22:59 / 15-02-2026
Bəstəkar Rıbnikov "Bu-ra-ti-no" mahnısına görə 3 milyon rubl qazandı
22:53 / 15-02-2026
Macarıstan və Slovakiya Xorvatiyadan Rusiya neftinin tranzitinə icazə verməsini xahiş ediblər
22:49 / 15-02-2026
ABŞ-ın geri çəkilməsindən sonra Suriya Ərəb Ordusu Əş-Şəddadi hərbi bazasına nəzarəti ələ keçirib
20:14 / 15-02-2026
İlham Əliyev: "Azərbaycan Serbiyaya qaz tədarükünü artıracaq"
20:11 / 15-02-2026
Tramp Sülh Şurasının növbəti iclasının 19 fevralda keçiriləcəyini təsdiqlədi
20:09 / 15-02-2026
Lolitanın konserti ləğv edilib
20:04 / 15-02-2026
İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub
19:56 / 15-02-2026
“Əziz, baba, səni çox sevirəm” - Leyla Əliyevadan təbrik+Foto
19:44 / 15-02-2026
Su anbarının buzundan huşsuz vəziyyətdə olan kişi xilas edilib
19:31 / 15-02-2026
Dmitriyev: "Zelenskidən Münhendə yaxın çevrəsindəki korrupsiya ilə bağlı soruşulmayıb"
19:28 / 15-02-2026
Rubio: "ABŞ Avropanın onun vassalı olmasını istəmir"
19:25 / 15-02-2026
Kallas Ukraynanın Avropa Birliyinə daxil olması üçün konkret tarix deməkdən imtina etdi
19:19 / 15-02-2026
Bir kişinin trolleybusda gediş haqqını ödəməyən şəxsə hücum etməsindən sonra cinayət işi açılıb
19:16 / 15-02-2026
Rubio Suriya danışıqları səbəbindən Münhendə Ukrayna görüşünü buraxdı
19:14 / 15-02-2026
Odessa sakini hərbi xidmətə çağırılmamaq üçün əlini üyüdücü ilə kəsib.
16:44 / 15-02-2026
Stansiyada dizel lokomotivi yanıb
16:32 / 15-02-2026
Uşaqlara işgəncə verdiyinə görə məhkəmə qarşısına çıxacaq
16:30 / 15-02-2026
Neft quyusunda baş verən yanğın nəticəsində dörd nəfər xəsarət alıb
16:22 / 15-02-2026
İki yeniyetmənin bir qıza hücumda iştirak etdiyi müəyyən edilib
12:43 / 15-02-2026
Maral öldürən brakonyer həbs edilib
12:35 / 15-02-2026
Kərpicdən tikilmiş evdə baş verən yanğında iki nəfər ölüb
12:31 / 15-02-2026
Yanğın yerində üç nəfərin cəsədi tapılıb
12:27 / 15-02-2026
2200 kvadratmetrlik yanğın söndürülür
12:25 / 15-02-2026
Obama Trampın irqçi meymun videosuna şərh verib
12:05 / 15-02-2026
Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib
21:11 / 14-02-2026
Zelenski "Flamingo" raket istehsal xəttinin məhv edilməsini etiraf etdi
21:06 / 14-02-2026
Terrorizmə açıq şəkildə haqq qazandırdığına görə cinayət işi açılıb
21:04 / 14-02-2026
"Tanrı Kuzya" rəsmlərini uşaq rəsmləri adlandırdı
21:00 / 14-02-2026
Navalnının qurbağa zəhəri ilə zəhərləndiyi iddiasını saxtakarlıq adlandırıb
20:53 / 14-02-2026
Qar əriyib və iki uşaq dağıntılar altından çıxarılıb
20:50 / 14-02-2026
Zaxarova NATO-nun baş katibi Ruttenin "cəhənnəm təbliğatı"nın qurbanlarına təəssüfləndiyini bildirdi
20:46 / 14-02-2026
Putin: "Rusiya İranın suverenliyini qorumaq səylərini dəstəkləyir"
20:33 / 14-02-2026
Zelenski: "ABŞ Ukraynaya 15 illik təhlükəsizlik zəmanəti təklif edir"
20:25 / 14-02-2026
Yeniyetmələr hərəkətdə olan qatarın qarşısına təkər yığıblar; iş açılıb
20:22 / 14-02-2026
Finlandiya Olimpiya Oyunlarında xizək mumu ilə bağlı Norveç və ABŞ-a qarşı etiraz ərizəsi təqdim edib
20:19 / 14-02-2026
Cənubi Amerikalı idmançı ilk Qış Olimpiya medalını qazandı
20:13 / 14-02-2026
Sandu Rusiyaya kömək etdiklərinə görə MDB ölkələrinə qarşı sanksiyalar tətbiq etməyə çağırdı
20:08 / 14-02-2026
Ermənistanda Katolikos II Qareginə qarşı cinayət işi açılıb
Cavanşir Feyziyev: “Qarabağ azad ediləcək və bu, son 200 ildə ilk belə tarixi qələbəmiz olacaq” - MÜSAHİBƏ
Tarix: 30-10-2020 14:55 | Bölmə: Müsahibə

Azərbaycan xalqının çoxdan gözlədiyi gün gəlib çatıb. Ordumuz 30 ildən bəri işğal altında qalan torpaqlarımız uğrunda müqəddəs savaş aparır. Bu gün xalqımız bir nəfər kimi Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşərək Ordumuzun apardığı sülhə məcburetmə əməliyyatlarını dəstəkləyir. Bu gün tariximizin heç bir dönəmində rast gəlinməyən möhtəşəm ümumxalq həmrəyliyini müşahidə edirik və bundan qürur duyuruq. Bu gün təkcə ölkə daxilində deyil, dünyada yaşayan bütün azərbaycanlıların ürəyi birgə döyünür. Həyatımda indiyədək bundan böyük xoşbəxtlik yaşadığımı xatırlamıram və nə vaxtsa yaşaya biləcəyimi də təsəvvür etmirəm.
Bu fikirləri Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev AZƏRTAC-a müsahibəsində bildirib.
Modern.az Cavanşir Feyziyevlə müsahibəni təqdim edir:
- Mübarizəmiz iki cəbhədə aparılır: hərbi və diplomatiya. İlham Əliyev Ali Baş Komandan kimi cəbhədə, Prezident kimi diplomatiyada düşməni darmadağın edir. Dövlətimizin başçısının 30 ildən sonra tarixi ədaləti bərpa etməsi ilə bağlı deyə bilərsiniz?
- Müasir müharibələrdə cəbhə xətti təkcə döyüş bölgələrindən keçmir. Diplomatik cəbhədə, informasiya cəbhəsində və eləcə də arxa cəbhədə aparılan ahəngdar fəaliyyətlərin cəmi sonda qələbəmizi şərtləndirir. Prezident İlham Əliyev bu cəbhənin bütün istiqamətlərində böyük məharət göstərir və uğurlar qazanır. Dövlətimizin başçısı Ali Baş Komandan kimi hərbi əməliyyatların planlaşdırılmasına və həyata keçirilməsinə özü rəhbərlik edir. Bu istiqamətdə qazanılan uğurlarımız möhtəşəmdir - qısa müddətdə yüzdən çox yaşayış məntəqəmiz düşmən işğalından azad edilib. Prezident İlham Əliyev bütün beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələrinin liderləri ilə danışıqları şəxsən özü aparır və Azərbaycanın haqlı mövqeyinin qəbul edilməsinə, nəticə etibarilə aparılan hərbi əməliyyatlara dünya birliyində təmkinli münasibətin formalaşdırılmasına nail olur. Bütün bunlarla yanaşı, dövlətimizin başçısı hər gün dünyanın aparıcı media orqanlarına müsahibələr verməyə də vaxt tapır, beynəlxalq miqyasda ölkəmizin apardığı azadlıq mübarizəsinə dəstək qazandırır, düşmənlərimizin ölkəmizə qarşı formalaşdırmağa çalışdığı qərəzli informasiya mühitini darmadağın edir. Arxa cəbhədə də iqtisadi, sosial məsələlərin həlli diqqətdən kənarda qalmır, planlaşdırılmış bütün iqtisadi-sosial layihələr həyata keçirilməkdə davam edir. Bütün bu fəaliyyətlərin eyni vaxtda idarə edilməsi böyük işgüzarlıq və təşkilatçılıq səriştəsi, yenilməz sərkərdəlik qabiliyyəti və qeyri-adi diplomatik məharət tələb edir. Bu müstəsna qabiliyyətlərə malik olan Prezident İlham Əliyev bu gün Azərbaycanın heç vaxt unudulmayacaq yeni tarixini yazır. Mən dövlətimizlə və prezidentimizlə fəxr edirəm.
- Bildiyimiz kimi, Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad olunması haqda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var, lakin 30 ildir icra edilməyib. Azərbaycan apardığı əks-hücum əməliyyatları ilə artıq bu qətnamələrin bir hissəsini yerinə yetirdi, digərlərinin icra ediləcəyi gün də uzaqda deyil. Azərbaycan bununla həm də beynəlxalq hüququ icra edir?
- 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri qəbul olunanda sevinirdik. Düşünürdük ki, bu qətnamələrin qəbulundan sonra torpaqlarımız tezliklə azad olunacaq və müharibəyə də birdəfəlik son qoyulacaq. Lakin təəssüf ki, belə olmadı. Beynəlxalq siyasətin pərdəarxası oyunları, qlobal və regional güc sahiblərinin toqquşan maraqları və sadalaya biləcəyimiz onlarca səbəbdən bu qətnamələrin tələbləri yerinə yetirilmədi. Böyük ümidlər bəslədiyimiz ATƏT-in Minsk qrupu da bu illər ərzində münaqişəni həll etməli olan təşkilatdan onu dondurmağa və həllini uzatmağa çalışan amorf bir quruma çevrildi. Nəhayət, vəziyyəti yalnız Azərbaycan özü dəyişdi. Hüquqi nöqteyi-nəzərdən, əslində, hazırda Silahlı Qüvvələrimiz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 məlum qətnamənin həyata keçirilməsini təmin edir. Bu qətnamələrin yerinə yetirilməsi Azərbaycan torpaqlarının işğalına son qoyacaq, 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımız yenidən doğma torpaqlarına qovuşacaq. Bu, həm xalqımızın qarşısında ədalətin bərqərar olunmasına gətirib çıxaracaq, həm də dünyada sülhün və sabitliyin təmin olunmasına Azərbaycan dövlətinin ən böyük töhfəsi olacaq.
- Azərbaycan münaqişənin hərbi yolla həllini həyata keçirməyə başlayandan sonra dünya ölkələri ərazi bütövlüyümüzü tanımağa sanki məcbur oldu. Necə düşünürsünüz, beynəlxalq hüquq dediyimiz, əslində, gücdür?
- Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb. Ermənistandan başqa bütün dövlətlər ölkəmizin ərazi bütövlüyünü rəsmən tanıyıb. Eyni zamanda, bu günə qədər beynəlxalq təşkilatlar tərəfindən bu münaqişə ilə bağlı qəbul olunmuş bütün sənədlərdə də Azərbaycanın ərazi bütövlüyü öz təsbitini tapıb. Azərbaycan dövləti adından bağlanmış bütün beynəlxalq dövlətlərarası müqavilələrdə də ölkəmizin ərazi bütövlüyünün qəbul edilməsi xüsusi bir maddə ilə öz əksini tapıb. Belə sənədlərin sayı yüzlərlədir. Beynəlxalq hüquq baxımından ərazi bütövlüyümüzü şübhə altına alan, yaxud təhdid edən heç bir sənəd mövcud deyil və heç vaxt mövcud olmayıb. Amma təəssüf ki, dünya siyasətində gedən proseslər heç də həmişə beynəlxalq hüquqa əsaslanmır. 30 il ərzində mövcud olan bu münaqişə həmişə maraqlı tərəflərin bizə qarşı istifadə etdiyi alətə çevrilmişdi. Coğrafi baxımdan Azərbaycanın dünya üçün geostrateji əhəmiyyəti olduqca böyükdür. Ona görə də böyük güclər bu ölkəni həmişə asılı vəziyyətdə saxlamaqda maraqlı görünürlər. Düşünmək olardı ki, belə bir mürəkkəb vəziyyətdən çıxış yolu heç zaman tapılmayacaq. Amma bu yol tapıldı, onu Azərbaycan Prezidenti İlham Əliyev tapdı və biz bu yolla da irəliləyirik. Azərbaycanın bugünkü siyasi, iqtisadi, hərbi və nəhayət, mənəvi gücü bu qlobal problemin bizim milli maraqlarımız çərçivəsində həllini mümkün edir. Bu baxımdan, sizin dediyiniz kimi, güc amili beynəlxalq hüququn təminatçısıdır.
- Avropa İttifaqının Qarabağdakı hərbi əməliyyatlara münasibəti ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Avropa İttifaqı qlobal siyasi institut kimi hələ tam formalaşmamış bir qurumdur və belə mürəkkəb problemlərin həlli üçün bu birliyin nə səriştəsi, nə də siyasi iradəsi çatır. Keçən 30 il ərzində biz Avropa İttifaqının, Avropanın bütün digər təşkilatlarının gücsüzlüyünü, iradəsizliyini və hətta bəzi hallarda qərəzli münasibətini müşahidə etdik. Bir çox hallarda Avropa öz xalqları üçün rəva bilmədiyi ideyaları qonşu xalqlara sırımağa çalışır. Bəzi hallarda isə əksinə, özlərinə rəva bildiklərinin hamı tərəfindən də qeyd-şərtsiz qəbul olunmasını tələb edir. Ona görə də bizim Avropa İttifaqından gözləntilərimiz o qədər də böyük deyil. Biz fərqli mədəniyyətlərə malik xalqlarıq. Bizim özümüzə məxsus üstün dəyərlərimiz var və bu dəyərlərə sadiq olmalıyıq. Milli maraqlarımızı özümüz, öz cəmiyyətimizlə və öz aramızda milli həmrəyliyimizi təmin etməklə qorumalıyıq. Düşünürəm ki, bu, bizim öz xalqımıza, bir-birimizə hörmətin və etimadın real ifadəsi olar.
- Ədalətli mübarizəmizin təbliği üçün beynəlxalq aləmdə hansı addımlar atılır?
- Dediyim kimi, bu gün beynəlxalq aləmdə ən böyük təbliğatçımız Azərbaycan Prezidentidir. Onun beynəlxalq müstəvidə apardığı fəaliyyət mübarizəmizin qanuni, ədalətli və haqlı olduğunu hər gün sübut edir. Bununla yanaşı, hələ hərbi əməliyyatlar başlamamışdan əvvəl Ermənistan tərəfindən aparılan təxribatçı siyasət Azərbaycan diplomatiyasını ayıq-sayıq saxlamaqda davam edirdi. Bütün beynəlxalq platformalarda Azərbaycanın üzləşdiyi haqsızlıq, düşmən tərəfin təxribatları, danışıqları pozmaq və yeni ərazilər işğal etmək cəhdləri müzakirəyə çıxarılırdı və dünya ictimaiyyəti ardıcıl olaraq bu barədə məlumatlandırılırdı. Əks-hücum əməliyyatları başlayandan sonra bu fəaliyyətlər daha da genişləndi. Bu gün təkcə diplomatlar və deputatlar deyil, hər bir Azərbaycan vətəndaşı ədalətli mübarizəmizin təbliğatçısına çevrilib. Bu azadlıq mübarizəmizə hərə öz sahəsində, bacardığı qədər töhfəsini verməyə çalışır və bütün bunlar çox sevindiricidir. Dünyanın demək olar ki, bütün ölkələrində həm rəsmi səviyyədə, həm də diaspora və vətəndaş cəmiyyətləri səviyyəsində bölgəmizdə baş verən hadisələrlə bağlı geniş maarifləndirmə işləri aparılır, kütləvi tədbirlər təşkil olunur. Bütün bunlar öz nəticəsini verməkdədir və əminəm ki, son nəticədə bu səylərimiz tam qələbəmizi təmin edəcək.
- Cəbhədə məğlub olan işğalçı Ermənistanın mülki əhalini hədəfə alması haqqında nə deyə bilərsiniz?
- Müharibə şəraitində dinc əhalinin hədəfə alınması bizim üçün nə qədər dəhşətli görünürsə, Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün bir o qədər məqbul hesab olunan addımdır. Terrorçuluğu dövlət siyasətinə çevirmiş bir ölkə olaraq Ermənistan nə beynəlxalq hüquqa, nə də bu gün sivil dünyanın yorulmadan təkrar etdiyi insan haqlarına məhəl qoyur. Hərbi əməliyyatların getdiyi ərazidən onlarca kilometr aralıda yerləşən və heç bir hərbi infrastruktura malik olmayan şəhərlərimizdə yaşayan dinc sakinləri gecə saatlarında raket atəşinə tutmaq, körpələrin, qadınların, yaşlıların həyatına qəsd etmək heç bir arqumentlə izah oluna bilməz. Bu namərdlik terrorçu erməni xislətinin mahiyyətidir. Gəncə, Bərdə, Tərtər, Ağdam, Goranboy, Füzuli və digər şəhər və kəndlərimizdə dinc əhaliyə qarşı hərbi təcavüz müharibə cinayətləridir və bu cinayətləri törədənlər də məlumdur. Əminəm ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra bu barədə göstəriş verənlər də, bu cinayəti törədənlər də öz cəzasına çatacaqlar. Bu itkilər bizi nə qədər sarsıtsa da, qələbə əzmimizi sındıra bilməz. Böyük Qələbənin tarixi igid əsgər və zabitlərimizin şücaəti, xalqımızın qanı ilə yazılır. Bütün bu ağrı-acılara baxmayaraq, Qarabağ azad ediləcək və bu, son 200 il ərzində itirilmiş torpaqlarımızın geri qaytarılması kimi ilk tarixi qələbəmiz olacaq.
Baxış sayı: 836
Bölməyə aid digər xəbərlər

13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə
1-03-2023, 13:59
"Media ilə işgüzar əlaqələr qurmalıyıq” - Kamran Əliyev
5-02-2023, 12:16
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Video