir.
- Cari ildə 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır. Ötən dövr ərzində həyata keçirilən səmərəli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən yaxşı təchiz edilmiş və döyüş qabiliyyətli ilk 50 ordusu sırasına daxil olub. Ordu quruculuğu sahəsində görülən işlər və əldə edilən nəticələr haqqında nə söyləmək olar?
- Beş il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordunun əsaslı şəkildə yenilənməsi kursunu tutmaqla müdrik qərar qəbul etdi. Ölkə başçımız bu çətin vəzifəni yüksək hazırlıqlı, bilikli və tələbkar rəhbər olan general-polkovnik Zakir Həsənova tapşırdı. Respublikada bu gün hər kəs, hətta skeptik köklənmiş müxalifətçilər belə ordumuzun qısa müddət ərzində böyük nəticələr qazandığını etiraf edir. Bütün birləşmə və hərbi hissələrin döyüş hazırlığı və döyüş qabiliyyəti ən yüksək səviyyəyə qaldırılıb. Birləşmə, hərbi hissə və əlahiddə bölmələrin dislokasiya yerlərinin infrastrukturu inşa edilib və ya 80 faiz yenilənib. Şəxsi heyətin məişət şəraiti, qidalanması, geyim forması ilə təmin edilməsi və digər bütün təminat növləri ilə bağlı problemlər tam həcmdə həllini tapıb.
Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Dövlətin diqqət və qayğısı sayəsində son illər 1400-dək hərbi qulluqçu Bakı, Gəncə və Naxçıvan şəhərlərində daimi mənzillə təmin edilib, ölkənin digər bölgələrində isə 2000-dək hərbi qulluqçuya xidməti mənzillər verilib. Bu istiqamətdə işlər bu gün də davam etdirilir. Ali Baş Komandanın tapşırığına əsasən yaxın vaxtlarda 500-dək hərbi qulluqçunun daimi mənzillə təmin edilməsi nəzərdə tutulub.
Ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadi islahatlar Azərbaycanda bütün sahələrin inkişafına güclü təkan verdi və hərbi xərcləri ciddi şəkildə artıran Prezidentimiz dərhal ordunun ən müasir silah və texnika nümunələri ilə təchizatına istiqamət götürdü. Bu istiqamətdə artım gələn ildə də gözlənilir. 2019-cu ildə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsinə 3 milyard 37 milyon manatın ayrılması nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 4,6 faiz çoxdur.
Hərbi qulluqçuların sırf döyüş hazırlığı ilə məşğul olmaları üçün dövlət tərəfindən bütün lazımi şərait yaradılır. Ordumuzun müasir silah və hərbi texnika ilə təchiz edilməsi, həmçinin onun yüksək döyüş ruhu bu gün təcavüzkar erməni işğalçıları üzərində böyük üstünlüyə nail olduğumuzu deməyə imkan verir.
Ölkədə vətənpərvərlik görünməmiş həddədir. Biz ona nail olduq ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı hərbi xidmətdən keçir, o cümlədən qadınlar həvəslə hərbi xidmətə qoşulurlar, orduda müddətdən artıq həqiqi hərbi xidmət edən vətəndaşların sayı isə 21 min nəfərə çatıb.

Bu il Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi, habelə Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibəti ilə keçirilən paradlar ordumuzun bütün gücünü və qüdrətini bir daha nümayiş etdirdi. Həmin paradlarda tərəfimizdən 240 ədəddən artıq hərbi texnika, gəmi, 70-dən çox uçuş vasitəsi, ən müasir zirehli texnika, ən yeni raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər və pilotsuz uçuş aparatları nümayiş etdirildi.
Silahlı Qüvvələrimizin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində ölkəmizin iqtisadi inkişaf tempi böyük rol oynadı. Dinamik iqtisadi inkişafla yanaşı, güclü ordunun yaradılması müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir.
- Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərib. Aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək gücündə olduğunu nümayiş etdirdi. Bununla bağlı nə deyə bilərsiniz?
- 2016-cı ilin aprelində bütün bu deyilənlər sözdə deyil, döyüşdə nümayiş etdirildi. Aprel əks-həmlə əməliyyatı Silahlı Qüvvələrdə keçirilən islahatların nə qədər uğurlu olduğunu növbəti dəfə sübut etdi. Bu əməliyyatda ordumuzun əsas məqsədi qoşunların təmas xəttinin bilavasitə yaxınlığında yerləşən, Azərbaycanın yaşayış məntəqələrini məqsədyönlü şəkildə atəşə tutan erməni silahlı birləşmələrinin atəş mövqeləri və nöqtələrinin məhv edilməsi idi. Biz dinc əhalinin təhlükəsizliyinin təmin edilməsinə çalışırdıq və bu məqsədə nail olduq. Dinc əhalini atəşə tutan düşmən nəinki məhv edildi, hətta üstünlük təşkil edən yüksəklik və mövqelərdən də çıxarıldı. Qoşunların genişmiqyaslı iştirakı olmadan belə biz işğal edilmiş 2000 hektardan çox ərazini azad etdik, eyni zamanda, Ağdərə-Madagiz və Horadiz-Cəbrayıl istiqamətlərindəki ərazinin böyük bir hissəsini və yolları əməliyyat nəzarətinə götürdük.
Aprel döyüşləri zamanı Silahlı Qüvvələrimizin rəşadətinə ən yüksək qiyməti ölkə Prezidenti cənab İlham Əliyev verdi. Onun “Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi” deyərək səsləndirdiyi fikirlər sizin sualınıza tam cavab verir.
Təəssüflər olsun ki, Ermənistan rəhbərliyi növbəti dəfə idrakın səsinə qulaq asmadı, münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ona verilmiş fürsətdən istifadə etmədi və danışıqlarda yenidən qarşıdurma yolunu seçdi.
2018-ci ildə rəşadətli ordumuz ermənilər tərəfindən zəbt olunmuş 11 min hektar Naxçıvan torpağını azad edərək bir daha qəhrəmanlıq və şücaət göstərdi. Böyük həcmdə mühəndis və kəşfiyyat işi aparıldı. Naxçıvan əməliyyatı yüksək ustalıq və peşəkarlıqla həyata keçirildi. Biz düşmənin vacib kommunikasiya marşrutlarına nəzarət imkanı verən strateji yüksəklikləri azad etdik. Bu əməliyyat bir daha sübut etdi ki, Azərbaycan Ordusu güclüdür və onun qarşısında qoyulan istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır.
Bu gün Ermənistanın daxilində yaranmış çətin siyasi vəziyyəti nəzərə alaraq Prezidentimiz Ermənistan Respublikası hökumətinin yeni başçısına fürsət verir ki, düşünsün və Azərbaycanın zəbt edilmiş torpaqlarını sülh yolu ilə azad etsin. Ermənistanda hər kəs anlamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın istənilən əmrini yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə hazırdır və işğal edilmiş əraziləri azad etməyə qadirdir. Ermənistanda elə zənn etməsinlər ki, vaxtı uzatmaqla danışıqlardakı status-kvonu qoruyub saxlaya biləcəklər.
- Azərbaycan güclü müdafiə sənayesi yaradıb. Bu gün ölkəmiz müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi dünyada tanınır. İstehsal edilən rəqabətə davamlı məhsullar Silahlı Qüvvələrimizlə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Uzaqgörən və hörmətli Prezidentimizin qayğısı ilə müdafiə təyinatlı hərbi sənayenin ən müasir infrastrukturu yaradılır. Biz hərbi təyinatlı məhsulların tamamilə xaricdən alınmasından asılı ola bilmərik. Qısa müddət ərzində respublikamızda hərbi texnikanın, silahların, döyüş sursatlarının, hərbi-texniki əmlakın və təchizatın, yüksək keyfiyyətli əşya və ərzağın ən müasir nümunələrinin istehsalı həyata keçirilir. Azərbaycanda 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda ordumuzun təchiz olunduğu 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal edilir. Eyni zamanda, biz hərbi təyinatlı məhsulları Yaxın Şərq, Cənubi-Şərqi Asiya, Afrika və Avropanın 10-dan çox ölkəsinə ixrac edirik. İxrac olunan məhsulların həcmi ildən-ilə artır.
Bununla yanaşı, Azərbaycanda güclü zirehli maşınlar da istehsal olunur. Bu zirehli maşınlardan şəxsi heyət üçün nəqliyyat vasitəsi, səyyar komanda məntəqəsi, gözətçi avtomobillər və s. kimi istifadə edilir.
Bizim zərbə və döyüş-kəşfiyyat pilotsuz uçuş aparatları dünyada geniş şöhrət qazanıb. Yeni nəsil “Zərbə” pilotsuz uçuş aparatı özünün ən yüksək texnoloji səviyyəsi və imkanları ilə böyük heyranlıq doğurur.
Mən başqa ölkələrdə rəsmi səfərlərdə oluram. Orada qoşunları və hərbi zavodları ziyarət edərkən müdafiə təyinatlı məhsullarımızın xarici analoqlarından nəinki geri qalmadığının, hətta onları üstələdiyinin şahidi oluram. Təsadüfi deyil ki, Cənubi Koreya, İraq, Afrika ölkələri də Azərbaycandan silah alıcıları sırasındadırlar. Bu, bir daha onu göstərir ki, Azərbaycanın istehsal etdiyi hərbi məhsullar dünyanın ən yüksək standartlarına cavab verir.
2014-cü ildən Azərbaycanda “ADEX” Beynəlxalq müdafiə sərgisi keçirilir. Regionda təşkil olunan böyük, genişmiqyaslı bu tədbir Azərbaycanın müdafiə sənayesi kompleksinin, müasir silah və avadanlığın gücünü, qüdrətini nümayiş etdirmək üçün geniş imkanlar açır.
“ADEX” dünya bazarlarına ixrac üçün təklif edilən hərbi-sənaye kompleksinin müxtəlif sahələri üzrə hərbi texnikanın ən yeni nümunələri, müasir müdafiə texnologiyaları ilə tanış olmaq imkanı yaradır. Artıq bu sərgi silahların ən son nümunələrinin nümayişi və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində sazişlərin imzalanması üçün gözəl platformaya çevrilib. Son “ADEX-2018” sərgisi cari ilin sentyabr ayında Bakıda keçirilmiş və xeyli sayda xarici ölkələrdən olan müdafiə sənayesi şirkətləri və müəssisələrini cəlb etmişdir.
- Respublikamız bir çox ölkələrlə hərbi-texniki sahədə əməkdaşlığı uğurla davam etdirir. Bu əməkdaşlığın əhəmiyyəti nədən ibarətdir?
- Regionun xüsusiyyətləri, siyasi durum və cəbhəboyu zonadakı vəziyyət nəzərə alınmaqla, həmçinin düşmən üzərində daim hərbi üstünlüyü saxlamaq məqsədi ilə Azərbaycan Ordusunun silahlanmasına inkişaf etmiş müxtəlif ölkələrdə istehsal olunan yeni, müasir və keyfiyyətli döyüş texnikası, eləcə də digər hərbi təyinatlı məhsullar daxil edilir.
Prezidentimizin qərarı ilə Azərbaycan bu gün Rusiya, Belarus, Ukrayna, Çin kimi ənənəvi tərəfdaşları ilə yanaşı, NATO-ya üzv ölkələr - Türkiyə, İspaniya, Böyük Britaniya, habelə İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və digər inkişaf etmiş dövlətlərlə ən fəal şəkildə əməkdaşlıq edir. Bizim hərbi-texniki əlaqələrimiz ən yüksək səviyyədə, strateji maraqlara cavab verən istiqamətdə inkişaf edir. Hərbi-texniki əməkdaşlıq üzrə fəaliyyət göstərən daimi komissiyalar fəal işləyir.
Bundan əlavə, Azərbaycan Ordusunun hərbçiləri xarici ali hərbi məktəblərdə və kurslarda təhsil alır, müxtəlif mütəxəssislərin və xüsusi təyinatlı qüvvələrin yarışlarında, eləcə də sərgilərdə və forumlarda, sülhyaratma əməliyyatlarında, nazirlər və baş qərargah səviyyəsində keçirilən iclas və konfranslarda fəal iştirak edirlər.

Bu, bizim yüksək nüfuzumuzdan, dünyadakı mürəkkəb hərbi-siyasi vəziyyətin istənilən çağırışlarına cavab vermək və ən çətin məsələləri həll etmək bacarığımızdan xəbər verir. Beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilən bütün tədbirlərdə biz lazımi təcrübə toplayır, vərdiş və peşəkarlığımızı artırırıq.
Bu yaxınlarda mən ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyons ilə görüşərkən o, bizim Əfqanıstandakı sülhməramlı qüvvələrimizə ən yüksək qiymət verərək vurğuladı ki, Azərbaycan hərbçiləri nümunəvi xidmətləri ilə bu ölkədə həyata keçirilən missiyada fərqlənirlər.
- Azərbaycan Ordusunun səciyyəvi xüsusiyyətlərindən biri də yüksək vətənpərvərlik ruhudur. Məhz bu mühüm keyfiyyət ordunun döyüş qabiliyyətində öz əksini necə tapır?
- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində müasir və güclü silah və hərbi texnika ilə təchiz olunan Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhu, hərbi-vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlığı, psixoloji dayanaqlığı və intizamı bu gün, həqiqətən də, yüksək səviyyədədir.
Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi məqsədi ilə bütün birlik, birləşmə, hərbi hissə və bölmələrdə şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsi və mənəvi-psixoloji hazırlığı istiqamətində məqsədyönlü iş aparılır.
Azərbaycan Ordusunun şəxsi heyətinin hərbi-vətənpərvərlik tərbiyəsinin əsas keyfiyyətləri Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanına, Konstitusiyaya və hərbi borca sədaqət; nümunəvi davranış və xidmət yoldaşları ilə dostluq münasibətlərinin qurulması; özünə qarşı tələbkarlıq və qarşıya qoyulmuş tapşırıqların vaxtında, dəqiq yerinə yetirilməsi kimi yüksək qabiliyyətlərin formalaşdırılmasıdır.
Bu gün Azərbaycan Ordusunda, o cümlədən müdafiənin ön xəttində hərbi xidmət keçmək üçün optimal şərait yaradılıb. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində səmərəli iş aparılır. Hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi xidmətin nüfuzu, ölkə və xalq qarşısında öz borcunun yerinə yetirilməsi tələbatı təbliğ olunur, müxtəlif mədəni-kütləvi tədbirlər keçirilir, ordu ilə cəmiyyət arasında əlaqələrin genişləndirilməsinə yönəldilən “Açıq qapı” günləri və bir sıra digər tədbirlər həyata keçirilir.

Bu gün Azərbaycan Ordusunun dövlət və qeyri-hökumət təşkilatları, ictimaiyyət və media nümayəndələri ilə əməkdaşlığının inkişafına böyük əhəmiyyət verilir.
Biz cəmiyyət üçün açığıq. Bu baxımdan Azərbaycan Ordusunun fəaliyyəti, ordu quruculuğunda aparılan islahatlar, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, habelə hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində tərəfimizdən görülən işlər barəsində ictimaiyyətin məlumatlandırılmasına xüsusi diqqət yetirilir.
- Maraqlı və məzmunlu müsahibəyə görə çox sağ olun. Sizə minnətdarlığımızı bildiririk.
- Buyurun. Siz sağ olun.
Baxış sayı: 1 367
Bölməyə aid digər xəbərlər

2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"