21:18 / 11-10-2026
Tibb bacısı əlil yeniyetməni süni tənəffüs aparatından təsadüfən ayırıb
21:01 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanlarına və neft obyektlərinə hücumlar elan etdilər
20:49 / 11-10-2026
Trampın sülh səyləri fonunda AB Kiyevə əlavə maliyyə yardımı edəcək
19:10 / 11-10-2026
Husilər Səudiyyə Ərəbistanına uçuşları ləğv etməyə çağırdılar
19:05 / 11-10-2026
"iPhone 18" və iki xarici avtomobil üçün qaçırılıb
18:59 / 11-10-2026
Uşaqlarını boğmaqla hədələyən aqressiv qadın saxlanılıb
18:56 / 11-10-2026
Polşa Baş nazirə qarşı sui-qəsd təhdidini araşdırır
18:53 / 11-10-2026
100-dən çox insan saxlanılıb
18:48 / 11-10-2026
Cənubi Koreya Ukraynadan məyusdur və Rusiya ilə münasibətləri normallaşdırmaq istəyir
18:45 / 11-10-2026
11 nəfər ölüb, 27 nəfər yaralanıb
18:41 / 11-10-2026
Finlandiyalı xizəkçi porno aktrisa ilə flört etdiyinə görə cəzalandırıldı
18:34 / 11-10-2026
Pilotsuz təyyarədən partlayıcı maddələr atması nəticəsində bir mülki şəxs həlak olub
18:29 / 11-10-2026
Astrofizik kainatda səyahət üçün marşrutların adını açıqladı
18:24 / 11-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Ər-Riyad hava limanına raket hücumunu pisləyib
18:22 / 11-10-2026
Bir kişiyə məktəbli qızları xilas etdiyinə görə 1 milyon rubl mükafat verdi
18:19 / 11-10-2026
Tramvaylardan əşyalar oğurladıqlarına görə etnik mütəşəkkil cinayətkar qrupun on bir üzvü həbs edilib
18:16 / 11-10-2026
İran səfiri Trampın ABŞ şəhərlərinin dağıdılması ilə bağlı sözlərini uydurma adlandırıb
18:12 / 11-10-2026
Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtlərini açıqladı
18:09 / 11-10-2026
Çayda avtomobil batdı
18:06 / 11-10-2026
İspaniyada hücumçu məyus olduğunu və dəyişiklik gözləmədiyini söylədi
18:02 / 11-10-2026
Maks Verstappen Sinqapur Qran Prisinin qalibi oldu
10:52 / 09-10-2026
Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi
23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
“Öz torpaqlarımızı özümüz azad etmişik”
Tarix: 11-10-2020 15:08 | Bölmə: Müsahibə
“Bu, onu göstərir ki, bütün bu fikirlər yalan idi, bu, qəsdən ortaya atılmış məsələ idi, burada bir neçə məqsəd vardı. Əvvələn, Türkiyəni daha da iblisləşdirmək”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalında müsahibəsində deyib.
“Təəssüf ki, Qərbdə bu məqsəd müasir siyasi modanın hansısa normasına çevrilir. Bu, tamamilə əsassızdır. Türkiyə öz maraqlarını güdür, öz həyatını yaşamaq hüququnu qoruyur. Prezident Ərdoğanın dövründə Türkiyə Qərbin itaətkar müttəfiqi olmağa son qoyub. O, həm öz regionunda, həm də dünyada öz şərtlərini diktə edir. Türkiyə ilə hesablaşırlar. Türkiyənin nüfuzu artıb. Türkiyə ordusu NATO-da ikinci yeri tutur. O, istənilən hərbi-siyasi problemi həll edə bilər. Buna görə əlbəttə, Qərb tərəfindən bu cür açıq təzyiq göstərilir. Bu təzyiq hətta Türkiyəyə münasibətdə hansısa çox qəribə və mənfi emosional fonla bağlıdır. Yəni, birinci səbəb Türkiyəni iblisləşdirmək istəyidir. İkinci səbəb Azərbaycanın potensialını, o cümlədən hərbi-texniki potensialını azaltmaq və belə təsəvvür yaratmaq cəhdidir ki, hərbi məsələni Türkiyə və ya onun təsiri altında olan başqa birisi həll edib.
Xeyr, biz öz torpaqlarımızı özümüz azad etmişik. Belə adlandırılan “müzəffər erməni ordusu” haqqında mif puç oldu, əslində, belə ordu yox idi. Münaqişənin tarixinə dərindən bələd olanlar çox gözəl bilirlər ki, bizim torpaqlarımız, o cümlədən sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən işğal edilib. Xankəndidə yerləşən bu alaydakı hərbi qulluqçuların məncə 70 faizi erməni mənşəli idi. Yəni bu, şəxsi heyəti ermənilərdən ibarət olan sovet silahları, sovet komandanlığı idi. Onlar həm etnik təmizləmələrdə, həm də soyqırımında fəal rol oynayırdılar”.
Dövlət başçısı jurnalistin “Siz yəqin ki, 1990-cı illərin əvvəllərindəki hadisələri nəzərdə tutursunuz...” sualını belə şərh edib:
“Şübhəsiz. 366-cı alayın dəstəyi və fəal iştirakı olmasaydı, Ermənistan bizim əraziləri tuta bilməzdi. Ona görə bundan sonra belə bir mif yarandı ki, erməni ordusu müzəffərdir, Azərbaycan Ordusu onun qarşısında dayana bilməz. Buna görə bu mifi saxlamaq lazım idi, amma Azərbaycan tərəfindən acı məğlubiyyətə uğradıldığını etiraf etmək görünür, Ermənistan cəmiyyəti və Ermənistan rəhbərliyi üçün çox ağır idi. Üçüncüsü, onlara dünya arenasında Azərbaycanın rolunu və əhəmiyyətini azaltmaq lazım idi. Bunu etmək isə çox çətindir. Ona görə ki, bu gün dünya ölkələri ilə Azərbaycanın çoxşaxəli iqtisadi və siyasi əlaqələri var. Bu gün biz 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edirik və yekdilliklə seçilmişik. Əgər bizim ölkəmiz müstəqil potensiala malik olmasaydı, bu cür hörmət qazana bilərdikmi? Buna görə Azərbaycanın Türkiyə tərəfindən idarə edilməsi və bizim onun iradəsini yerinə yetirməyimiz barədə bütün insunasiyalar tamamilə yalandır. Bu, həm də Türkiyə-Azərbaycan qardaşlığını pozmağa və ya müəyyən qədər zəiflətməyə yönəlib, lakin baş tutmayacaq. Yeri gəlmişkən, Azərbaycan və Türkiyə ətrafında bütün bu informasiya hay-küyü üçün əsas olsaydı, bugünkü bəyanat olmazdı. Bu bəyanat mənimlə razılaşdırılıb, başqa heç kimlə. Əgər bizi kimlərsə idarə etsəydi, onda yəqin ki, məsələ belə tezliklə həll edilməzdi. Hazırda Türkiyə dünyada və regionda sabitləşdirici rol oynayır. Türkiyə rəhbərliyinin, şəxsən Prezidentin və digər rəsmi şəxslərin eskalasiya dövründə fəal və çox dəqiq mövqeyi, əslində, üçüncü ölkələrin bu münaqişəyə müdaxiləsinin qarşısını aldı. Buna görə hesab edirəm ki, Türkiyənin rolu yalnız müsbətdir və o, bizim regionda, o cümlədən münaqişənin həllində daha böyük rol oynamalıdır”.
İlham Əliyev “İndi Rusiyada çoxları “Türkiyə daha böyük rol oynamalıdır” frazasını eşidəcəklər. Bu sözlərin arxasında hansı məna var? Siz nəyi nəzərdə tutursunuz?” sualına cavabında qeyd edib:
“Fikrimcə, bu barədə danışmaq hələ tezdir, çünki mən Azərbaycan tərəfin mövqeyini bildirirəm. Lakin yaxın vaxtlarda müsahibələrimin birində demişəm ki, Minsk qrupu neçə illər bundan əvvəl – 1992-ci ildə, tamamilə başqa geosiyasi reallıqlar şəraitində formalaşıb. Əgər biz vasitəçilərin təmas qrupunu bu gün formalaşdırsaydıq, onun tərkibi fərqli olardı. Bu qrupun tərkibi münaqişə tərəflərinin niyyətlərini və istəklərini əks etdirməlidir. Minsk qrupunun tərkibi isə praktiki olaraq bunları əks etdirmir. Yeni təmas qrupunun və ya hansısa işçi qrupun, – onu necə adlandırmaq vacib deyil, – tərkibi regionda mövcud qüvvələr tarazlığını, region ölkələrinin mövcud maraqlarını əks etdirməli və nəticəyə istiqamətlənməlidir. Əks halda, bunun nə mənası var? Bunun heç bir mənası yoxdur. Əgər biz münaqişəni həll etmək istəyiriksə, o, yeni format çərçivəsində həll olunmalıdır. Baxın, son vaxtlar bir sıra qaynar nöqtələr barəsində ölkələrin mövqelərini razılaşdırmaq üçün nə qədər yeni əməkdaşlıq formatı yaradılıb - üçtərəfli, dördtərəfli. Axı, onlar indi yaradılır, hansısa ehkamlar əsasında deyil, real qüvvələr nisbəti əsasında yaradılır. Buna görə burada əsla şübhə ola bilməz ki, Türkiyə münaqişənin nizamlanması işində mühüm rol oynamalıdır və oynayacaq. Bunun hansı formada - hüquqi, yoxsa de-fakto həyata keçirilməsi artıq texniki məsələdir”.
Baxış sayı: 696
Bölməyə aid digər xəbərlər

18-04-2026, 13:01
Vüqar Rəhimzadə: "Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir"
13-01-2026, 19:35
İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
2-12-2025, 19:16
“Telefonumda nömrəsi olan ən məşhur adam Ərdoğandır”
10-11-2025, 10:27
Zelenski "The Guardian" qəzetinə verdiyi müsahibədə Trampdan qorxmadığını bildirib
30-10-2025, 18:30
Gimnast Melnikova: "İkiqat dünya çempionu olduğuma inana bilmirəm"
24-10-2025, 17:52
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
22-10-2025, 09:43
“Mehdiyev əsl sifətini ona rəhbərlik edən şəxslərə bildirmirdi”
19-10-2025, 23:00
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” - Elmar Məmmədyarov
28-05-2025, 00:24
“Sən mütləq general olacaqsan!..”
17-04-2025, 13:03
Gələn il Ağdama 10 min əhali köçürüləcək - Emin Hüseynov
5-03-2025, 20:07
Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”
1-03-2025, 01:13
Rafael Ağayev: "Zədəli olarkən dünya və Avropa çempionatlarını televiziyadan göz yaşları ilə izləyirdim"
26-02-2025, 19:27
“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
12-02-2025, 10:45
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
21-01-2025, 00:27
İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
17-01-2025, 16:11
İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər-VİDEO
18-12-2024, 09:28
Əliyev: "Türkiyənin Azərbaycan ərazisində hərbi bazasına ehtiyac yoxdur"
30-11-2024, 15:47
Rəşad Məcid: "Mediada təhsillə bağlı ucuz sensasiya yaratmaq meyilləri var" - MÜSAHİBƏ
19-08-2024, 10:21
“Mən dahi siyasətçi Heydər Əliyevin ideologiyası üzərində böyümüşəm”
15-08-2024, 10:12
Kelin: "Britaniya rus diplomatlarını işə götürməyə çalışdı"
4-08-2024, 11:39
“Şagirdlərimiz son 5 ilin ən yüksək nəticələrini əldə ediblər”
17-04-2024, 23:29
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib
3-03-2024, 20:10
Kamilə Vəliyeva: "Mən şüurlu şəkildə dopinq qəbul etməmişəm"
16-02-2024, 21:58
Əfsanəvi cüdoçu:"Hər dəfə Bakıya gələndə fərqli hisslər keçirirəm"
15-02-2024, 23:33
“Bu gümüşü qızılla əvəzləmək üçün əlimdən gələni edəcəyəm”
4-01-2024, 19:46
“Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır”
26-12-2023, 08:48
Prezident Ceyhun Bayramova hansı tapşırığı verib? - Video
13-12-2023, 12:43
"Biz məğlub olmağa layiq deyildik"- "Mançester Yunayted"in baş məşqçisi Ten Haq "Bavariya" ilə oyun haqda danışıb
12-12-2023, 13:20
“Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
3-12-2023, 18:18
Zəngin tərcümeyi halı olan qəhrəman polis polkovniki
19-11-2023, 18:48
Polkovnik Sadir Məmmədov: "İlham Əliyev artıq tarixə düşmüş böyük sərkərdədir"-VİDEO
25-09-2023, 17:10
İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
17-08-2023, 00:53
“Nicat güclü şahmatçıdır” - Maqnus Karlsen
2-08-2023, 10:05
“Müharibədə qalib gəlmək siyasi həyatımın missiyası idi” - Prezident
23-06-2023, 21:05
Kamran Əliyev: "Qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar"
17-05-2023, 21:02
Nazirlə jurnalist arasında maraqlı dialoq - Video
16-05-2023, 21:48
Nazirdən “Son zəng”lə bağlı - Açıqlama
13-05-2023, 23:44
“Bakıya qələbə üçün gəlməmişdik” - Şenol Günəş
11-05-2023, 15:28
“Övladlarımın təhsilindən tam razı deyiləm” - Nazir
18-04-2023, 02:13
“Boş vaxtında domino oynayan ən faydalı işçidir” - Yeni nazir+Video
18-04-2023, 01:46
Voleybol Federasiyasının vitse-prezidenti: “İşimiz asan olmayacaq, amma öhdəsindən gələcəyik” - MÜSAHİBƏ
14-03-2023, 08:50
“Prezident dedi ki, çox ürəklə qapıdan kənara çıxıram” - Şahruddinlə videomüsahibə