23:38 / 20-12-2025
"Berliner Zeitung": Merz Rusiya aktivləri ilə bağlı fikirlərinə görə AB Zirvəsində təcrid olunub
22:57 / 20-12-2025
Bir turist qırmızı kürü oğurlayaraq iki dəfə mağazanı qarət edib
22:51 / 20-12-2025
Dmitriyev, Moskvaya ilk səfərindən əvvəl Uitkoff üçün şərt qoyulması ilə bağlı WSJ məqaləsini təkzib etdi
22:48 / 20-12-2025
Boqdanov: "Jurnalistlər və polis Rusiya ilə ABŞ arasında ehtimal olunan görüş yerində toplaşıblar"
22:43 / 20-12-2025
Dmitriyev Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün Mayamiyə gəlib
22:41 / 20-12-2025
Ekvatorial Qvineya Rusiya ilə əməkdaşlığa yüksək qiymət verir
22:38 / 20-12-2025
ERR: Estoniya məhkəməsi Kallasdan sosial media yalanlarına görə üzr istəməsini tələb edib
22:34 / 20-12-2025
Orban Kallası Hitler və Napoleonla müqayisə etdi
22:30 / 20-12-2025
112:Naməlum obyektin partlaması nəticəsində yeniyetmə həlak olub
19:36 / 20-12-2025
FSBR prezidenti Mamiaşvili Mamedovun Bolqarıstan milli komandasına keçidi ilə bağlı şərh verdi
19:33 / 20-12-2025
Səfir Nofal: "Tramp Fələstin dövlətinin qurulması mümkünlüyünü xatırladır"
19:27 / 20-12-2025
"Welt": Avropa Kiyevin Rusiya ilə münaqişədə uduzacağını etiraf etməlidir
19:25 / 20-12-2025
Lula da Silva: "Venesuelaya müdaxilə humanitar fəlakət olardı"
19:22 / 20-12-2025
Partlayıcı qurğunun üzərinə ayaq basan qadın ölüb
19:20 / 20-12-2025
Zelenski: "Ukrayna Rusiya ərazisində seçkilər keçirə bilməz"
19:17 / 20-12-2025
Bir qrup yeniyetmə həmyaşıdlarına hücum edib
19:15 / 20-12-2025
Zelenski Odesa vilayətindəki dağıntılara görə Ukrayna hava hücumundan müdafiə sisteminə cavabdeh olanları günahlandırdı
19:12 / 20-12-2025
Orban: "Ukrayna münaqişəsində kimin kimə hücum etdiyi bəlli deyil"
19:09 / 20-12-2025
Pakistanın keçmiş baş naziri İmran Xan və həyat yoldaşı daha 17 il həbs cəzasına məhkum edilib
19:06 / 20-12-2025
Tramp Ukrayna ilə bağlı danışıqlar üçün gecə Floridaya uçdu
19:03 / 20-12-2025
WSJ: Vitkoffa Putinlə ilk görüşündən əvvəl xüsusi şərt qoyulub
23:47 / 19-12-2025
Karlson: "Vaşinqtonda çoxları Vensin Trampın varisi olmasını istəmir"
19:46 / 19-12-2025
İki uşağın qaçırılması cəhdinə görə mühakimə olunacaq
19:44 / 19-12-2025
Zelenski: "Ukrayna Belarusda "Oreşnik" raket sisteminin yerləşdiyi yer barədə məlumatı AB ilə paylaşıb"
19:41 / 19-12-2025
"Axios": Avropa liderlərinin müşavirləri bu gün Ukrayna ilə bağlı danışıqlar üçün ABŞ-a gələcəklər
19:02 / 19-12-2025
Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin Rusiyaya qarşı kiberhücumlarla bağlı ittihamları spekulyasiya adlandırıb
18:32 / 19-12-2025
Putin Qafqaz xalqlarının erkən evlənmə ənənəsini təriflədi
18:29 / 19-12-2025
Fransanın dövlət borcu 3-cü rübdə 3,5 trilyon avroya yaxınlaşaraq yeni rekord səviyyəyə çatdı
18:21 / 19-12-2025
Putinə edilən müraciətdən sonra çoxuşaqlı ailənin hüquqlarının pozulması ilə bağlı araşdırma aparılır
18:18 / 19-12-2025
112: Şarm əl-Şeyxdən Vladiqafqaza uçan təyyarə Antalyada eniş edib
18:12 / 19-12-2025
Zelenski səhvən Polşa Prezidenti Navrotskini "Karl" adlandırdı
18:04 / 19-12-2025
Həmkarını döyərək öldürən şəxs həbs edilib
17:54 / 19-12-2025
Putin: "Moskvanın Ukrayna prezident seçkilərinin Rusiyada təşkil olunmasını tələb etmək hüququ var"
17:50 / 19-12-2025
Putin aşiq olduğunu etiraf edib
17:48 / 19-12-2025
Narkotik qaçaqmalçılığına görə 14 il müddətinə maksimum təhlükəsizlik həbsxanasında cəza çəkəcək
12:13 / 19-12-2025
Ankarada qətlə yetirilmiş Rusiya səfiri Andrey Karlovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
12:10 / 19-12-2025
Uşaqların avtomobil oturacağı olmadan daşınmasına görə cərimələr artırılıb
Bu müharibə bizə çox şeyi öyrətdi-Arzu Alızadə
Tarix: 11-03-2021 21:32 | Bölmə: Müsahibə
”İllərlə həsrətində olduğumuz torpaqlarımız uğrunda mübarizə aparmağa hazır idik”

Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Arzu Alızadənin
Sabaha – inamla.az-a müsahibəsi
-Arzu xanım,söhbətimizə 44 günlük müharibə və qazandığımız qələbədən başlamaq istərdik.Bilmək istərdik ki,o günlər sizin yaddaşınızda necə qalıb?
-İlk öncə sizi salamlayıram.Təşəkkür edirəm gəldiyiniz üçün. “El bir olsa,dağ oynadar yerindən!” zərb məsəli ilə başlamaq istərdim fikrimi.Həqiqətən də bütün bədii təsvir vasitələrini kənara qoyub,yalnız bu fikri söyləsək, Vətən müharibəsindəki qələbəmizin nəyin hesabına,necə qazanıldığını göstərmək olar.
30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımızı yalnız xəritələrdə görürdük,uşaqlarımıza yalnız xəritələrdə göstərirdik,yaşlılar “görəsən o torpaqları yenə də görəcəyikmi?” deyə düşünürdü, Prezidentimiz hətta çıxışlarının birində vurğulayırdı ki,öz torpağımıza uzaqdan baxmaq nə qədər ağır idi.
Nəhayət,azad edildi o torpaqlar,bütün arzularımız çin oldu,yalnız xəritələrdə görə bildiyimiz əraziləri indi canlı şəkildə gedib ziyarət edə biləcəyik, torpağını,daşını öpüb, havasını ciyərimizə çəkəcəyik.
İllərdir xəyalını qurduğumuz,arzusunda olduğumuz bu günləri,bu böyük qələbəni xalqımıza məhz o,görkəmli dövlət xadimi, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev və onun rəhbərlik etdiyi şanlı ordumuz bəxş etdi.
Neofaşist ölkə olan Ermənistan, onun vandal ordusu igid əsgərlərimizin zərbələri qarşısında diz çökdü. Qələbəyə aparan yol 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə başa çatdı. İgid hərbçilərimizin, şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən döyüş meydanında məhv edildi, məğlubiyyətini etiraf etdi. “Ermənilərin məğlubedilməzliyi” barədə yalanlar ifşa edildi. Bu müharibə əslində Azərbaycan əsgərinin timsalında xalqımızın yenilməzliyini sübut etdi, heç vəclə zülmlə barışmayacağını göstərdi.
Müharibənin ilk günlərindən Azərbaycan xalqı cənab Prezidenti hər zaman olduğu kimi dəstəklədi. Sentyabrın 27-də onun xalqa ilk, qayğı dolu müraciətini unuda bilmərik.Bu müraciəti bir nəfəsə dinlədi hər kəs. Dövlət başçımızın Azərbaycan xalqına bu müraciəti Dağlıq Qarabağ və ətraf torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda ədalətli müharibədə birlik nümayiş etdirməyə çağırışının ifadəsi idi. Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətləri, Vətən müharibəsində müstəqil dövlətimizin və xalqımızın qarşısında duran vəzifələrin strategiyası və taktikasını müəyyən edən siyasi-hərbi tezislər idi. Bu müraciətlər birlik, vətənpərvərlik və səfərbərlik dərsləri idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına müraciətləri Qarabağ – Vətən müharibəsində qazanılan zəfərlər, işğaldan azad olmuş torpaqlarımız haqqında qələbə soraqlı ən mötəbər mənbələr idi. Təsadüfi deyil ki,hər gün hamı prezidentdən yeni bir xəbər gözləyir,hər xəbərin gəlişi isə toya,bayrama çevrilir,insanların qələbəyə inamını artırırdı.
-Prezidentimiz torpaqlarımızın sülh yolu ilə alınmasına çox çalışdı, amma mənfur düşmən onun fikirləri ilə razılaşmadı.Bu səbəbdən də müharibə etdik, qələbəni asanlıqla qazanmadıq, itkilərimiz də oldu.
-Bilirsiz,heç kimi müharibənin başlanması qorxutmurdu,əlbəttə yaxınını,doğmasını itirmək var idi müharibədə,ölüm,göz yaşları var idi müharibədə,amma buna rəğmən sevinirdi xalq. Sevinirdi ki,90-cı illərdə canından keçən şəhidlərimizin,Xocalı qurbanlarının,Aprel,İyul şəhidlərinin qisası alınacaq,sevinirdi ki,müqəddəs torpaqlarımız yağı tapdağından azad ediləcək,yurd həsrəti çəkənlər öz torpaqlarına qayıdacaq.Digər tərəfdən isə artıq hər kəs başa düşürdü ki,erməni kimi, insanlıqdan uzaq bir düşmən tərəfindən uzun müddət işğal altında qalan torpaqlarımızın azad edilməsinin yeganə yolu müharibədir.
Vətən müharibəsinin başlandığı ilk gündən bütün xalq dövlət və prezident ətrafında sıx birləşdi. Yüksək vətənpərvərlik ruhuna malik on minlərlə Azərbaycan gənci cəbhəyə könüllü getmək üçün müraciət etdi. Cəbhəyə hər cür maddi və mənəvi yardım edildi,təqaüdçü öz təqaüdünü,kompüter üçün pul yığan məktəbli topladığı pulunu,iş adamları,böyük şirkətlər "Silahlı Qüvvələrə Yardım" Fonduna ianələr etdi.Kimi bayraq tikməklə, kimi cəbhəyə yaxın yaşamasından istifadə edib əsgərlərə yemək hazırlamaqla, kimi onlarla fəxr etdiyini göstərən məktublar yazmaqla,kimi əsgərlərimizin şücaətini mədh edən şeirlər,mahnılar yazmaqla.Bir sözlə,yaşından, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad edilməsi üçün əlindən gələni etdi. Xalq misli görünməmiş həmrəylik nümayiş etdirdi. Bu, xalq-Prezident birliyinin, xalqın ölkənin liderinə dərin inamının parlaq nümunəsi idi və bu birlik qələbəmizin təminatı oldu.
Şəhidlərin dəfnində iştirak edərkən onların valideynlərinin “Oğlumu Vətən üçün böyütmüşdüm,ona da qurban verdim”,”Vətən sağ olsun,cənab Prezident, yalnız irəliyə getməyi əmr edin”,”Cənab Prezident, müharibəni dayandırmayın,sona qədər vuruşaq,düşməni məhv edək” kimi müraciətlər etməsi bu xalqı əyməyin namümkün olduğunu göstərdi.
Qeyd edək ki,təhsil işçiləri olaraq biz də hər zaman xalqın içərisində,şəhid və qazi ailələrinin yanında olmuşuq,onların dərdinə şərik olub,mənəvi dəstək olmağa çalışmışıq.
-Ölkə Prezidenti mənfur düşmənlərimizin işğalı altında olan rayonlarımızdakı talançılıq,dağıdıcı hərəkətləri barədə sözünü dedi.Sizin də fikirlərinizi bilmək istərdik.
-Ordumuzun tarix yazdığı 44 gün ərzində cənab Prezidentin dünyanın mötəbər kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində beynəlxalq hüquqi normalar çərçivəsində olan Azərbaycanın haqlı mövqeyi tamlığı ilə sərgiləndi.Hər belə müsahibə efirə gedərkən böyükdən balacaya hamı diqqət kəsilir,onun hər kəlməsini yadda saxlamağa çalışırdı.Xarici ölkələrin siyasi şərhçiləri cənab İlham Əliyevin verdiyi müsahibələri müasir dövrdə yüksək diplomatik peşəkarlığın bariz nümunəsi kimi qiymətləndirməkdədir.
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr Azərbaycan xalqı tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanırdı.Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları göndərirdi.
Mənfur düşmənin məscidlərimizi dağıtması,onları tövləyə çevirməsi,milli-dini irsimizə qarşı hörmətsiz yanaşması,30 il müddətində dünyanın müxtəlif qurumlarına, o cümlədən UNESCO, Avropa Şurası kimi təşkilatlara müraciətlərə baxmayaraq,onların bu vəhşiliklərə səssiz qalması həqiqətən ağrılı idi.Artıq torpaqlar öz sahibinə qayıdıb,cənab Prezidentin təbirincə desək “biz qayıtmışıq”və bundan sonrakı işimiz əbədi,əzəli torpaqlarımızın bərpası,yenidən qurulması olacaqdır.
Artıq bildiyimiz kimi "Qarabağ Dirçəliş" Fondu,"YAŞAT" Fondu kimi işğaldan azad olunmuş torpaqlarda insanların dayanıqlı məskunlaşması üçün müasir və layiqli həyatın təmin edilməsi,bütün sahələrdə quruculuq-abadlıq və bərpa işlərinin aparılması,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanan və şəhid olanların ailələrinə dəstək məqsədilə fondlar yaradılmış və hər kəs tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
-Dədə-baba yurdunuzun alınmasını nə vaxt eşitdiniz,bu xəbəri necə qarşıladınız?Əgər bir anlığa ora getsəydiniz nə iş görərdiniz?
-Dədə-baba yurdum Qubadlı rayonunun Mirlər kəndidir.Sumqayıt şəhərində doğulmağıma,ailəmlə birgə bu şəhərdə yaşamağıma baxmayaraq,el-obamıza bağlı olmuşuq,yay tətillərini orada keçirmişik,çay kənarında sərinləmişik,çəmənlikdən çiçək,moruq,çiyələk toplamışıq.İndi əgər ora gedə bilsəm,ilk gördüyüm iş pirlərin,ocaqların ziyarətinə getmək olacaq.
44 günlük Zəfər müharibəmizin hər addımını,cənab Prezidentin hər çıxışını izləyirdik.Bir gözümüzlə ağlayıb şəhidləri son mənzilə yola salır,bir gözümüzlə gülür,sevinir növbəti rayonumuzun,yaşayış məntəqəmizin erməni qüvvələrindən təmizlənməsi xəbərinə şadlanırdıq.
Qubadlı rayonunun işğaldan azad edilməsi xəbərini almağım indiyə kimi xatirimdədi və bu sevinc ömrümün sonuna kimi mənimlə olacaq.Çox təsirləndiyim,hər kəsin zəng vurub təbrik etdiyi həmin gecə mən xəyalən uşaqlığımın keçdiyi o torpaqlara qayıtdım,bulaq başında ayaq saxlayıb onun suyundan içdim,yaşıl yamaclarda şaqraq gülüşlərlə qaçdım,kaş,kaş ki,dünyadan Vətən nisgili ilə köçən yaxınlarım bu günü görəydi fikirləşdim.
Nəhayət, hamımızın gözlədiyi o gün gəldi.
8 noyabr 2020-ci il şərəfli Vətən Müharibəmizin unudulmaz səhifəsi oldu.Elə bir səhifə ki,müzəffər ordumuz şüşə qəlbli Şuşamızın başının üstündəki buludları dağıtdı.Elə səhifə ki,Ali Baş Komandanımız xalqın birliyini öz iradəsi ilə birləşdirib ata vəsiyyətini yerinə yetirdi.Elə səhifə ki,yaradılışı hələ 1918-ci ilə,möhtəşəm geridönüşü 1991-ci ilə təsadüf edən üçrəngli,ay – ulduzlu sancağımız ən dəyərli “ Qarabağ” adlı üzüyümüzün qaşı – Şuşaya sancıldı.
“Bizim bayrağımız qürur mənbəyimizdir.Bizim bayrağımız canımızdır,ürəyimizdir.Bayrağımız Dağlıq Qarabağda,Xankəndində,Şuşada dalğalanacaq.O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq” demişdi cənab Prezident. Bəli,demişdi,etdi.
Az sonra Ermənistanın kapitulyasiya imzalayaraq məğlub olmasını qəbul etməsi,Laçın,Kəlbəcər kimi bölgələrimizin nə canlı,nə də texniki qüvvə itkisi olmadan geri qaytarılması beynəlxalq nüfuzumuzu bir qədər də yüksəltdi,3000-ə yaxın şəhidi olan xalqı daha şəhid verməyəcəyinə görə hədsiz sevindirdi.Əlbəttə ki, görülən işlərə kölgə salmağa çalışan bəzi üzdəniraq qüvvələr oldu,amma, əgər Prezdentimizin dayağı xalqdırsa,ona heç bir qüvvə təsir edə bilməz.
-Prezidentimiz axırıncı çıxışında məmurları sərt tənqid etdi, bir növ onlara bildirdi ki, oturun yerinizdə, yerli-yersiz təkliflər verib,vaxtımı almayın.Sizin də bu barədə fikirləriniz maraqlı olardı.
- Beynəlxalq tədbirlərdə yüksək natiqlik bacarığı nümayiş etdirərək dünya liderlərini özünə heyran buraxması,bir neçə dildə səlis danışması,ən qərəzli sualı belə hövsələ ilə,məharətlə,tarixi faktlara söykənərək cavablandırması, xalqa müraciət edərkən hər kəsin başa düşəcəyi sadə el dilində danışması,”Mən hər bir azərbaycanlının,hər bir vətəndaşın prezidentiyəm” deməsi,yaralı əsgərinə,şəhidinə,şəhid ailəsinə böyük ehtiram göstərərək onlarla şəxsən görüşməsi, hər çıxışı zamanı zərb məsələ çevrilən,dillərə dastan olan sözləri, çoxlarına nümunə olacaq öz doğum gününü qaçqın və məcburi köçkünlərin əhatəsində keçirməsi cənab Prezidenti xalqa sevdirən xüsusiyyətləridir.Əgər bu gün o,belə bir nümunə olursa, hansısa məmur niyə həmin nümunədən özünə pay götürməməlidir?! Əgər bu gün cənab nazirimiz,icra başçımız mənə etimad göstərirsə, niyə bu etimadı doğrultmaq üçün gecəmi gündüzümə qatmamalıyam?! Nəyi gözləməliyəm,niyə gözləməliyəm?! Çalışmalıyam və düşünürəm ki, hər bir məmur üzərinə düşən məsuliyyəti dərk edərsə,çox gözəl olar.Xalqı dövlətdən narazı salan məhz öz məsuliyyətini anlamayan,yerində olmayan məmurlardır ki,onlara qarşı da hər kəsin mövqeyi məlumdur.
-Dərslərimiz başlayıb artıq.İstəyərdim ki,o barədə də məlumat verəsiz.
-Koronavirus bəlası bütün dünyanı cənginə aldığı kimi Azərbaycandan da yan keçmədi.Məktəblərdə ilk qapanma 2020-ci ilin martın 3-də oldu.Təhsilin dayanmasına dövlət səviyyəsində, nazirliyimiz səviyyəsində tez bir zamanda reaksiya verildi.Belə ki,artıq 2020-ci ilin martın 11-dən teledərslərə start verildi.Bundan əlavə müəllimlər müxtəlif platformalardan istifadə etməklə distant dərslərə başladılar.
2020-2021-ci tədris ilində ilk olaraq ibtidai siniflərdə əyani dərslərə başlanıldı.Oktyabrın 1-dən məktəbəhazırlıq qruplarının,o cümlədən 5-9-cu siniflərin,oktyabrın 15-dən isə 10-11-ci sinfilərin dərslərə başlaması planlaşdırılırdı.Lakin Vətən müharibəsinin başlanması,COVİD-19-a yoluxma hallarının artması,respublikada internetin verilmə sürətinin azalması erkən payız tətilinə yol açdı.Ardınca isə karantin qaydalarının sərtləşdirilməsi səbəbindən dərslər yalnız distant şəkildə tədris olundu.
1fevral 2021-ci ildən isə şəhərimizdə ibtidai siniflər həftədə 3 dəfə,fevralın 15-dən isə 5-9-cu siniflər həftədə 2 dəfə olmaqla dərslərə cəlb edildi.10-11-ci siniflərdə isə dərslər hələ də distant şəkildə davam etdirilir.
Əlbəttə,çox çətin dönəmdə yaşayırıq,lakin buna baxmayaraq işlərimizin axsamasına imkan vermirik,müxtəlif onlayn tədbirlər,müsabiqələr keçiririk,Respublika Fənn Olimpiadalarında,”Sabahın alimləri” kimi yarışlarda şagirdlərimizin iştirakını təmin edirik və görüləcək hələ çox işlərimiz var.
-Məktəblərdə pandemiya dövrünün qaydalarına necə riayət olunur?
-Məktəblər şagirdləri əyani şəkildə qəbul etməzdən əvvəl bütün gigiyenik vasitələrlə təmin olundu,onalara təlimatlar göndərildi.Məktəbə müəllim,texniki işçi və şagirdlərdən başqa heç kimin daxil olmasına icazə verilmir.Onlar məktəbə daxil olarkən temperaturları ölçülür,əlləri dezinfeksiya olunur.Eyni zamanda sinif otaqları,dəhlizlər mütəmadi xüsusi dezinfeksiyaedici məhlullarla təmizlənir,sinif otaqlarında havalandırmaya diqqət edilir,məktəblərin istilik və su sistemi daim nəzarətdə saxlanılır.Hər hansı çətinlik olarsa,problem yaşanarsa,biz tərəfdən də dərhal köməklik,yardım edilir.
Tapşırığı verməklə kifayətlənmir,eyni zamanda tapşırığın icra vəziyyətini də yoxlayırıq.Bu yaxınlarda Təhsil Nazirliyi səviyyəsində belə bir monitorinq keçirilmiş və nazirliyin nümayəndəsi Rəşad Tağıyev Sumqayıt məktəblərində olmuş,burada pandemiya qaydalarına hansı şəkildə riayət olunması ilə maraqlanmışdır.
-Siz koronavirusa yoluxma hallarını istər evdə,istərsə də məktəbdə müşahidə etdinizmi?
-Xəstəliyin simptomları müşahidə olunanlar istər işçi,istər şagird olsun,dərhal təcrid olunur,evdə müəyyən olunurdusa bu hal,məktəbə gəlməsinə icazə verilmirdi.Məktəbdə hansısa narahatlıq yaranardısa,o zaman dərhal həmin şəxs bütün məktəblərdə fəaliyyət göstərən izolyasiya otağına yerləşdirilib müvafiq olaraq vəziyyətlə bağlı məlumat verildikdən sonra yola salınmasına icazə verilirdi.Yalnız 14 gün sonra həmin şəxs tam sağalaraq kollektivə geri dönə bilərdi.O dövrdə bir neçə məktəbimizdə -13,15,19,27 nömrəli məktəblərdə hissə -hissə bağlanmalar da olmuşdu.
Bu dövrdə məktəblərdə yoluxma yoxdur,onlar öz fəaliyyətini davam etdirir.
-Təhsildə geriləmə məsələsi necədi?
-Geriləmə yoxdur desəm,yalan olar.Elə şagirdlər var ki,texniki təchizat baxımdan,davamlı internetin olmaması baxımdan çətinlik çəkir və yalnız teledərsə baxmaqla kifayətlənir.Bunu nəzərə alıb 2020-2021-ci tədris ilinin əvvəlində,daha doğrusu sentyabr ayında dərslər başlanarkən müəllimlərə tövsiyə olundu ki,ötən dərs ilinin proqramları paralel tədris olunsun ki,boşluqları doldura bilək.
Heç bir 1-ci və ya 2-ci dərəcəli fənn kimi ayırmadan hər birinin tədrisinə diqqət yetirsək də,xüsusi diqqətimizdə olan buraxılış imtahanları nəzərdə tutulan tədris dili,riyaziyyat və xarici dil fənləridir.
Önəm verdiyimiz həmçinin 44 günlük Şanlı zəfər tariximizdir.Beləki,bununla bağlı həm şöbəmizdə,həm də məktəblərdə xüsusi tədbirlər planı hazırlanıb,müvafiq olaraq yerinə yetirilir.Şagirdlərimizdə vətənpərvər ruhu daha da yüksəltmək, hərbi ixtisaslara marağı artırmaq üçün onların qazilərlə,şəhid ailələri ilə,sağlam psixoloji mühit yaratmaq məqsədilə mütəmadi olaraq psixoloqlarla onlayn görüşlərünü təşkil edirik.
1 və 2 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzlərində bu motivdə şeir,rəsm müsabiqəsi təşkil olunmuş,eyni zamanda şəhərin qabaqcıl tarix müəllimlərinin iştirakı ilə “Qarabağ Azərbaycandır” başlıqlı onlayn dəyirmi masa təşkil etmişik.
Bir sözlə,çətinliklərə,məhdudiyyətlərə baxmayaraq yenə də işimizin başındayıq.
-Sonda sizin ürək sözlərinizi,arzularınızı eşitmək istərdik.
-Bizim işimiz gələcəyimiz olan uşaqlarla bağlıdır.Onlarla bağlı planlar qurur,icra edirik.İstərdim ki,gələcəyimiz olan uşaqlar xoşbəxt olsun,bir daha müharibə görməsin,analarımız övlad itkisi,ağrı-acı yaşamasın,Prezidentimiz var olsun,var olsun ki,bundan sonra hər zaman sülh olsun,əmin-aman şəraitdə yaşayaq,quruculuq işləri ilə məşğul olaq,dövlətimizin,dövlətçiliyimizin inkişafi istiqamətində əlimizdən gələni edək.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az
Baxış sayı: 3 343
Bölməyə aid digər xəbərlər

2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video
3-02-2023, 11:54
Artur Beterbiev: "Nokautlar hakimlərin işini asanlaşdırır"